Arxiv
17 İyun 2019, 15:07 | HADİSƏ
Azərbaycanda QAN DAVALARI - Fəxrəddinin müsibəti sonuncu deyilmiş…

“Qan davası” əsasən müsəlman ölkələrinə xarakterik problemlərdəndir. Halbuki, əksər din xadimləri deyirlər ki, “qan davası”nın İslam dinində yeri yoxdur. Onların sözlərinə görə, “qan davası”nda şəxs şəriətin verdiyi haqla deyil, şəxsi istəkləri ilə rəqibini cəzalandırır. “Qan davaları”nda sırf cinayətkarı öldürmək şərti də yoxdur. Yəni, cinayətkarın şəxsən özü deyil, onun yaxınları, qohum-əqrabası bu davada qurban gedə bilir.
“Halbuki, şəriətdə cinayətkardan başqası cəzalandırıla bilməz. Cəzalandırma da özbaşına məhkəmə olmadan şəxslərə buraxılmaz”,-deyə din xadimləri bildirirlər.

Bu gün Türkiyənin bəzi yerlərində hələ də “qan davası” öz mövcudluğunu qoruyub saxlayır.

Təəssüf ki, bəzi faktlar azərbaycanlılar arasında da “qan davası” ilə bağlı ədavətlərin hökm sürdüyünü deməyə əsas verir.


Qeyd edək ki, ötən əsrin əvvələrində Azərbyacan “qan davası”kimi mənasız savaşdan xeyli əziyyət çəkib. Mərhum ədib Nəcəf bəy Vəzirovun “Müsibəti Fəxrəddin” əsəri məhz bu rəzil qan düşmənçiliyinin ifşasına həsr olunmuşdu. Tayfa ənənələrindən doğan “qan davası” ilə bağlı kino lentlərində də fraqmentlərə rast gəlirik.

Son zamanlar kriminal hadisələrdə müxtəlif motivli cinayətlərin şahidi oluruq. Və bu cinayətlətdə  tarixdə qalmış “qan davalar”ının elementləri müşahidə olunur. Çoxları elə bilirdi ki, sonuncu “qan davası” Fəxrəddinin müsibətidir. Əgər Nəcəfbəy Vəzirovun faciəsini oxuyanlar artıq belə şeylərin olmadığına sevinirdilərsə, yanılıblar...

Elə Ağstafa rayonunda törədilmiş və hələ qanı qurumamış dünənki dəhşətli olay buna əyani sübutdur.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin birgə məlumatında görə, iyunun 17-də Ağstafa rayonunun Böyük Kəsik kəndinin ərazisindəki kənd təsərrüfatı məhsullarının satış bazarında orada satıcı işləyən Sadıxlı kənd sakinləri - Şərqiyyə Musayeva, oğlanları Novruz və Şəmiddin, həmçinin Ağgöl kənd sakinin Zeynəb Cəlilova Kalaşnikov” markalı avtomat silahla qətlə yetirilib, daha 3 nəfərin isə ağır yaralanıb.

Bu ağır cinayətin Ağstafa rayonunun Sadıxlı kənd sakini Elnur Süleymanov tərəfindən şəxsi münasibətlər zəminində qisas almaq niyyətilə törədildiyi aşkarlanıb.

25 yaşlı E.Süleymanov Ağstafa Rayon Polis Şöbəsinə könülü gələrək təslim olub, cinayətin aləti olan odlu silahı istintaq orqanına təqdim edib.

Öldürülən ananın 58, oğlanlarının isə  41 və 35 yaşları var. Yayılan məlumatlara görə, cinayətin səbəbi ailələr arasında olan “qan davası”dır.
Belə ki, öldürülən qardaşları hələ 2007-ci il ildə dünənki hadisəni tərədən Elnurun atası və əmisini qətlə yetiriblərmiş. O vaxtdan bəri ailələr arasında “qan davası” hökm sürürmüş. “Qan davası” isə torpaq üstündə düşüb. Dünən qətlə yetirilən qardaşlar  bir müddət əvvəl həbsdən çıxıblar.


