Arxiv
26 Aprel 2019, 08:41 | DİASPOR
ABŞ-da senator olmaq istəyən azərbaycanlı

Adətən ailənin tək övladları ərköyün olurlar. Daha çox diqqətlə əhatə olunduqları üçün böyüyəndən sonra çətinliklərlə üzləşəndə əziyyət çəkirlər. O da ailənin yeganə övladıdır. Amma o qədər cəsarətli, əzmkar, zəhmətsevər, intelektual, iradələdir ki, heç deməzsən, evin tək uşağı olub…

Deyir ki, anası bütün ömrünü ona sərf edib: “Məni elə yetişdirib ki, müstəqil həyata çox gənc yaşlarımdan hazır olmuşam”…

İngilis, ispan, italyan, fransız, portuqal, katalan, rus, türk dillərində sərbəst danışa bilir. Bu azmış kimi yunan, norveç dillərini də öyrənməyə çalışır. Səkkiz yaşında Üzeyir Hacıbəyov adına simfonik orkestrin müşayiəti ilə Filarmoniyada konserti olub. 1999-cu ildə 12 yaşında olarkən respublika fortepianoçuların müsabiqəsində birinci yerə çıxıb. Beş dəfə ”Qönçə” musiqi festivalının qalibi olub. 2004-cü ildən ABŞ-a gələnədək ”Nə? Harada? Nə vaxt?” intelektual yarışmasında kapitanı olduğu ”Diplomat” komandası dəfələrlə ölkə çempionu adına layiq görülüb. Çikaqoya gələndən sonra isə bu ilin mart ayında San Fransiskoda keçirilən ABŞ üzrə ”Brain Ring” intelektual müsabiqəsində, Çikaqo yığmasının tərkibində iştirak edərək yarışın qalibi seçilib…

…Atası Rəfael Məmmədov ixtisasca mühəndisdir. Bakıdakı şirkətlərdən birinə rəhbərlik edir. Anası Təranə xanım isə kollecdə fizika müəllimidir…

Haqqında söhbət açdığım Türyan Məmmədov 1987-ci ildə Bakı şəhərində dünyaya gəlib. 2004-cü ildə orta təhsilini 20 nömrəli məktəbdə başa vurub. Eyni zamanda 1994-2002-ci illərdə 16 saylı musiqi məktəbində fortepianodan dərs alıb. 2004-2008-ci illərdə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsində ali təhsilə yiyələnib. 2008-2009-cu illərdə İspaniyanın Barselona Universitetində təhsilini davam etdirərək, mədəniyyətlərarası münasibətlər ixtisası üzrə birinci mağistr, 2009-2010-cu illərdə Barselona Muxtar Universitetinin hüquq fakültəsində Avropa Birliyinin hüququ üzrə ikinci magistr, 2013-2015-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər və diplomatiya üzrə üçüncü magistr dərəcələrinə yiyələnib. Arada 2010-2011-ci illərdə Türkiyədə yaşayıb. 2011-2012-ci illərdə Bakıda xarici şirkətlərdən birində işləyib. 2012-2013-cü illərdə ”Azerprodukt” şirkətində satış üzrə direktor olub. 2013-2016-cı illərdə isə ”Azerflex” plastik istehsalat sənaye kompleksinə rəhbərlik edib. 2016-cı ildən ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində məskunlaşıb…

…Ömür-gün yoldaşı Leyla xanım ixtisasca tarixçidir. Hazırda Çikaqo Potomak Universitetində həm təhsilini artırır, həm də universitetin insan resursları şöbəsində çalışır…

Türyan Çikaqoya köçəndən sonra özəl şirkət təsis edib. Bir müddət sonra bir başqa soydaşımızla birləşərək şirkəti böyüdə bilib. Bu gün bu şirkət xidmət etdiyi sahə üzrə İllinoys ştatında ən böyük qurum sayılır. Təzəlikcə ”Absheron Logistics” adlı yeni bir şirkət də təsis ediblər…

33 Avropa, 8 Afrika, 10 Asiya ölkəsində səfərdə olub. İndi də Avstraliya və Cənubi Amerika ölkələrinə səyahət etməyi arzulayır. Ən böyük arzusu isə ABŞ-da senator olmaqdır. Harvard kimi dünyanın məşhur universitetlərindən birində doktoranturada təhsil alıb, alimlik dərəcəsinə yiyələnməyi planlaşdırır. Söyləyir ki, nəyin bahasına olursa olsun, kifayət qədər var-dövlətə sahib olandan sonra, öz hesabına Bakıda gənclərin intelektual mərkəzini yaradacaq. Göründüyü kimi arzuları möhtəşəmdir.  Qəhrəmanlarımın arasında ən zarafatcıl, fövqaladə istedada malik, hazırcavab, enerji dolu bu gənc sözün əsl mənasında vətənpərvərdir. İnanıram ki, ABŞ senatorları sırasında nə vaxtsa onu da görə biləcəyik…

