Arxiv
8 May 2019, 17:43 | MƏDƏNİYYƏT
Heydər Əliyev Fondu 15-ci ilində...

Heydər Əliyev Fondunun yaranmasından 15 il keçir. Bu münasibətlə prezident İlham Əliyev Heydər Əliyev Fondu əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzaladı. Heydər Əliyev Fondunun icraçı direktoru və Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov “Şöhrət” ordeni ilə təltif olundu. Fondun rəhbəri, birinci-vitse prezident Mehriban Əliyevanın bir neçə köməkçisi olsa da, Anar Ələkbərovun səlahiyyəti və məsuliyyət dairəsi genişdir. İcraçı direktor Fondun işinə bilavasitə rəhbərliyi, proqram və tədbirlərə nəzarəti həyata keçirir. Fondun ekspert şurası da var. Konsultativ qurum olan Ekspert Şurası qəbul olunan qərarların səmərəliliyini və effektivliyini təmin edir. Müxtəlif ixtisaslı ekspertlərdən təşkil olunmuş Ekspert Şurasının vəzifəsi müvafiq rəyləri, hesabatları və məruzələri hazırlayıb prezidentə təqdim etməkdən ibarətdir.

Heydər Əliyev Fondu 15 ildə ölkənin sosial həyatında əsas təşkilata çevrilib. İnsanlar bu təşkilata ümid yeri kimi baxırlar. Yardım və dəstək məqsədilə müraciətlərin və məktubların mütləq əksəriyyəti məhz Fonda yönəlir. Bu da onunla əlaqəlidir ki, Fond 15 ildə insanların problemlərinin həllində mühüm rol oynayıb. Oxşar təşkilatlar dünyanın müxtəlif ölkələrində var. Heydər Əliyev Fondunu bənzər təşkilatlarından fərqləndirən odur ki, Fondun fəaliyyəti yalnız bir sahəni əhatə etmir. Bu sıraya sosial problemlərin həllindən, xəstəxana, məktəb və uşaq bağçalarının tikintisindən tutmuş, müxtəlif səpgili layihələrin tətbiqinə və reallaşdırılmasına qədər çalışmaları göstərmək olar. Azərbaycan torpaqlarının işğalının və Xocalı soyqırımının dünyada tanıtdırılması işi də Heydər Əliyev Fondunun əsas fəaliyyət istiqamətlərindən biridir. Təsadüfi deyil ki, son illərdə onlarla ölkənin parlamentində Xocalı soyqırımı haqqında qətnamələr qəbul edilib. Dünyanın müxtəlif ölkələrində kök salmış güclü erməni lobbisi 1960-cı illərdən başlayaraq “erməni soyqırımı”nı müxtəlif ölkələrin parlamentlərində tanıtdırmağa nail olmuş, özlərini məzlum millət kimi göstərməyə çalışmışlar. “Erməni soyqırımı”ndan fərqli olaraq canlı şahidlərə malik və qətliam görüntülərini özündə əks etdirən Xocalı soyqırımının müxtəlif ölkələrin parlamentlərində tanıtdırılması və “Xocalıya ədalət” aksiyalarının keçirilməsi erməni lobbisinin çalışmalarına zərbədir və dünya görür ki, özünü “məzlum millət” kimi göstərmək istəyənlər Azərbaycanda əsl soyqırımı törədiblər.

Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə həyata keçirdiyi sosial və humanitar layihələrin iki əsas hədəfi var. Birinci hədəf məktəb və xəstəxanaların tikintisi, dərmanların və zəruri yardımların çatdırılması vasitəsilə ağır vəziyyətdə və köməyə ehtiyacı olan insanlara yardımdırsa, ikinci hədəf Azərbaycanla tərəfdaş münasibətlərdə olan ölkələrə dost əli uzatmaq və bu yolla ikitərəfli əlaqələri daha da üst səviyyəyə qaldırmaqdır. Bununla Heydər Əliyev Fondu həm də Azərbaycanın xarici və milli təhlükəsizlik siyasətində önəmli rola malik olduğunu göstərir. Məsələn, Heydər Əliyev Fondunun dost və qardaş Pakistanda həyata keçirdiyi humanitar aksiyalar, tikdiyi məktəb və xəstəxanalar iki ölkə arasındakı əlaqələrin daha üst səviyyəyə qalxmasına xidmət edir. Pakistan Azərbaycanın strateji müttəfiqidir, İslamabad Dağlıq Qarabağ məsələsində birmənalı şəkildə Azərbaycanı dəstəkləyir. Ona görə də Heydər Əliyev Fondunun Pakistanın sosial problemlərinin həllində rol oynaması həm də Azərbaycanın qardaş dövlətin siyasətinə minnətdarlıq əhəmiyyəti daşıyır.

Heydər Əliyev Fondunun Azərbaycanda həyata keçirdiyi sosial və humanitar layihələr faktiki bu işə məsul olan nazirliklərin işinə də mühüm dəstək, problemlərin həllində məsuliyyətin bölüşdürülməsidir. Məsələn, Heydər Əliyev Fondu nəzdində “Regional İnkişaf” İctimai Birliyi fəaliyyət göstərir. Fondun əsas qollarından birinə çevrilən birliyin məqsədi bölgələrin əsas problemlərinin öyrənilməsi və onların həllinin sürətləndirilməsidir. Halbuki, bölgələrdə işsizlik problemlərinin həlli, gənclər üçün yeni iş yerlərinin açılması və gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması birbaşa buna məsul olan nazirliklərin səlahiyyət dairəsinə aiddir. 

Fond və birinci vitse-prezident son illərdə cəmiyyətdən gələn siqnallara da xüsusi diqqət göstərir. Bu mənada sosial şəbəkələrin önəmli rolu var. Sosial şəbəkələrdə sosial və humanitar mövzuda narazılıq yaradan və böyük diskussiyalara səbəb olan mövzular Fondun diqqətindən yayınmır, onlara reaksiya verilir. Məsələn, İçərişəhərdəki tikinti və təmir işləri ilə bağlı sosial şəbəkələrdə geniş müzakirələr açıldığında birinci vitse-prezident İçərişəhərə gəldi, təmir-tikinti işləri ilə yerindəcə tanış oldu və məmurlara tarixi abidələrin qorunması tapşırığını verdi. Və ya şəhərin qədim tikililərindən biri ­- “Salaam Cinema Baku”nun yerləşdiyi bina ilə bağlı gənclər arasında geniş diskussiya açıldığında və mərkəzin işıqları kəsildikdə birinci vitse-prezident yenidən anındaca olaya reaksiya verdi və yazdığı statusda tarixi binaların qorunması vacibliyini səsləndirdi. Mehriban Əliyevanın bu cür reaksiyalarının iki mənası var. Birincisi, birinci vitse-prezident bununla göstərir ki, cəmiyyəti narahat edən mövzulara həssasdır, ikincisi, haqqında danışılan yerlərə şəxsən baxışların keçirilməsi və verilən açıqlamalar məmulara da bir növ xəbərdarlıq mahiyyəti daşıyır ki, atdıqları addımlar qanunlara zidd olmasın və məmurlar insanların narahatlıqları diqqətə alınsınlar.

“Atlas” Araşdırmalar Mərkəzi

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İtaliyada koronavirusdan sutkalıq ölüm halı 7  nəfərədək azaldı 11 İyul 2020, 22:12 Baydendən Ərdoğana çağırış 11 İyul 2020, 21:56 Türkiyədə daha  21 nəfər koronavirusun qurbanı oldu 11 İyul 2020, 21:37 Daha bir həkimimiz koronovirusdan ÖLDÜ 11 İyul 2020, 21:18 Koronavirusun yayılması ilə bağlı yeni İDDİA 11 İyul 2020, 21:14 Aqrar sahəyə ayrılan vəsaiti mənimsəyən mütəşəkkil DƏSTƏ YAXALANDI - VİDEO 11 İyul 2020, 20:56 Ədliyyə Nazirliyinin vəzifələri artırıldı 11 İyul 2020, 20:41 Daha  6 472 obyektdə qaydalar pozuldu 11 İyul 2020, 20:28 Şəmkirdə mikroavtobus aşıb: xeyli sayda yaralı var 11 İyul 2020, 20:15 Koronavirusa yoluxan şöbə müdirindən XƏBƏR VAR 11 İyul 2020, 20:09 Ermənilərin Polad Bülbüloğluna qarşı təxribatı BAŞ TUTMADI 11 İyul 2020, 19:59 Bölgədə artan gərginliyin məsuliyyəti işğalçı Ermənistanın üzərindədir - XİN 11 İyul 2020, 19:50 “Neftçi”nin sabiq vitse-prezidenti koronavirusdan ÖLDÜ 11 İyul 2020, 19:44 Bakıda bir-birinə bitişik olan 3 tikilidə YANĞIN 11 İyul 2020, 19:26 Rayonlara leysan yağıb - FAKTİKİ HAVA 11 İyul 2020, 19:17 Baş Nazir banklarla bağlı Konstitusiya Məhkəməsinə sorğu GÖNDƏRDİ 11 İyul 2020, 19:06 Həftə ərzində gözlənilən hava şəraiti AÇIQLANDI 11 İyul 2020, 18:47 İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT-nin xüsusi iclasının gündəliyi AÇIQLANDI 11 İyul 2020, 18:20 Təhsil Jurnalistləri Birliyinin ilk virtual görüşü keçirildi 11 İyul 2020, 18:09 Pendirin orqanizmə faydaları və təhlükələri 11 İyul 2020, 18:00 Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinə ev verildi - VİDEO 11 İyul 2020, 17:52 Rəfael Ağayev Rusiyadan təklif aldı 11 İyul 2020, 17:45 Dünya çempionu vəfat etdi 11 İyul 2020, 17:37 190 manatlıq ödənişlə qarpız alıb təpikləyən barədə AÇIQLAMA 11 İyul 2020, 17:30 İranda 188 nəfər koronavirusdan ÖLDÜ 11 İyul 2020, 17:22 Bağ evində narkotik becərən şəxs SAXLANILDI 11 İyul 2020, 17:14 Nazirlikdən 190 manat birdəfəlik ödəməni ala bilməyənlərə CAVAB 11 İyul 2020, 17:06 Bill Geytsdən koronavirusla mübarizədə YENİ TƏKLİFLƏR 11 İyul 2020, 16:57 Prokurorluq məlumat YAYDI 11 İyul 2020, 16:49 Körpünün altında top mərmisi tapıldı -FOTO 11 İyul 2020, 16:40 Azərbaycanda daha 531 nəfər virusa yoluxdu - 514 nəfər SAĞALDI 11 İyul 2020, 16:30 17 mindən çox subbakalavr ərizəsini TƏSDİQLƏDİ 11 İyul 2020, 16:18 İlham Əliyev Monteneqronun prezidentini təbrik etdi 11 İyul 2020, 16:10 EANA-ya üzv agentliklərin növbəti vebseminarında medianın aktual problemləri müzakirə olunub -FOTO 11 İyul 2020, 16:00 Bir ton narkotik vasitə yandırıldı -FOTO 11 İyul 2020, 15:51