Arxiv
30 Aprel 2019, 08:55 | DİASPOR
Almaniyanın azərbaycanbəstəkarı - Əsərləri Avropanı dolaşan XANIM

Özünü təhsilə, yaradıcılığa həsr edib. Başı o qədər qarışıb ki, hətta ailə qurmağa belə tələsməyib. Bəstələdiyi "İn memoriam Kara Karayev", "İn memoriam Ludwig Van Beethoven", beş hissəli "Qarabağ suita"sı, "Qarabağ həsrəti", "Odlar ölkəsi" və s. musiqi əsərləri indiyədək Kanada, Fransa, Avstriya, İsveç, Oman Sultanlığı və eləcə də bir sıra ölkələrdə ifa olunub. Dəfələrlə beynəlxalq bəstəkarlıq müsabiqələrinin laureatı seçilib. 

On dörd ildir ki, Almaniyada yaşayır. Zəngin mədəniyytə malik olan bu məmləkətdə Azərbaycan musiqisini yorulmadan təbliğ edir, almanlara sevdirməyə səy göstərir. Haqqında söhbət açdığım Xədicə xanım Zeynalova Sumqayıt şəhərində dünyaya gəlib. Səkkizinci sinfədək 27 nömrəli məktəbdə oxuyub. Sonra indiki Sumqayıt Musiqi Kollecinə qəbul olunaraq, dörd il də orada təhsil alıb. 1994-cü ildə həmin kolleci musiqi nəzəriyyəsi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1994-1998-ci illərdə Bakı Musiqi Akademiyasının bəstəkarlıq və musiqişünaslıq fakültəsində bakalavr, 1998-2000-ci illərdə isə magistr dərəcələrinə yiyələnib. Hər iki dərəcədən də fərqlənmə diplomuna layiq görülüb. Eyni zamanda, 1995-2005-ci illərdə Sumqayıt Musiqi Kollecində müəllim işləyib, musiqi nəzəriyyəsi fənnini tədris edib. Həmçinin, 2000-2005-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi çalışıb. 2005-ci ildən Almaniyanın Detmold şəhərində yaşayır…


…Atası Əbdülrəhim kişi Sumqayıtda yaşasa da, Bakıda, İçərişəhərdə doğulub boya-başa çatıb. Hərbiçi olub, hazırda istefadadır. Anası Əzizə xanım əslən Corat kəndindəndir. Yeyinti sənayesi üzrə mütəxəsisdir…


Xədicə xanım Almaniyada məskunlaşdıqdan sonra bir il Detmold Konservatoriyasının bəstəkarlıq şöbəsində təhsilini davam etdirib və oranı da fərqlənmə diplomu ilə başa vurub. 2006-2012-ci illərdə Paderborn Universitetinin doktorantı kimi elmi iş üzərində işləyərək "Azərbaycan mədəniyyəti və bəstəkarlıq məktəbi haqqında", eləcə də "Qərb musiqisinin Azərbaycan musiqisində təzahürü" mövzusunda dissertasiya müdafiə edib, sənətşünaslıq üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib.


2012-ci ildən Musiqi və İncəsənət Məktəbində fortepianodan, 2013-cü ildən isə Detmold Konservatoriyasında müsiqi nəzəriyyəsindən dərs deyir…


…Səyahət etməyi xoşlayır. Artıq Avropa ölkələrinin bir çoxunda turist kimi səfərdə olub. Getdiyi ölkələrin muzeylərini ziyarət etməkdən zövq alır. Söylədiyinə görə, gözəl rəsm əsərinə baxıb ilhamlanır. Bu isə yeni musiqi əsərinin yaranmasına səbəb olur...


Otuzdan çox kitabın müəllifidir. Həmin əsərlər Hollandiya, İngiltərə, Almaniya nəşriyyatlarında işıq üzü görüb. ADR-in 100 illiyinə həsr olunan ilk musiqi albomu dünyaşöhrətli "Deutschlandfunk Radio Şirkəti"ndə ərsəyə gətirilib. Haqqında Alman mətbuatında xeyli məqalə dərc olunub. 2016-cı ildə şərq və qərb musiqi alətlərindən ibarət "Bridge of Sound" ansamblını, eləcə də eyniadlı cəmiyyəti yaradıb. İstəyir ki, ansanblı ilə birlikdə dünyanın müxtəlif ölkələrində qastrol səfərlərində olub, ölməz Azərbaycan bəstəkarlarının musiqilərini bütün dünyaya sevdirsin. Şəxsi studiya yaratmaq arzusundadır. İnanırıq ki, o, tezliklə bu arzusuna da çatacaq…


Çox mehriban insandır. Söhbətimiz boyu onun nə qədər alicənab, yüksək zövqlü, kübar bir xanım olduğuna şahidlik etdim. Zarafat deyil, 2019-cu ilin yanvar ayından hər il keçirilən qadın bəstəkarlarının beynəlxalq müsabiqəsinin münsiflər heyətinə seçilən yeganə azərbaycanlıdır…


Bəli, milli musiqimizi xaricdə sevə-sevə təbliğ edən, iştirakçısı olduğu tədbirlərdəki çıxışlarında "Azərbaycan" kəlməsi dilindən düşməyən, vətəni göz bəbəyi qədər əziz bilən bir vətənpərvər soydaşımız haqqında da söhbətim beləcə başa çatdı. Mərhum xalq şairi Cabir Novruzun sözləri ilə desək:

"Onun əvəzi olmur, o hər kəsdən irəli.
Gözdən əzizi olmur, Vətən gözdən irəli"...


Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
AFFA-nın İcraiyyə Komitəsinə namizədlər bəlli oldu 18 Yanvar 2020, 21:11 Seçicilər Vüqar Bayramovu böyük coşqu ilə qarşılayıb - FOTOLAR 18 Yanvar 2020, 20:57 Bakıda yeniyetmə yol qəzasının qurbanı olub 18 Yanvar 2020, 20:37 Fəzail Ağamalının seçicilərlə görüşü davam edir - FOTOLAR 18 Yanvar 2020, 20:14 İki gündə beş kənd - Ləman Ələşrəfqızı seçicilərlə görüşlərini davam etdirir 18 Yanvar 2020, 20:03 Musa Quliyev təbliğata Gəncənin müqəddəs yerlərini ziyarət etməklə başladı - FOTO 18 Yanvar 2020, 19:43 Deputatlığa namizəd Eldar Quliyev izdihamlı görüş keçirdi - FOTOLAR 18 Yanvar 2020, 19:20 Ceyhun Məmmədov Sumqayıtda məskunlaşan cəbrayıllı məcburi köçkünlərlə görüşdü - FOTO 18 Yanvar 2020, 19:00 İlham Əliyev məqalə YAZDI 18 Yanvar 2020, 18:46 İqbal Məmmədov seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR 18 Yanvar 2020, 18:35 Müəllimlərin işə qəbulunda YENİLİK 18 Yanvar 2020, 18:04 Naxçıvan sakini Göygöldə işlədiyi evdən oğurluq etdi 18 Yanvar 2020, 17:46 Baş Prokurorluq sayt rəhbərinə xəbərdarlıq ETDİ 18 Yanvar 2020, 17:42 Cavanşir Paşazadə seçicilərlə görüşlərə başladı - FOTOLAR 18 Yanvar 2020, 17:32 Azay Quliyevin 4 illik fəaliyyətinə dair HESABAT - Video 18 Yanvar 2020, 17:22 Cəlilabadda narkoticlərə qarşı polis ƏMƏLİYYATI 18 Yanvar 2020, 17:13 Nazir əmr imzaladı - Daxili işlər orqanları gücləndirilmiş iş rejimində çalışacaq 18 Yanvar 2020, 17:02 Afət Telmanqızının həyat yoldaşı: “Bu cür xanımla həyatı bölüşmək çox asan olur” 18 Yanvar 2020, 16:50 15 yaşlı Gəncə sakini sükan arxasında öldü 18 Yanvar 2020, 16:37 Onlar ən yaşlı deputatlığa namizədlərdir - SİYAHI 18 Yanvar 2020, 16:13 Kirayə mənzil üçün müraciətlərin qəbul tarixi AÇIQLANDI 18 Yanvar 2020, 15:55 Malik Həsənov seçiciləri ilə görüşüb - FOTOLAR 18 Yanvar 2020, 15:46 Çingiz Qənizadə silsilə görüşlərini davam etdirir - FOTOLAR 18 Yanvar 2020, 15:24 Uşaqlara nə qədər xərclik verilməlidir? - Psixoloq məsləhəti 18 Yanvar 2020, 15:17 Musa Qasımlı seçiciləri ilə görüşləri davam etdirir - FOTOLAR 18 Yanvar 2020, 15:01 Bakıda qadın narkotacir tutuldu - Ləqəbi  “Nazlı”dır 18 Yanvar 2020, 14:57 5 ədliyyə məmuru işdən çıxarıldı, 2 nəfərin işi prokurorluğa göndərildi 18 Yanvar 2020, 14:52 “Azərenerji” və “Azərişıq” 20 yanvar faciəsini birgə andı 18 Yanvar 2020, 14:38 Bakıda 14 yaşlı qızı maşın vurdu 18 Yanvar 2020, 14:35 Binəqədidə soyğunçuluqla məşğul olan dəstə aşkarlandı 18 Yanvar 2020, 14:13 Qeyri-millətlərdən olan deputatlığa NAMİZƏDLƏR 18 Yanvar 2020, 13:58 Rüstəm Xəlilov kənd sakinləri ilə görüşüb - FOTO   18 Yanvar 2020, 13:34 Sabahın hava proqnozu: yağış, qar, güclü külək... 18 Yanvar 2020, 13:29 Şənbə etüdləri - Şöhrət Eyvazov yazır: GÖZMUNCUĞU VƏ GİLİZ 18 Yanvar 2020, 13:21 Baş Prokurorluqdan İsmayıllıdakı ölüm hadisəsi barədə AÇIQLAMA 18 Yanvar 2020, 12:54
SORĞU Yeni parlamentdə kimlər olsun?