Son illər Azərbaycanda “qan davası” ilə bağlı olan xeyli qətl törədilib. Onlardan bəzilərini misal göstərmək olar:

2008-ci il - Şamaxı rayonunun Dağ-Bağırlı kəndindəki məclislərin birində mübahisə zəminində Zeynalovlar ailəsindən bir nərə öldürülür. Bu hadisədən sonra ailələr arasında düşmənçilik münasibəti yaranır. “Qan davası” üzündən hadisəni törətmiş Qafarovlar ailəsi kəndi tərk etmək məcburiyyətində qalır və 10 il sonra (2018-ci il) kəndə qayıdır.
Bunu eşidən Zeynalovlar Qafarovların həyətinə gələrək, onlardan kəndi tərk etmələrini istəyir, istədikləri cavabı almayan zaman mübahisə və kütləvi dava başlayır. Davada 10 nəfərdən artıq şəxs iştirak edir. Dava zamanı Sahib Zeynalov həmkəndlisi və qohumu olan Həbib Qafarova küt alətlə ağır xəsarətlər yetirir, Həbib Qafarovun oğlu da möhkəm döyülür.

2013-cü il. Ağdaş rayonunda bıçaqlanma ilə nəticələnən kütləvi dava baş verib. Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Məşəd kəndində yerləşən Qaraçılar məhəlləsində keçirilən yas mərasimində qeydə alınıb. Qonşular arasında baş verən davaya 50 nəfər cəlb olunub. Əlbəyaxa dava zamanı bıçaq və küt alətlərlə bir-birinə xəsarət yetirənlər olub. Hadisə zamanı 5 nəfər bıçaq xəsarətləri alaraq xəstəxaya düşürlər.
Məlumata görə, qonşular arasında iki ildir ki, qan düşmənçiliyi davam edirmiş və onlar tez-tez dava edirmişlər. Belə ki, iki il öncə Məşəd kəndinin sakini olan ailəli bir oğlan qonşunun qızı ilə qeyri-rəsmi münasibətdə olub. Qızın əmisi qardaşı qızını namus üstündə qətlə yetirib və həbs olunub. Sonradan oğlanın qohumları ilə qızın qohumları arasında düşmənçilik yaranıb və “qan davası” davam edib.


2018-ci il
in avqustu - Ağdaş şəhər sakini, karate müəllimi Nizami İsmayılov odlu silahdan (açılan atəşlə qətlə yetirilib. Hadisə qatilin qohumları ilə öldürülən şəxs arasında illərdən bəri sürən münaqişə və düşmənçilik  - “qan davası” zəminində baş verib.
Vaxtilə karate məşqçisi kimi rayonda yaxşı tanınan Nizami İsmayılov illər əvvəl qətli törədən şəxsin yaxın qohumlarından birinə davada ölümcül zərbə vurub. Hər iki tərəf arasında illər ərzində çoxsaylı münaqişə yaşanıb.

Kriminalist Mahmud Hacıyev deyib ki, bəziləri “qan davaları”nı qanundakı boşluqların olması ilə əlaqələndirir ki, bu da doğru deyil. Onun sözlərinə görə, müəyyən adamlar təhsil, dünyagörüşü baxımdan xeyli inkişaf etdiyi üçün bu sayaq ənənələri rədd edir. Amma nəslində belə hadisələrin yaşandığından xəbər tutub, onu davam etdirmək istəyənlər də olur: “Bu, genetik olaraq keçir. İnsan eşidir ki, ulu babasının nəslində kimsə kimisə öldürüb. Bəzi insanlar bunu qeyri-qanuni qəbul edir, amma bu kimi hallar insanların xarakterik xüsusiyyətindən və genindən əmələ gəlir. Təbii ki, bu məsələdə acizlik göstərən qanunlar da var. Bu fakt qədimdə olub, gələcəkdə də olacaq. Zaman keçdikcə, müəyyən zaman kəsiyində bu kimi neqativlər azala bilər. Amma tamamən ləğv olunmasına inanmıram”.


Sosioloq Əhməd Qəşəmoğlu Modern.az-a deyib ki, indiki dövrdə “qan davası”nı sürdürmək və insan öldürmək heç bir məntiqə sığmır.

“Qədim vaxtlarda bu adət-ənənlər olub. Bizim də bunların hamısının üstündən qara xətt çəkməyimiz düzgün deyil. Bu bir tarixdir və onun müəyən dövrlərində də ola bilsin ki, bu kimi hadisələr baş verib”.

Sosioloqun sözlərinə görə, indi belə hadisələrə az rast gəlinir:

“İnsanlar da fərqli düşünür və cəmiyyətə baxışları dəyişib. Amma bu kimi halların tamamilə aradan götürülməsi üçün müəyyən işlər görmək lazımdır. Maarifləndrmə işləri sayəsində insanların  beynində kök salmış mentalitetdən doğan bəzi fikirləri dəyişdirmək lazımdır”.



