Modern.az

Əkrəm İmamoğlu səs verdi: “Günün sonunda hər şey çox gözəl olacaq” 

Əkrəm İmamoğlu səs verdi: “Günün sonunda hər şey çox gözəl olacaq” 

Dünya

23 İyun 2019, 14:40

Bu gün keçirilən İstanbul Böyük Şəhər Bələdiyyəsi sədri vəzifəsinə keçirilən seçkilərdə əsas namizədlər biri olan Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu səs verib.

 

Modern.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, səsvermədən sonra jurnalistlərə açıqlama verən Ə. İmamoğlu bu gün Türkiyə və İstanbul üçün önəmli seçki keçirildiyini vurğulayıb:

 

"Bu, tək İstanbul seçkisi deyil, hüquqsuzluğun aradan qaldırılacağı günüdür. Demokratiyamız və  İstanbulumuz naminə, ölkəmizin gələcəkdəki bütün seçkilərinin qanuni keçirilməsi üçün hər kəs vicdanı ilə ən düzgün qərarını verəcək. Seçki şəhərimizə, ölkəmizə uğurlu olsun. Günün sonunda hər şey çox gözəl olacaq".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir