Arxiv
28 İyun 2019, 08:10 | DİASPOR
Amerika ordusunda xidmət edən azərbaycanlı serjant

Azərbaycandan fərqli olaraq ABŞ silahlı qüvvələrində əsgəri xidmət könüllüdür. Burada yalnız vətəndaşlar və ya bu ölkədə yaşamaq hüququ olan kişi və qadınlar xidmət edə bilərlər. Hərbi xidmət müddəti müqavilə əsasında iki ildən altı ilədək təyin olunur. 


Ümumiyyətlə, ABŞ-da ordu beş növdən ibarətdir: US Army- klassik ordu, US Air Force- hərbi hava qüvvələri, US Navy- hərbi dəniz qoşunları, US Marine Corps- dəniz piyadaları və US Coast Guard- sahil mühafizə xidməti. Hərbi xidmət üçün yaş həddi isə müxtəlifdir. Məsələn, klassik orduda 18 yaşdan 42-yə qədər, sahil mühafizə xidmətində 27 yaşa qədər, dəniz piyadaları qoşunlarında 32 yaşa qədər, hərbi dəniz qüvvələrində isə 35 yaşa qədər könüllülər müraciət edə bilər. Yalnız hüquqşünas və həkimlər üçün heç bir yaş məhdudiyyəti nəzərdə tutulmayıb...

Bu gün sizə ABŞ silahlı qüvvələrində xidmət edən bir azərbaycanlı soydaşımızdan söhbət açmaq istəyirəm.

Adı Pərviz, soyadı Qocayevdir. 1996-cı ildə Bakıda anadan olub. 2009-cu ildə yeddinci sinifi 7 nömrəli orta məktəbdə bitirdikdən sonra ABŞ-ın İndiana ştatının İndianapolis şəhərinə gəlib. 2015-ci ildə tam orta təhsilini bu şəhərdə aldıqdan sonra bir müddət telefonların satışı dükanında çalışıb. 2016-cı ildə isə könüllü olaraq ABŞ silahlı qüvvələrində xidmətə başlayıb. Bir neçə ay hərbi təlim keçdikdən sonra Kaliforniyadakı hərbi tibbi bazaya göndərilib. İki il yarımdır ki, tibbi ləvazımatların, eləcə də dərman peraparatlarının qeydiyyatdan keçməsi və nəzarəti ilə məşğul olan hərbi bazada xidmət edir. ABŞ ordusunun serjantıdır. Yeri gəlmişkən, amerikalılar arsında serjant ordunun onurğa sütünü sayılır...

Deyir ki,- “Müqaviləm bitdikdən sonra ordudan uzaqlaşıb, təhsilimi davam etdirmək, avtomobil dizayneri ixtisasına yiyələnmək istəyirəm. Bu mənim ən böyük arzumdur”...

Ana dili ilə yanaşı ingilis, rus, türk dillərində sərbəst danışır. İdmanın ağır atletika növü ilə məşğul olmağı xoşlayır. Kompüter elmləri haqqında kitabları oxumaqdan yorulmur. Kompüterin 3D proqramında avtomobillər hazırlamaq isə əsas hobbisidir…

Pərviz hələ gəncdir, cəmi iyirmi üç yaşı var. Bu gənc soydaşımızdan ciddi nizam-intizam tələb olunan və döyüş hazırlığı təlimləri ilə insanı fiziki yükləyən bir orduda necə qərar tutduğunu soruşanda, əsl hərbçilərə xas olan qürurla əsgər salamı verərək söylədi:- “Ser, mən azərbaycanlıyam. Qoy amerikalılar mənim timsalımda şahid olsunlar ki, hər bir azərbaycanlı döyüşçü kimi ən ağır sınaqlardan çıxmağa qadirdir”...

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Neftçalada 1 nəfər çayda batıb 7 Avqust 2020, 13:35 SOCAR yanğınla bağlı MƏLUMAT YAYDI 7 Avqust 2020, 13:28 DİM qəbul imtahanlarının vaxtını ELAN ETDİ - QRAFİK 7 Avqust 2020, 13:22 SOCAR-ın Sumqayıtdakı zavodunda yanğın: 7 nəfər yaralanıb - YENİLƏNİB 7 Avqust 2020, 13:20 Nazir: “13 min nəfərin 190 manatlıq ödənişi dayandırılıb” 7 Avqust 2020, 12:50 Türkiyədə 53 min insanın yaşadığı ərazi karantinə alınıb 7 Avqust 2020, 12:31 Koronavirusa yoluxan məhbusların hamısı sağalıb - RƏSMİ 7 Avqust 2020, 12:26 Prezident dövlət şirkətlərini niyə tənqid etdi? - Ekspertlər: “Problem ciddidir” 7 Avqust 2020, 12:18 Azərbaycanda qızıl rekord həddə bahalaşıb 7 Avqust 2020, 12:16 Milli Məclisin növbədənkənar sessiyası başa çatdı 7 Avqust 2020, 12:05 Nazirlik rəsmisindən Xəzərlə bağlı ÇAĞIRIŞ 7 Avqust 2020, 12:05 DYP: 334 nəfər cərimələndi, 870 avtomobil postlardan geri qaytarıldı 7 Avqust 2020, 12:02 Bu il pensiya təyin olunan vətəndaşların sayı AÇIQLANDI 7 Avqust 2020, 11:57 Siyavuş Novruzov: “Keçmişi yaddan çıxartamalıyıq - vaxt vardı, Azərbaycanda yol, qaz, işıq yox idi” 7 Avqust 2020, 11:55 “Məhbuslar koronavirusla bağlı kurslara cəlb olunub” – Nazirlik 7 Avqust 2020, 11:53 “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik qəbul edildi 7 Avqust 2020, 11:51 Milli Məclisdə Rövnəq Abdullayevlə Cahangir Əsgərov TƏNQİD EDİLDİ: “Heç telefonu qaldırmır... nəticəsi ağır olacaq” 7 Avqust 2020, 11:48 Azərbaycanda “COVİD-19” testləri niyə bahadır? - Deputat DANIŞDI 7 Avqust 2020, 11:31 4 aylıq 190 manat ödəmələr üçün 333 milyon manat xərclənəcək 7 Avqust 2020, 11:28 “Qara qitə”də koronavirusa yoluxanların sayı 1 milyonu keçdi 7 Avqust 2020, 11:27 Milli Məclis işsizliklə bağlı qanuna dəyişikliyə “hə” dedi 7 Avqust 2020, 11:26 “Məşğulluq haqqında” qanuna dəyişiklik qəbul edildi 7 Avqust 2020, 11:23 Nazir: 190 manat birdəfəlik ödəmələr yaxın günlərdə veriləcək 7 Avqust 2020, 11:21 Milli Məclis büdcə dəyişikliyini III oxunuşda qəbul etdi 7 Avqust 2020, 11:15 Milli Məclisin iclası başlayıb - 6 sənəd III oxunuşa çıxarılıb 7 Avqust 2020, 11:08 Ermənistanda virusa yoluxanların və ölənlərin sayı artdı 7 Avqust 2020, 11:06 Şəmkirçay su anbarında köməksiz qalan 2 nəfər xilas edildi 7 Avqust 2020, 10:56 Şəmkirdə 21 yaşlı gənc iş yoldaşını bıçaqladı 7 Avqust 2020, 10:44 Diaspor hərəkatının dönüş nöqtəsi: “Diaspor himni” - VİDEO 7 Avqust 2020, 10:10 Bakıda 502 güzəştli mənzil satışa çıxarıldı 7 Avqust 2020, 10:05 Ermənistan ordusu Tovuz rayonunu yenidən atəşə tutdu 7 Avqust 2020, 09:59 Beyrutdakı partlayış nəticəsində ölü sayı 150-yə çatıb 7 Avqust 2020, 09:57 Novruz Aslanovdan növbəti onlayn qəbul 7 Avqust 2020, 09:49 Z.Bünyadov prospektindəki QƏZA sıxlığa səbəb oldu 7 Avqust 2020, 09:44 D vitamini əskikliyindən yaranan 8 xəstəlik - həmçinin pnevmoniya... 7 Avqust 2020, 09:37