A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Üzeyir Hacıbəylinin Şuşada yox, Ağcabədidə doğulmasının MARAQLI TARIXÇƏSI 18 Sentyabr 2019, 09:36 Azərbaycan Üzeyir Musiqi gününü qeyd edir 18 Sentyabr 2019, 09:30 Səhiyyə Nazirliyi: Aşura günü qan verən 169 nəfərdə virus aşkarlanıb 18 Sentyabr 2019, 09:16 Arif Əliyev: “Bizim sayt təkcə xəbər çatdırmayacaq, xidmət də təklif edəcək” 18 Sentyabr 2019, 08:56 Sabiq deputat: “Ay ziyalılar, gəlin yığışaq, iqtidarla müxalifəti barışdıraq!” - MÜSAHİBƏ  18 Sentyabr 2019, 08:25 Bu gün Çempionlar Liqasında daha 8 oyun - TƏQVİM 18 Sentyabr 2019, 08:13 Çempionlar Liqasında 8 görüş keçirilib - NƏTİCƏLƏR 18 Sentyabr 2019, 08:10 Manatın bugünkü məzənnəsi 18 Sentyabr 2019, 08:05 Ruhun şad olsun, Üzeyir bəy! 18 Sentyabr 2019, 07:59 "Sevilya" artıq Bakıdadır - VİDEO 18 Sentyabr 2019, 00:48 Paytaxtın bu ərazisi qaranlıqda qaldı 18 Sentyabr 2019, 00:37 Türk Hava Yolları təyyarəsi təcili eniş edib 18 Sentyabr 2019, 00:09 Güclü külək Bərdədə fəsadlar törətdi 17 Sentyabr 2019, 23:48 Azərbaycan nefti bahalaşıb 17 Sentyabr 2019, 23:31 Tacikistan Qırğızıstana nota verdi: sərhəddə gərginlik artır 17 Sentyabr 2019, 23:14 Bakıda "Maserati"  gənc qızı vurub öldürdü - FOTO 17 Sentyabr 2019, 22:57 Prezident məmurları cəzalandırdı 17 Sentyabr 2019, 22:43 "Ticarət mərkəzində səhərdən gecəyədək "mitinq"dir" - İlqar Məmmədov 17 Sentyabr 2019, 22:29 Kürdəmirdə dəfələrlə məhkumluq həyatı yaşayan peşəkar oğru tutuldu 17 Sentyabr 2019, 22:16 BMT missiyası daha bir il Əfqanıstanda qalacaq 17 Sentyabr 2019, 22:01 Azərbaycanda şəkərli diabet xəstələri artıb 17 Sentyabr 2019, 21:44 Yapon dənizində Rusiya sərhədçilərinə hücum oldu 17 Sentyabr 2019, 21:26 "Əfqanıstan həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləyib" - Nazir 17 Sentyabr 2019, 21:09 “İrəli”-nin əməkdaşları İspaniyada beynəlxalq layihədə 17 Sentyabr 2019, 21:00 Azərbaycan Çində növbəti şərab evi açır 17 Sentyabr 2019, 20:53 Sumqayıtda 32 yaşlı kişi itkin düşdü - FOTO 17 Sentyabr 2019, 20:40 Azərbaycanda abort edən qadınların sayı azalıb 17 Sentyabr 2019, 20:29 Əfqanıstan prezidenti Azərbaycana gəlir 17 Sentyabr 2019, 20:01 Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb  17 Sentyabr 2019, 19:28 Xəzərdə zəlzələ olub 17 Sentyabr 2019, 18:55 Azərbaycanla İran arasında Xəzər dənizi məsələləri üzrə məsləhətləşmələr keçirilib 17 Sentyabr 2019, 18:41 İlham Əliyev çilili həmkarını təbrik edib 17 Sentyabr 2019, 18:24 “Azercell” Tələbə Təqaüdü Proqramına müraciətlərin qəbulunu açıq elan edir   17 Sentyabr 2019, 18:22 İki mədəniyyət xadimi fəxri diplomla təltif olunub - SƏRƏNCAM 17 Sentyabr 2019, 18:20 Bu şəxslərə Prezidentin fərdi təqaüdü verildi 17 Sentyabr 2019, 18:13