Modern.az

İlham Əliyevlə Paşinyan arasında görüş oldu

İlham Əliyevlə Paşinyan arasında görüş oldu

14 May 2019, 09:41

Azərbaycan prezidenti İlham Əliyev Erməniastanın baş naziri Nikol Paşinyanla görüşüb.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, görüş Brüsseldə “Şərq Tərəfdaşlığı” proqramının 10 illiyinə həsr olunmuş tədbir zamanı gerçəkləşib.


Görüş barədə Paşinyan  jurnalistlərə belə məlumat verib:

“Biz cənab Əliyevlə şam yeməyi zamanı qısa söhbət etdik. Bu, Dağlıq Qarabağdakı hazırkı ümumi vəziyyət  barəsində söhbət idi”.

İlham Əliyevlə gələcək görüş planları ilə bağlı suala isə Paşinyan "hələlik konkret plan yoxdur” deməklə cavab verib.

 

“Əminəm ki, danışıqlar prosesi davam etməlidir və indi Dağlıq Qarabağı danışıqlar masasına qaytarmaq çox vacibdir" deyən Paşinyan növbədi dəfə sərsəmləyib: "Qarabağın iştirakı olmadan münaqişənini həllinə nail olmaq mümkünsüzdür”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır