Modern.az

Goranboyda polis işçilərinin peşə bayramı qeyd olunub

Goranboyda polis işçilərinin peşə bayramı qeyd olunub

2 İyul 2019, 16:23

Goranboy rayonunda “2 iyul - Polis işçilərinin peşə bayramı günü” münasibəti ilə tədbir keçirilib.


Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin  abidəsi önünə tər gül dəstələri düzərək, onun əziz xatirəsini yad etdilər. Daha sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirildi.Tədbirdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev çıxış edərək bildirdi ki, bu gün, Azərbaycan polisinin yaradılmasından 101 il ötür.Cəmiyyətimizin bütün sahələri üçün vacib olan ölkədaxili sabitliyi yaradan və qoruyan, vətəndaşın asayişini mühafizə edən, dövlətin, vətəndaşların qanuni mənafelərinin və mülkiyyətinin hüquqa zidd əməllərdən qorunması, insanların azad, sərbəst yaşaması üçün lazımi şəraitin yaradılması istiqamətində üzərlərinə düşən vəzifələri layiqincə  yerinə yetirən  polislərin bayramıdır. Bu münasibətilə  bütün polisləri  təbrik edən rayon rəhbəri qeyd etdi ki, doğrudur Azərbaycan polisinin yaranma tarixi daha keçmişə, ötən əsrin iyirminci illərinə təsadüf edir. Amma yenidən Ümummilli Lider  Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı fərmanla hər il iyulun 2-si "Azərbaycan polisi günü" kimi qeyd edilməyə başlanmışdır. Azərbaycan polisinin fəaliyyəti səmərəli, dövlət və xalq üçün əhəmiyyətlidir. Azərbaycan polisinə qarşı bu diqqət və qayğı cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Tədbirdə rayonda ictimai asayişın qorunmasında nümunəvi xidmətlərinə görə fərqlənən bir qrup polis işçisinə Goranboy Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olundu. Daha sonra Goranboy rayon Polis şöbəsinin rəisi Ramin Quliyev  çıxış edərək  polis əməkdaşlarını təbrik etdi və bildirdi ki,. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan polisinin işini həmişə yüksək qiymətləndirmiş və ona arxa, dayaq olmuşdur. Bu diqqət və qayğını Azərbaycan polisi bu gün də Ulu Öndərin layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyevin simasında hiss edir.

Tədbirdə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin təbrik məktubu oxunmuş, bir neçə polis əməkdaşına  yeni rütbələr təqdim edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır