Arxiv
2 İyun 2019, 15:06 | MƏDƏNİYYƏT
Davakar, hirsli, əzmkar və döyüşkən HASAN ŞAŞ - Fatih Terimin “sağ əli”

“Qalatasaray” azarkeşləri onu ən çox “Milan” və “Real Madrid”ə vurduğu qollarla xatırlayırlar. O çox qol vuran futbolçu olmayıb. Ən çox çılğın mübarizəsi ilə məşqçi və azarkeş sevisi qazanıb. Vurduğu qolların çoxu isə əhəmiyyətli olub. Əsl adı Hasan Gökhan Şaş olan veteran futbolçunu ictimaiyyət qısaca Hasan Şaş kimi tanıyır. Türkiyənin dünyada ən tanınmış veteran futbolçularından biridir. Onu futbol azarkeşləri davakar, hirsli, əzmkar və döyükən futbolçu kimi tanıyıb.

Modern.az saytı bu yazıda Hasan Şaşın karyerasına nəzər salıb.


Hasan Şaş 1976-ci il avqustun 1-də Adanada həyata göz açıb. 1996-cı ildə Ankara 50-ci il liseyindən məzun olub. 2003-ci ildə Sibel Yalçın ilə evlənib, 2014-ci ildə ondan boşanıb. İki uşağı olan 43 yaşlı keçmiş futbolçu hal-hazırda evli deyil.

 


Karyerası

 

Hasan hələ kiçik yaşından futbola olan marağına görə dərslərdən tez-tez qaçıb. Ailəsi bu istəyi görüb və ona həvəskar komanda olan “Akdeniz Karataşspor”da futbolun sirlərinə yiyələnməyə icazə verib. Hasan qısa müdətdə burda məhşurlaşıb və 1991-ci ildə ilk professional müqavilə imzalayaraq “Adana Demirspor” klubuna keçib. Burda da özünü yaxşı tərəfdən göstərdiyinə görə 17 yaşı olmasına baxmayaraq, 1994-cü ildə “Ankaragücü”nə transfer olunub.
18 yaşında “Fənərbağça” ona yüksək maaş təklif etsə də, Hasan bu transferdən imtina edib.  Səbəb isə onun uşaqlıqdan bəri xəyalındakı kluba - “Qalatasaray”a transfer olmaq istəyi olub. Və bu istəyi gerçəkləşib.

Hasan Şaş “Qalatasaray”ın heyətində həm Avropa, həm Türkiyə səviyyəsində uğurlu mövsümlər keçirib, klubun əvəzedilməz oyunçusu olub. Eyni zamanda, milli komandanın “silahı”na çevrilib.

 


Xaricdəki uğurları

 

Hasan Şaş “Qalatasaray”ın 2000-ci ildə UEFA Kuboku və UEFA Superkubokunun qalibi olduğu ildə əfsanəvi  heyətdə yer alıb. Həmin il “Qalatasaray” iki qrup sistemində keçirilən oyunlarda qrupu lider kimi bitirib. Hasan da Çempionlar Liqasının 1/4 finalında oynayan ilk türk futbolçulardan biri olub.
O, Türkiyə milli komandası ilə 2002-ci ildə Yaponiya və Cənubi Koreyada keçirilən Dünya Çempionatında iştirak edib. Hasanın Braziliya ilə oyunda vurduğu qol hələ də azarkeşlərin yaddaşından silinməyib.
Həmin çempionatın ən yaxşı 6-cı oyunçusu seçiləndə bu siyahıya onun da adı əlavə olunur. Sonra “Franche Football” qəzeti tərəfindən Avropanın ən yaxşı 11-ci oyunçusu adına layiq görülür.  2003-ci ildə bu performanslardan sonra bir neçə transfer təklifləri alır. Türkiyədən “Fənərbaxça”, Avropdan “Liverpul” və “ Monako” kimi nəhəng klubların transfer siyahısına düşüb. Cəlbedici təkliflərə baxmayaraq, Hasan “Qalatasaray”ı atmayıb, klubla heç bir maaş danışığı aparmadaqn  yeni müqavilə imzalayıb.

 

Karyerasının sonu

  


2009-ci ildə “Qalatasaray”ın onunla müqaviləni yeniləmir. Ərəbistan və Qətərdən bir neçə klub ona təklif göndərsə də, Hasan ailəsi ilə də məsləhətləşərək, kareyerasını başa vurur.

“Qalatasaray”ın canlı əfsanələrindən olan Hasan Şaş Misir və bəzi ərəb ölkələrində bir çox futbolçunun idealı kimi tanınıb. Misirdə bir çox mağazalara onun adı verilib. Orda həmçinin ən çox xarici oyunçu forması tələb olunan futbolçu olub.

 

Nailiyyətləri

Həsən Şaş “Qalatasaray”dakı karyerası boyunca 5 də Türkiyə çempionluğu qazanıb, 3 dəfə ölkə kubokunu, 1 dəfə UEFA Kubokunu və 1 dəfə Avropa Superkubokunu başı üzərinə qaldırıb. 2002-ci ildə Dünya Çempionatında Türkiyə millisi ilə bürünc medal qazanıb.


Yarımmüdafiədə oynayan keçmiş futbolçu “Qalatasaray”da 350 rəsmi oyunda 53 qol, millidə isə 57 oyuna 9 qol vurub.


Qeyd edək ki, Hasan Şaşın yalnız futbolçu kimi yox, köməkçi məşqçi kimi də “Cim-bom”da uğurları çoxdur. O, 2011-12, 2012-13, 2017-18 və 2018-19-cu illərdə Fatih Terimin köməkçisi kimi Türkiyə çempionatında 4 dəfə qalib olan heyətdə yer alıb. Türkiyə mətbuatı onu “Terimin sağ əli” adlandırır. Hazırda “Qalatasaray”da baş məşqçinin köməkçisi vəzifəsində işinə davam edir.

 

 Novruz NOVRUZLU

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qaxda zəlzələ olub 17 İyun 2019, 10:33 Kanadada yaşayan azərbaycanlı rəssam:  “Yox cavabı alanda, deyirdilər, “heç olmasa, amerikalısan” - MÜSAHİBƏ 17 İyun 2019, 10:20 Bakıda Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasına start verilib 17 İyun 2019, 10:02 Xalq şairinin yubiliyar qızı - Xatirə xanım 17 İyun 2019, 10:02 Ermənilər cəbhədə təxribatlara davam edir 17 İyun 2019, 10:00 40 gündə 93 ölüm - Rəis piyadaları İTTİHAM ETDİ 17 İyun 2019, 09:38 Qaxda kişi özünü bıçaqladı 17 İyun 2019, 09:23 Beş ayda ölkədə istifadəyə verilmiş müəssisələrin SİYAHISI 17 İyun 2019, 09:04 Bakıda 2 otaqlı ev yandı 17 İyun 2019, 08:55 Ərdoğan Putin və Trampla bir araya gəlir 17 İyun 2019, 00:41 Prezident canlı yayımda 600 mindən artıq sualı cavablandıracaq 17 İyun 2019, 00:09 Kazinoda azərbaycanlı qadın döyüldü 16 İyun 2019, 23:49 Sumqayıtda ağır qəza 16 İyun 2019, 23:37 Pənah Hüseyndən Surət Hüseynova sərt CAVAB: “Qələt eləyir, başın daşa döyür” 16 İyun 2019, 23:15 Baş redaktor vəfat etdi 16 İyun 2019, 22:57 Təyyarə qəzadan son anda döndü 16 İyun 2019, 22:52 Surət Hüseynovun sensasion VIDEOSU - Mir Şahinin vaxtnda 16 İyun 2019, 22:42 Şəkidə 14 yaşlı yeniyetmə intihar etdi 16 İyun 2019, 22:24 İstanbul savaşı: İmamoğlu-Yıldırım debatından CANLI YAYIM 16 İyun 2019, 22:06 Litvaya 19 minə yaxın miqrant gəlib 16 İyun 2019, 21:46 Göygöldə ağır mikroavtobus qəzası 16 İyun 2019, 21:27 Krımda azərbaycanlı pula görə qətlə yetirildi - VİDEO 16 İyun 2019, 21:08 İki təyyarə toqquşdu: pilotlar öldü 16 İyun 2019, 20:54 Röyadan LGBT-yə dəstək 16 İyun 2019, 20:36 Azərbaycanlı qəza törətdi: Futbolçunun həyat yoldaşı öldü 16 İyun 2019, 20:19 Azərbaycandan Meksikaya gedən turistlərin sayı artıb 16 İyun 2019, 20:02 Gürcüstanda meşə yanğınları olub 16 İyun 2019, 17:43 Goranboyun başçısı görülən işlərlə tanış oldu 16 İyun 2019, 17:06 Sumqayıtda ər arvadını bıçaqladı - SƏBƏB  16 İyun 2019, 16:55 Suriyada Türkiyənin müşahidə məntəqəsi atəşə tutulub 16 İyun 2019, 16:29 Binəqədidə üçmərtəbəli yaşayış binasında YANĞIN   16 İyun 2019, 16:01 9-cular üçün buraxılış imtahanının ikinci mərhələsi başa çatıb 16 İyun 2019, 15:23 Azərbaycanlılar Fuad Abbasova görə Moskvada aksiya keçiriblər - FOTOLAR 16 İyun 2019, 15:06 OPEC-in növbəti görüşünün keçiriləcəyi vaxt açıqlandı 16 İyun 2019, 14:41 Prezident təmirə 40 milyon manat ayırdı - Məktəblərdə yenə də şagirdlərdən pul yığılır 16 İyun 2019, 14:10