Modern.az

S-400, yoxsa Patriot? - Amerika Türkiyəni çətin SEÇİM qarşısında qoydu

S-400, yoxsa Patriot? - Amerika Türkiyəni çətin SEÇİM qarşısında qoydu

Analitika

22 May 2019, 10:29

Türkiyə iyunun əvvəllərində Rusiyadan S-400 raketlərinin alınması ilə bağlı yekun qərarını verməlidir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, əgər Ankara ABŞ-dan oxşar raket sistemlərini almaqdan imtina edərsə, Qərbin sanksiyaları ilə üzləşəcək.

 

Vaşinqton Türkiyədən S-400 raketlərindən imtina etməsini və onun əvəzində Patriot raketlərini almağı tələb edir. Əgər Ankara bu addımdan qaçsa, Vaşinqton 5-ci nəsil F-35 qırıcı təyyarələrin Türkiyə ilə birgə istehsalından və 100 ədəd F-35 təyyarəsini satmaqdan imtina edəcək. Paralel olaraq, Ankara ABŞ-ın sanksiyaları və NATO ilə ciddi problemlərlə üzləşəcək.

 

Məlumata görə, bu, Dövlət Departamentinin Türkiyəyə son təklifidir.


“NATO ölkələri konkret standartlar üzrə hərbi texnika almalıdır. Amma Rusiyadan alınacaq S-400 raketləri bu standartlara daxil deyil. Əgər Türkiyə S-400 raketlərini almaq planlarını dəyişməsə, çox neqativ nəticələrlə üzləşəcək”- deyə Dövlət Departamentinin adının anonim qalmasını istəyən nümayəndəsi bildirib.

 

2017-ci ilin sonlarında Ankara və Moskva S-400 raketlərinin 4 divizionunun alınması barədə saziş imzalamışdı. Dəyəri 2,5 milyard dollar olan müqavilə ABŞ və NATO ölkələrinin ciddi narazılığına səbəb olmuşdu.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi