Arxiv
11 May 2019, 01:10 | İQTİSADİYYAT
Azərbaycan iqtisadiyyatı son 15 ildə  3 dəfə artıb

“Münaqişə ilə bağlı bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu xalqımız bu torpaqda yaşayıb və yaradıb. Bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Heç bir ölkə qondarma rejimi tanımır və əminəm ki, tanımayacaq. Bizim mövqeyimiz ondan ibarətdir ki, bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktı əsasında öz həllini tapmalıdır. Bu, yeganə yoldur və biz bu yolla gedirik və gedəcəyik”.

 

Modern.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunan təntənəli mərasimdə çıxışı zamanı bildirib.

.

İlham Əliyev qeyd edib ki, eyni zamanda, ordumuzun gücü artır: “Bu gün Azərbaycan beynəlxalq reytinqlərə əsasən dünya miqyasında ordu potensialına görə 50 ölkə arasındadır. Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaqdır.

 

Heydər Əliyev hər zaman məcburi köçkünlərin problemləri ilə maraqlanırdı, onlara böyük qayğı, diqqət göstərirdi. O vaxt biz donor təşkilatlardan böyük dərəcədə asılı idik, çünki bizim maliyyə imkanlarımız yox idi. O vaxt böyük işlər görüldü ki, beynəlxalq təşkilatlar Azərbaycana yardım göstərsinlər və bu yardım hesabına müəyyən mənada köçkünlərə şərait yaradıldı. Heydər Əliyev göstəriş verdi ki, ilk neftdən Azərbaycan Dövlət Neft Fonduna daxil olan gəliri məcburi köçkünlərin problemlərinin həllinə istifadə edək. Belə də oldu. Yadımdadır, yağışlı hava idi, gözəl mənzərəli yer idi, Heydər Əliyev özü şəxsən o köçkün qəsəbəsinin açılışını qeyd etdi. Bu gün bu siyasət davam etdirilir. Bu günə qədər yüzdən çox şəhərcik salınıb, 100 minlərlə köçkün yeni evlərlə, mənzillərlə təmin edilib”.

 

Prezident vurğulayıb ki, bu illərdə digər sosial layihələr uğurla icra edilib: “Son 15 il ərzində əməkhaqqının, pensiyanın 10 dəfəyə yaxın artırılması bizim sosial siyasətimizi göstərir. Biz iqtisadiyyatın şaxələndirilməsi istiqamətində böyük işlər görmüşük. Bu gün bu istiqamətdə işlər davam etdirilir. İqtisadiyyatın neft-qaz amilindən asılılığını azaltmaq üçün praktiki addımlar atılır. Son 15 il ərzində iqtisadiyyat 3 dəfə artıb, çox gözəl biznes mühiti yaradılıb. Dünya Bankının hesablamalarına görə, biz bu göstərici üzrə dünya miqyasında 25-ci yerdəyik. Yəni, islahatlar aparıldı və ölkə qarşısında duran problemlər həll olunmağa başlandı. Əgər biz buraya texnoloji inkişafı əlavə etsək, deyə bilərik ki, bu gün Azərbaycanın 3 peyki var, Azərbaycan kosmik klubun üzvüdür. Bu da böyük nailiyyətdir, tarixi nailiyyətdir. Enerji təhlükəsizliyi sahəsində görün nə qədər böyük işlər görüldü. Heydər Əliyevin öz əlləri ilə təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan artıq 13 ildir ki, fəaliyyət göstərir və ölkəmizə gəlir gətirir. Bu gəlir xalqın rifah halının yaxşılaşmasına, infrastruktur layihələrinin icrasına yönəldilir. Bu gün biz daha böyük enerji layihəsini icra edirik və əminəm ki, uğurla başa vuracağıq. Baxmayaraq ki, açıq dənizə çıxışımız yoxdur, biz Azərbaycanı nəqliyyat mərkəzinə çevirmişik. Bu sahəyə qoyulan sərmayə gələcəyə qoyulan sərmayədir. Çünki bundan sonra Azərbaycan onilliklər, yüzilliklər ərzində tranzit imkanlarından istifadə edərək öz büdcəsini artıracaqdır. Azərbaycana daxil olacaq vəsait, sadəcə, coğrafi vəziyyətdən və tranzit imkanlardan asılı olacaqdır.

 

Əlbəttə ki, əldə edilmiş nəticələr haqqında çox danışmaq olar. Amma bizim əsas vəzifəmiz gələcəyə baxışımızdır. Biz necə inkişaf etməliyik, hansı yollarla inkişaf etməliyik? Bir şeyi qətiyyətlə deyə bilərəm ki, biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Biz daim irəliyə baxmalıyıq. Dünya dəyişir, bölgə dəyişir, bölgədə yeni çağırışlar meydana çıxır, 15-20 il bundan əvvəl olan vəziyyət bu gün tamamilə fərqlidir. Bölgənin, dünyanın geosiyasi mənzərəsi tam fərqlidir və biz buna hazır olmalıyıq. Ona görə hər bir məsələ ilə bağlı biz çox operativ və çevik fəaliyyət göstərməliyik və göstəririk. Ölkəmizin maraqlarını müdafiə etməliyik. Biz bundan sonra da çalışmalıyıq ki, Azərbaycanı mümkün olan risklərdən qoruyaq, necə ki, bu günə qədər qorumuşuq. Bu, asan məsələ deyil. Çünki hər birimiz yaxşı bilirik ki, dünyada gərginlik çoxalır, beynəlxalq hüququn normaları pozulur, bu normalara məhəl qoyulmur və ölkələr arasında gərginlik artmaqdadır. Ona görə bizim əsas məqsədimiz uğurlu xarici siyasətdən istifadə edərək ölkəmiz üçün mövcud olan və gələcək mümkün riskləri azaltmaqdır. Biz bu istiqamətdə fəal işləyirik. Ancaq deyə bilərəm ki, bu, asan məsələ deyil”.

 

“Uzun illərdir ki, Azərbaycanda sabitlik təmin edilir. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Xalqın bizim siyasətə göstərdiyi dəstək bizə güc verir və eyni zamanda, imkan verir ki, islahatları dərinləşdirək və Azərbaycanın uğurlu dayanıqlı inkişafını təmin edək.

 

Sabitlik hər bir ölkə üçün xüsusi əhəmiyyət daşıyır. Dünyaya, beynəlxalq mənzərəyə baxın. Harada ki, sabitlik pozulur, ölkələr geriyə gedir, idarəolunmaz vəziyyətə düşür, ölkələrdə xoşagəlməz proseslər başlayır, xarici təsir artır, daxili çəkişmələr baş verir və ölkələr öz gələcəyini itirir. Son illər ərzində sabitliyi pozulan ölkələrin bugünkü mənzərəsinə nəzər salın. Nə görəcəyik? Müharibə, qardaş qanının tökülməsi, dağılmış şəhərlər, sıradan çıxmış infrastruktur, iflic vəziyyətə düşmüş sənaye, milyonlarla qaçqın-köçkün, çadır şəhərcikləri, o şəhərciklər ki, biz onlardan 2007-ci ildə xilas olmuşuq. Mən o vaxt seçkiqabağı söz vermişdim ki, 5 il ərzində bir dənə də olsun çadır şəhərciyi qalmayacaq. Bunu biz 4 ilə etdik. Yəni, sabitliyin pozulması buna gətirib çıxarır. Hər bir insan bilməlidir ki, sabitlik böyük sərvətdir. Biz bunu çox böyük fədakarlıq göstərərək əldə etmişik.

 

Yadımıza 1990-cı illərin əvvəllərini salaq. Nələr baş verirdi? Azərbaycan idarəolunmaz vəziyyətdə idi, Azərbaycan müstəqil siyasət apara bilmirdi. Müxtəlif çaxnaşmalar, toqquşmalar ölkəmizi tamamilə iflic vəziyyətə salmışdı. Bundan istifadə edən Ermənistan torpaqlarımızı zəbt etdi. Əgər o vaxt Azərbaycanda sabitlik olsaydı və əgər o vaxt Heydər Əliyev kimi şəxsiyyət Azərbaycanın rəhbəri olsaydı, heç vaxt torpaqlarımız işğal altına düşə bilməzdi. Ona görə biz bilməliyik ki, sabitliyin mövcudluğu Azərbaycanın, gənc nəslin xoşbəxt gələcəyidir. Bir daha demək istəyirəm ki, Azərbaycanda sabitlik möhkəm qorunur. Düzdür, bəzi cəhdlər göstərilir, tam iflasa düçar olmuş bəzi qruplaşmalar, hansılar ki, Azərbaycanı 1990-cı illərdə bərbad vəziyyətə qoydular, həmin dəstələr yenə də nə isə əldə etməyə çalışırlar. İndi onların mübarizə üsulu yalan, şər, böhtan, uydurma, iftiradır. Onların bundan başqa mübarizə üsulu yoxdur və müxtəlif media vasitələrindən istifadə edərək ölkəmizə qara yaxırlar. Həm ölkə daxilində, həm də xaricdə çox eybəcər bir mənzərə yaratmağa çalışırlar. Azərbaycan xalqı onları yaxşı tanıyır. Məhz onlar Azərbaycanı bərbad vəziyyətə qoydular, onlar ölkəmizi dağıtdılar, onlar vətəndaş müharibəsinə start verdilər, qardaş qanı tökdülər. Azərbaycan xalqı heç vaxt imkan verməz ki, antimilli, xəyanətkar ünsürlər Azərbaycanda nə isə əldə etsinlər. Azərbaycan xalqı müdrik xalqdır və hər şeyi yaxşı bilir”.

 

Prezident qeyd edib ki, bundan sonra da islahatlar yolu ilə gediləcək: “Çünki bir daha demək istəyirəm, əldə edilmiş nəticələr, hesab edirəm ki, tarixdə qalmalıdır. Biz bunu bilməliyik ki, haradan gəlmişik, hara çatmışıq. Ancaq bu, tarixdir, biz gələcəyə baxmalıyıq. Bu gün iqtisadi sahədə aparılan islahatlar bütün mötəbər beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilir. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, bizim tərəfdaşlarımız Azərbaycana böyük kreditlər verirlər. Nəyə görə? Ona görə ki, bizə inanırlar. Birinci növbədə görürlər ki, islahatlar səmərə verir, digər tərəfdən Azərbaycanın uğurlu gələcəyinə inanırlar. Əgər belə olmasaydı, milyardlarla dolları Azərbaycana kredit şəklində verərdilərmi? Əlbəttə ki, yox.

 

İqtisadi sahədə aparılan islahatlar hər bir vətəndaşın həyatında öz əksini tapmalıdır və tapır. Biz əməkhaqlarını, pensiyaları, müavinətləri nəyin hesabına artırırıq? Ona görə ki, daha da səmərəli işləyirik, ona görə ki, büdcə daxilolmaları artır və artacaq. Biz hələ islahatların növbəti mərhələsinin başlanğıcındayıq və bu ilin dörd ayının yekunları deməyə əsas verir ki, çox böyük nəticələr əldə edilir. Bu, bizə imkan verir ki, sosial sahəyə həm maddi təminat, həm də islahatlar baxımından daha böyük diqqət göstərilsin. Dünən, Ulu Öndərin doğum günü ərəfəsində ilk DOST Mərkəzi yaradıldı. Bu da sosial təminat sahəsində bir inqilabdır. Necə ki, vaxtilə “ASAN xidmət” mərkəzi ictimai xidmətlər sahəsində bir inqilab oldu. Artıq 6 milyondan çox insan “ASAN xidmət”dən istifadə edib. Bu, Azərbaycan brendidir, biz indi bu brendi intellektual məhsul kimi başqa ölkələrə ixrac edirik. Ona görə islahatların davam etdirilməsi zəruridir və bunun başqa yolu yoxdur.

 

Məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi ilə bağlı bu yaxınlarda Fərman imzalanıb. İndi əməli işlər aparılır ki, Fərmanın icra edilməsinə başlansın. Bu da bir ciddi islahat olacaq. İcbari-tibbi sığorta Azərbaycanda pilot layihə kimi icra edilibdir və nəticələr həddindən artıq müsbətdir. Biz bəlkə də heç gözləmirdik ki, bu qədər müsbət nəticələr olacaq. Bu, həm əhali, həm həkimlər tərəfindən, həm də bütün digər sahələrdə yüksək qiymətləndirilir. Biz qabağa baxmalıyıq. Dünya dəyişir, bir daha demək istəyirəm, biz ön sıralarda olmalıyıq və olacağıq da. Çünki üfüqlər açıqdır, siyasətimiz tam aydındır və gələcəyə nikbinliklə baxmaq üçün bütün əsaslar var”.

 

“Biz bu gün, eyni zamanda, Heydər Əliyev Fondunun 15 illiyini qeyd edirik. On beş il bundan əvvəl Fond yaradıldı və bu illər ərzində bir çox sahələrdə - mədəniyyət, incəsənət, təhsil və digər sahələrdə çox böyük işlər gördü. Təhsil sahəsində deyə bilərəm ki, Fondun təşəbbüsü ilə başlanan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı ölkə miqyasında geniş vüsət aldı və ondan sonra dövlət xətti ilə 3 min 200-dən çox məktəb tikildi, təmir edildi. Fond səhiyyə sahəsində çox böyük işlər görür və bir çox hallarda bu işlər haqqında heç məlumat da verilmir. Yəni, ictimaiyyət bəlkə də məlumatlı deyil ki, nə qədər böyük işlər görülür, nə qədər insana kömək göstərilir, nə qədər insanı - uşağı, xəstəni Fondun xətti ilə aparılan müalicə normal həyata qaytarıb. Fondun çoxşaxəli fəaliyyəti Azərbaycanı dünyada tanıdır. Fondun dünya miqyasında çox böyük hörməti var. Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində - bizim musiqimizi, xalçaçılıq sənətini, muğam sənətini, digər mədəniyyət incilərimizi dünyaya çatdırmaq, təqdim etmək üçün Fond çox böyük işlər görür. Kitablar çap olunur, disklər hazırlanır, sərgilər, elmi-praktik konfranslar, simpoziumlar keçirilir. Mən Fondun əməkdaşlarını əldə edilmiş uğurlar münasibətilə təbrik edirəm və eyni zamanda, bildirmək istəyirəm ki, Fond Ulu Öndərin siyasi irsini təbliğ etmək üçün də böyük işlər görür.

Biz Ulu Öndərin doğum gününü yaxşı nəticələrlə, böyük planlarla qarşılayırıq. Əminəm ki, bütün planlar reallaşacaq. Necə ki, bu günə qədər reallaşıb, bundan sonra da reallaşacaq. Çünki buna bizim iradəmiz də çatır, gücümüz də var, xalq da bizim siyasətimizi dəstəkləyir. Biz bundan sonra yalnız və yalnız uğurlar və qələbələr yolu ilə gedəcəyik”,- deyə Prezident vurğulayıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gömrük Akademiyasının tələbəsi: “Burda təhsil almaq bir addım öndə olmağa imkan verir” - MÜSAHİBƏ 15 Oktyabr 2019, 13:29 Kiyevdə öldürülən azərbaycanlı tələbənin qatili beynəlxalq axtarışa verildi - Səfirliyimizdən NOTA 15 Oktyabr 2019, 13:23 Bakıda Türk Şurasının VII Zirvə Görüşü keçirilir - YENİLƏNİB 15 Oktyabr 2019, 13:14 Pənah Hüseyn: “Fəzail Ağamalıya necə təzyiq olubsa, danışmaqdan belə çəkinir” 15 Oktyabr 2019, 13:01 Litva səfiri Ekologiya Nazirliyində olub 15 Oktyabr 2019, 12:54 Paşinyan Minsk Qrupunun həmsdərləri ilə görüşdü 15 Oktyabr 2019, 12:54 Piyadanı vurub qaçan sürücü tutulub 15 Oktyabr 2019, 12:50 Sabah 28 dərəcə isti olacaq - PROQNOZ 15 Oktyabr 2019, 12:44 BŞTİ müdiri qızıl və gümüş medal alanların sayını açıqladı  15 Oktyabr 2019, 12:35 Komitə sədri: “Azərbaycan Ermənistana imkan verməyəcək” 15 Oktyabr 2019, 12:35 Deputatdan Qarabağ icması ilə bağlı TƏKLİF 15 Oktyabr 2019, 12:29 Metronun Xocəsəndə tikilən yeni deposu nə vaxt AÇILACAQ? 15 Oktyabr 2019, 12:27 Leyla Əliyevanın “Sanki bir alovsan” adlı şeirlər toplusu Ankarada nəşr olunub 15 Oktyabr 2019, 12:21 Suriyanın şimalında kim hara nəzarət edir? - XƏRİTƏ 15 Oktyabr 2019, 12:17 Övladını digər məktəbə dəyişmək istəyən valideyn nə etməli? 15 Oktyabr 2019, 12:17 Rusiyada həbs olunan Orxan Zeynalovun atası NARAZIDIR 15 Oktyabr 2019, 12:15 Ermənistan Suriyaya qoşun göndərdi – TƏCİLİ 15 Oktyabr 2019, 12:09 Rövşən Lənkəranskidən bəhs edən “Böyük qardaş” kitabı satışa çxarıldı 15 Oktyabr 2019, 12:05 Təhsil idarəsinin müdiri paytaxt məktəblərində süni şagird sıxlığından DANIŞDI 15 Oktyabr 2019, 12:04 İlham Əliyev Yaponiyanın Baş Nazirinə başsağlığı  verib 15 Oktyabr 2019, 12:03 Ermənilər tanınmaz hala saldıqları Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR 15 Oktyabr 2019, 11:55 Nazirlər Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna gəldilər - FOTOLAR 15 Oktyabr 2019, 11:48 Bakı Ali Neft Məktəbinin tələbələri dünyanın nüfuzlu neft-qaz yarışında Azərbaycanı təmsil ediblər 15 Oktyabr 2019, 11:45 Kataloniyada etirazlar: 78 nəfər yaralandı 15 Oktyabr 2019, 11:44 Həbsdəki müğənni Fədayə Laçından yeni XƏBƏR VAR 15 Oktyabr 2019, 11:41 Vəsiqəsini girov qoyan eks-deputatın SENSASİON SƏS YAZISI: “Rafael işdən çıxıb, indi türməyə gedir” 15 Oktyabr 2019, 11:34 Etibar Məmmədov nəhayət ki, siyasətə qayıtmağından danışdı: “Şərhə hazıram” 15 Oktyabr 2019, 11:32 KapitalBank-ın Satış inzibatçısı: “Məqsədimiz sahibkarların yaxın dostu olmaqdır” 15 Oktyabr 2019, 11:27 Bakıda 10 məktəb direktoru işdən çıxarıldı 15 Oktyabr 2019, 11:26 Havanı çirkləndirən metaləritmə sexinə 3000 manat CƏRİMƏ 15 Oktyabr 2019, 11:20 Rəsmi Moskva: “Suriya və Türkiyə ordusunun toqquşmayacağına ümid edirik” 15 Oktyabr 2019, 11:12 Erməni yaraqlıları Türkiyəyə qarşı vuruşmaq üçün kürdlərə qoşulur 15 Oktyabr 2019, 11:06 Rektor: “Azərbaycanda hər il 400-dək insan öz həyatına son qoyur” 15 Oktyabr 2019, 11:02 Bitkilər necə mühafizə olunmalıdı? - AQTA MAARİFLƏNDİRİR 15 Oktyabr 2019, 10:40 “Bala Tofiq” ləqəbli leş ət satan daha bir dələduz ifşa edildi - FOTOLAR 15 Oktyabr 2019, 10:40