Arxiv
11 Aprel 2019, 15:41 | ƏDƏBİYYAT
Təzyiq dərmanı sonraya qaldı

Akif Cabbarlı


Dumanlı, azacıq da çiskinli bir yaz günü adəti üzrə evdəkilərdən xeyli tez yatağından qalxıb əl-üzünü yudu, sonra bir stəkan çay içib həyətə düşdü. Yaxın-yörədə heç kim gözə dəymirdi. Görünür, havanın soyuq olması, çiskinin də yavaş-yavaş yağışa çevrilmə ehtimalı tay-tuşlarının həyətə çıxmasını hələ ki, ləngidirdi. Yadına düşdü ki, aptekə getməli, dünən axşam tanış həkiminin telefonla dediyi dərmanları almalıdır. Yoxsa yenə qan təzyiqi kəllə-çarxa qalxacaq, həyat yoldaşını da, uşaqları da bərk qorxudacaqdı. Ürəyindən yenə həmişəki duyğular keçdi; “Namiq, yekə kişisən, ayağını möhkəm dirə, ölüb-eləmə. Qəbir yeri bahalaşıb, ehsan vermək çətinləşib, məzar daşını düzəltdirmək də xeyli vəsait istəyir. Cibindəki siçanlar da perik düşüb. Uşaqların özünü güclə saxlayır. Hələ bir səbir elə, sonra da ki, gördün ölməyin gəlir, Hindistandakı fillər ölməyə meşəyə getdikləri kimi, çıx get dədənin kəndinə. Camaat elliklə, dədə-baba adətləri üzrə səni o tərəfə yola salar. Yoxsa şəhərdə çətin olacaq, vallah”.


Sonra öz-özünə mızıldandı: “Kəndə kimi üstünə gedirsən, ey... Atandan, anandan sonra o qapını nə vaxt ürəklə açmısan? Qazananda, əlin pul gətirəndə qohum-qardaş səni gülə-gülə qarşılayır, gülə-gülə də (pay-pürüşsüz də olsa) yola salırdılar. İndi pensiyaçı adamsan, başını birtəhər girləyirsən. Zənbilin yüngülləşdikcə sənə kənddə göstərilən münasibət də avazıyır, solğunlaşır. Niyə başa düşmürsən, anlamırsan axı bütün olub-keçənləri? Bağ, ərik, salam-əleyk və ədəbiyyatımızın digər məsələləri deyib özün izah eləmirdin bunları?”.


Namiq müəllim gərgin suallarla baş-başa həyətdən çıxhaçıxda yanında iri, lap vaqon boyda bir Cip dayandı. Rulun arxasındakı yekəpər adam pəncərənin şüşəsinin aşağı salıb xırıltılı səslə nərildədi:


- Namiq müəllim, hara belə səhər-səhər? Sənin indi evdə oturan vaxtındır. Sonra yolda-rizdə...


Kişi dinmədi, amma dəqiq bilirdi ki, sadəcə üzdən tanıdığı bu kəlpeysər sözünü necə tamamlamaq istəyirdi; yəni yolda-rizdə ölüb-eləyərsən, yiyə duran da olmaz. Namiq müəllim maşındakına zəndlə baxıb kim olduğunu dəqiqləşdirməyə çalışırdı; - hə, hə, tanıdım, qonşu binada olur. Bizim sahənin adamıdır, amma cavan da olsa, özünə bir gün ağlayan, döşəyinin altını vaxtında dolduranlardandır deyəsən...


Maşındakı adam əlini qoltuq cibinə salıb bir topa dəvətnamə çıxartdı. Birinin üstünü hıqqana-hıqqana oxuyub, sonra kişiyə uzatdı:


- Ağsaqqal, üç gündən sonra gədənin toyudur. Gələrsən. Qoy mənim məclisimdə görsünlər ki, heç kimə fərq qoymuram, sənin kimi izvestni (yəni ki, tanınmış – A.C.) adamları da çağırıram.


Namiq müəllim dəvətnaməni aldı, amma qonşunun ikibaşlı cümləsinə görə qanı bərk qaraldı, səbrini basmalı oldu. Daha aptekə gedəsi olmadı. Arxasını heç vaxt yerə verməyən, pulsuzluğa, imkansızlığa görə özünü sındırmayan kişi yarı yoldan evə qayıtdı. Portmanatındakı olub-qalan əlli manatlıq əskinası çıxarıb yalnız xeyirə-şərə geyindiyi nimdaş pencəyinin cibinə qoydu. Soyuducudan bir limon çıxarıb dilimlədi; - hələ ki, təzyiqimi limonla-zadla yoluna qoyum, sonrasına Allah kərimdir deyib, televizorun düyməsini basdı.  

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
XİN-dən İrandan Azərbaycana qayıtmaq istəyənlərə MÜRACİƏT 29 Fevral 2020, 17:06 Elçibəylə Mütəllibovun görüşü niyə baş tutmayıb? 29 Fevral 2020, 16:44 Subsidiyaların “Fermer kartları”na köçürülməsinə başlanıldı 29 Fevral 2020, 16:25 Sahil Babayev Azərtac-ın kollektivi ilə görüşdü 29 Fevral 2020, 16:21 Müxalifət təmsilçisi PA-da keçirilən görüşdən DANIŞDI: “Bu ilin sonunda yeni bir referendum keçirilə bilər” 29 Fevral 2020, 16:13 Azərbaycanda koronavirusa yoluxanların yaşları açıqlandı 29 Fevral 2020, 15:51 Azərbaycan İranla sərhədi BAĞLADI 29 Fevral 2020, 15:30 AZAL Bakı-Tehran reysini məhdudlaşdırdı 29 Fevral 2020, 15:13 Azərbaycanda daha iki nəfərdə koronavirus aşkarlandı - RƏSMİ 29 Fevral 2020, 15:00 Paşinyanın “Qarabağ Azərbaycanındır” deməsi Niderlandda erməniləri çaşdırdı 29 Fevral 2020, 14:44 Bakıda narkotacirlər saxlanıldı - FOTO 29 Fevral 2020, 14:38 İran parlamenti koronavirusa görə iclas keçirməyəcək: 43 ölü, 593 yoluxma 29 Fevral 2020, 14:29 “5 il əvvəlki Əfqanıstan deyilik” – Əşrəf Qani “Taliban”ı hədələdi 29 Fevral 2020, 14:18 Moldovanın spikeri Azərbaycan səfirinə martişor hədiyyə etdi 29 Fevral 2020, 14:08 Nazirlərin rayonlarda qəbul cədvəli AÇIQLANDI 29 Fevral 2020, 13:59 Türkiyənin İdlibdə verdiyi şəhid sayı 36-ya çatdı 29 Fevral 2020, 13:48 Mağazalardan brend geyim əşyaları oğurlayan şəxs saxlanıldı 29 Fevral 2020, 13:45 Bakı Ali Neft Məktəbi PAŞA Bankla əməkdaşlığa başladı 29 Fevral 2020, 13:38 Sabahın hava proqnozu - güclü külək, yağış, qar... 29 Fevral 2020, 13:25 Müsavat başqanı da Prezident Administrasiyasına ÇAĞIRILDI 29 Fevral 2020, 13:14 Yol qəzalarında 3 nəfər öldü 29 Fevral 2020, 13:04 Polis qadağan olunmuş yerlərdə siqaret çəkənləri CƏRİMƏLƏYİR 29 Fevral 2020, 12:59 DGK və DİN birgə əməliyyat keçirdi 29 Fevral 2020, 12:42 Telefondan asılmaq, informasiya bolluğu huşsuzluq yaradır - PROBLEM 29 Fevral 2020, 12:35 Ali Məhkəmə Hüseyn Abdullayev və anasının şikayətinə baxacaq 29 Fevral 2020, 12:22 Azərbaycan neftinin qiyməti bir qədər də ucuzlaşdı 29 Fevral 2020, 12:08 Gürcüstanda koronavirusa görə karantinə alınanların sayı artdı 29 Fevral 2020, 12:00 DTX yüksək vəzifəli məmurları rüşvətə görə saxladı 29 Fevral 2020, 11:54 İlqar Məmmədov Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə görüşüb 29 Fevral 2020, 11:45 Bakıdan Ankaraya uçan təyyarə yarı yoldan QAYITDI 29 Fevral 2020, 11:36 İran parlamentinin yeni deputatı virusdan öldü 29 Fevral 2020, 11:22 Martda 15 gün iş olmayacaq 29 Fevral 2020, 11:10 Goranboyda adam öldürən polis zabitinin məhkəməsi başladı 29 Fevral 2020, 11:02 “Unudulmaz səslər” - “Cahargah”ın bənzərsiz ifaçısı Sabir Mirzəyev toyda necə aldadılıb... 29 Fevral 2020, 10:53 Koronavirusa yoluxmuş Rusiya vətəndaşından XƏBƏR VAR 29 Fevral 2020, 10:41