Arxiv
22 İyun 2019, 14:18 | ANALİTİKA
Demokratiya kabusu

Nadir Qocabəyli


Vaxt vardı Türkiyədə millət özünü Ərdoğandan ötrü öldürürdü. O zaman mən də Türkiyə idim. O əsl qəhrəman idi. Onu bir mitinqdə Tükiyə iqtiqlal marşının müəllifi, Türkiyədə çox sevilən Mehmet Akif Ərsoyun şeirindən bir sətir ("Məscidlər qışlamız, minarələr süngümüz...) söylədiyinə görə həbs etmişdilər.

Sonra o, İstanbul meri oldu. Yaxşı işlər gördü deyə (belə deyirdilər), nüfuzu daha da artdı. Oturub-durduğum türk gənclər mənə "abi, Türkiye Atatürkten sonra böyle bir lider görmedi" - deyirdilər.

AK Parti seçkilərdə qalib gələrək uzun illərdən sonra tək iqtidar oldu, amma Ərdoğanı baş nazir olmağa qoymadılar. Baş bakan vəzifəsinə formal olaraq yumşaq xarakterli Abdullah Gül oturduldu. Bir müddətdən sonra bu maneə də aşıldı, ancaq Ərdoğanın prezident olmaq yolu da hamar olmadı...

İndi eyni şeylər Əkrəm İmamoğluya münasibətdə baş verir. Bircə fərq var: 20 il qabaq Rəcəb Tayyib Ərdoğanın simasında sağçılar (dindarlar) təqib olunurdu, indi yazılanlara görə, təqib edənlər özləri (laik solçular) sıxışdırılır. O vaxt İstanbul universitetinə başıbağlılar buraxılmırdı, universitetin rektoru Kamal Aləmdaroğlu milli düşmən elan olunmuşdu, indi hicabsızların təqib olunmasıyla bağlı informasiyalar yayılır.

Tutaq ki, gənc Ərdoğanın keçdiyi bütün prosedurları İmamoğlu da yavaş-yavaş keçdi; əvvəlcə həbs olundu (deyilənə görə, artıq Ərdoğan onu hədələməyə başlayıb), sonra mer, baş nazir və prezident oldu və 20 il də o hakimiyyətdə qocaldı, bu zaman ərzində nüfuzdan düşdü, sağ mühafizəkarlar yeni bir gənc ortaya çıxardılar...

Biz buna demokratiya, demokratik mübarizə deyirik. Çox əcəb, olsun demokratiya. Yaxşı bəs bu demokratiyada Türk xalqının, sadə insanların, əhalinin qazancı nədir? Mən çoxdandır getmirəm, Türkiyədə zamanın gətirdiyi dəyişiklikləri çıxsaq, elə bir ciddi inkişaf varmı? Ərdoğanın tərəfdarları var, əleyhdarları yoxdur deyəcək. Amma 20 il əvvəl də beləydi.

O vaxt da, yəni solçu Ecevidin, qərbçi Çillərin, Yılmazın idarə etdiyi Türkiyədə də inflyasiya baş alıb gedirdi, əhali evsizlikdən, maaş azlığından, yoxsulluqdan əziyyət çəkirdi, indi də elədir. Əminəm ki, 20 il sonra da eyni şey olacaq...

Çünki Türkiyə xalqı öz potensialını elmə, texnologiyaya, iqtisadi və mədəni tərəqqiyə yox, məhz demokratiyaya sərf edir və bu demokratiya onu elə yorur ki, başqa şeylərə vaxtı qalmır. Bütün enerjisini bir-birini tənqid və təhqir etməyə, cürbəcür mənasız seçki dartışmalarına sərf edən millətin başqa nəsə etməyə heyi-hərəkəti qalarmı? Qalmaz abi!

Qərbin istədiyi də məhz budur. Bizi zahiri demokratiya ilə yormaq, amma onun altında, pərdə arxasında nələrin yatdığı haqda danışmağa qoymamaq, danışanların səsini batırmaq, dilini kəsmək, onlara hər cür mane olmaq.

Ərdoğan ABŞ-ın xeyir-duası ilə hakimiyyətə gəlsə də (radikal, Qərbə sərf etməyən mühafizəkar islama qarşı Fətullah Gülənin yumşaq, idarə olunan islam layihəsi), sözəbaxan lider olmadı. Möhkəmlənən kimi istismarçılara, işğalçılara öz yerlərini göstərməyə başladı. ABŞ belə bir adamı idarə edə biləcəyini düşünməklə səhvə yol vermişdi. Odur ki, onu aradan götürmək lazım idi. Çevriliş cəhdi baş tutmadı. Embarqolar, inflyasiya da kömək eləmədi. Odur ki, CHP-yə dəstək verməyə başladılar və indi də bu Əkrəmi İmamoğlunu ortaya atıblar. Sizi inandırım ki, bu adamın soyadını da Ərdoğanın elektoratını ələ almaq üçün seçiblər.

Bizim demokratşüvənlərin də onu əziz qardaşları kimi müdafiə etməsi layihənin Qərbdən güclü dəstək aldığına tutarlı dəlillərdəndir. Çünki Azərbaycanda bir ovuc adamın eyni anda eyni şeyi xorla oxuması, birmənalı olaraq Qərb təlimatıdır.

Dünyada bir kabus dolaşır - Demokratiya kabusu!

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
23 iyul tarixinin nə günahı var? 23 İyul 2019, 00:45 Çempionlar Liqasında II təsnifat mərhələsi başlayır 23 İyul 2019, 00:29 Bərdədə iki azyaşlı uşaq xəstəxanaya atılıb 23 İyul 2019, 00:13 26 il işğalda qalan Ağdam... 23 İyul 2019, 00:02 Azərbaycan nefti bahalaşdı 22 İyul 2019, 23:42 Gürcüstanda 4 bal gücündə zəlzələ 22 İyul 2019, 23:21 Bakıda bacısı təhqir edilən şəxs bıçaqlandı 22 İyul 2019, 23:02 Azərbaycanlı Ukrayna Ali Radasının deputatı seçildi 22 İyul 2019, 22:44 59 yaşın mübarək, Yunus Oğuz! 22 İyul 2019, 22:36 “Şüvəlan” fəaliyyətini dayandırdı 22 İyul 2019, 22:27 Azərbaycanın 6 atleti mübarizəni dayandırdı 22 İyul 2019, 22:13 Bu ölkələrə 10,5 milyon avro yardım edilir 22 İyul 2019, 21:58 87 dövlət əmlakı hərraca çıxarıldı 22 İyul 2019, 21:43 Azərbaycan komandası ilk oyunda uduzdu 22 İyul 2019, 21:29 Əli Babacanın  partiyasında bu şəxslər təmsil olunacaq 22 İyul 2019, 21:14 Nazir səfirlə müzakirə  apardı 22 İyul 2019, 20:59 “Bu gün mətbuat dövlətin himayəsində və qayğısında olmalıdır” - Əli Həsənov 22 İyul 2019, 20:44 Prezident mühüm qanunu imzaladı 22 İyul 2019, 20:29 Hacıqabulda 5 otaqlı ev yandı 22 İyul 2019, 20:16 Arvadını qətlə yetirən şəxsin istintaqı yekunlaşdı 22 İyul 2019, 20:01 "Çin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini müdafiə edir" - Mübariz Qurbanlı 22 İyul 2019, 19:45 Azərbaycan “Beynəlxalq Hərbi Tibb Komitəsinin Nizamnaməsi”nə qoşulur 22 İyul 2019, 19:35 Məmur olmaq istəyənlərin NƏZƏRİNƏ 22 İyul 2019, 19:30 İki qadın güləşçimiz gümüş medal qazandı 22 İyul 2019, 19:25 “Akkord” dezinformasiyalara aydınlıq gətirdi   22 İyul 2019, 19:16 Baş Prokurorluq jurnalistləri təbrik etdi 22 İyul 2019, 19:05 Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi - Fuad Ələsgərov şərh edir 22 İyul 2019, 18:56 Pendir alarkən və istehlak edərkən nəyə diqqət etməli? 22 İyul 2019, 18:47 “Vüsalə Ağabəylinin dekan kimi hansı nöqsanlara yol verdiyi faktlarla sübuta yetirilir” - Əfqan Abdullayev 22 İyul 2019, 18:38 BDU rektoru universitetin jurnalist əməkdaşlarını Milli Mətbuat Günü münasibətilə qəbul edib - FOTO 22 İyul 2019, 18:27 Prezident həmkarını təbrik edib 22 İyul 2019, 18:18 Ana 9 yaşlı oğlunu döydü, uşaq evdən qaçdı - FOTO   22 İyul 2019, 18:09 “Nar” yarışma keçirdi 22 İyul 2019, 18:00 Lənkəranda tank əleyhinə mina aşkarlanıb - FOTO 22 İyul 2019, 17:50 "Azərbaycan mötəbər yarışları ən yüksək səviyyədə keçirən ölkə kimi tanınır" - Ceyhun Bayramov 22 İyul 2019, 17:42