Elman Eldaroğlu, ABŞ, Miçiqan

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu gün “Qarabağ” - “Neftçi” oyunu keçiriləcək 15 Sentyabr 2019, 09:53 Ermənistan atəşkəsi 22 dəfə pozdu 15 Sentyabr 2019, 09:49 “Azərbaycan, gəldik!” deyən PAŞALAR 15 Sentyabr 2019, 09:18 Üç qadının sevdiyi rejissor... 15 Sentyabr 2019, 09:15 Metroda silahlı insident 15 Sentyabr 2019, 00:46 Mehriban Əliyeva İvanovkada Mədəniyyət Sarayının açılışında - FOTO 15 Sentyabr 2019, 00:31 Azərbaycanda Bilik günüdür 15 Sentyabr 2019, 00:15 Bakının azad olunmasından 101 il ötür 15 Sentyabr 2019, 00:01 Bakıda ağır qəza: 3 ölü, 6 yaralı 14 Sentyabr 2019, 23:50 5,9 bal gücündə zəlzələ oldu 14 Sentyabr 2019, 23:29 Qusarda itkin düşən qadın və azyaşlı qızı tapılıb 14 Sentyabr 2019, 23:07 Mehriban Əliyeva İsmayıllıda - FOTOLAR 14 Sentyabr 2019, 22:41 Səhiyyədə şəffaflıq və hesabatlılıq müzakirə olundu 14 Sentyabr 2019, 22:11 Rəqəmsal iqtisadiyyat şəraitində ali təhsilin üzləşdiyi əsas çağırışlar - REKTOR ÇIXIŞ YOLU GÖSTƏRDİ 14 Sentyabr 2019, 21:57 Mehriban Əliyeva Şamaxı Cümə məscidində olub - FOTOLAR 14 Sentyabr 2019, 21:44 ABŞ hərbi gəmisi İstanbul boğazında 14 Sentyabr 2019, 21:28 Neft emalı zavodunda partlayış 14 Sentyabr 2019, 21:16 Mehriban Əliyeva Şamaxıda məktəb açılışında - FOTOLAR 14 Sentyabr 2019, 21:02 Ağsu polisi aztəminatlı ailələri sevindirdi 14 Sentyabr 2019, 20:46 Mehriban Əliyeva  Şamaxıda əhali ilə görüşdü - FOTOLAR 14 Sentyabr 2019, 20:33 Çörçilin doğulduğu saraydan qızıl unitaz oğurlanıb 14 Sentyabr 2019, 20:16 Dayanıqlı inkişafa xidmət edən müasir təhsil strategiyası... 14 Sentyabr 2019, 20:01 Təhsil ekspertindən direktorlara sərt İTTİHAM: “Sevgililərini katibə, laborant götürürlər!” 14 Sentyabr 2019, 17:37 Əminə Dilbazinin Amerikadakı qızı İlham Əliyevə təşəkkür etdi: “Təkliflərim var” 14 Sentyabr 2019, 17:13 Taksi xidmətlərində gəlirlərin gizlədilməsinə necə mane olmalı... 14 Sentyabr 2019, 16:28 “Eldar Həsənov vəzifədən getdikdən sonra saxtakar müstəntiq və prokuroru böyütdülər” - Bir cinayətin TARİXÇƏSİ 14 Sentyabr 2019, 16:04 Binəqədidə təhsil konfransı keçirilib 14 Sentyabr 2019, 15:42 Ordumuzun tarixini yazan polkovnik: “Bakının azad edilməsi üçün əsas istiqamət “Qurd qapısı” götürülmüşdü” 14 Sentyabr 2019, 15:32 Məktəblərin ətrafında piyada keçidləri yenilənir 14 Sentyabr 2019, 15:06 Rusiyada ağır yol qəzası: 9 ölü, 20 yaralı... 14 Sentyabr 2019, 14:42 Təhsil naziri Biləsuvarda məktəb açılışına gedib 14 Sentyabr 2019, 14:29 Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi … 14 Sentyabr 2019, 14:27 İlham Əliyev iki yeni səfirin etimadnaməsini qəbul edib 14 Sentyabr 2019, 14:17 Dilçilik İnsititutunun direktoru: “Qarabağ dialektoloji atlasını çapa hazırlayırıq” - MÜSAHİBƏ 14 Sentyabr 2019, 14:12 Post-patrul xidmətindən yol polisinə ezam olunanlar geri qaytarılıb - RƏSMİ 14 Sentyabr 2019, 13:27