Arxiv
6 İyul 2019, 14:04 | PARLAMENT
Mütəllibovun xanımının yas mərasiminə hansı deputatlar qatılacaq? - SORĞU  

Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun həyat yoldaşı Ədilə Mütəllibova uzun sürən xəstəlikdən sonra dünən səhər saatlarında haqq dünyasına qovuşub.

Eks-prezidentin həyat yoldaşının hüzr mərasimi dünən Təzəpir məscidində keçirilib.

 

Mehriban Əliyevanın tapşırığına əsasən Heydər Əliyev Fondu eks-prezidentin həyat yoldaşının yas mərasiminin təşkilati məsələlərini öz üzərinə götürüb.

Bir sıra ictimai xadimlər Ayaz Mütəllimova baş sağlığı verib.

 

Modern.az yas mərasimində iştirak edib-etməyəcəkləri ilə bağlı Milli Məclisin deputatları arasında kiçik sorğu keçirib.

 

Vahid Əhmədov: “Ayaz Mütəllimov Azərbaycanın müstəqillik aktına  imza atan Prezident olub. Azərbaycanın müstəqillik dövründə ilk Prezidenti olub. Onun nə olub-olmamasından aslı olmayaraq Azərbaycan tarixində öz rolu var. Dövlət bunu nəzərə alaraq Mehriban xanım Əliyeva yas mərasiminin bütün xərcini öz üzərinə götürdü. Ayaz Mütəllibov kifayət qədər hörmət bəslədiyim şəxslərdən biridir. Mən dünən yas mərasimində iştirak etdim və özünə başsağlığı arzuladım”.

 

Hadı Rəcəbli: “Mən hazırda Bakıda deyiləm. Əgər çatsam yas mərasimində iştirak edəcəm. Burdan Ayaz Mütəllimova başsağlığı verirəm”.

 

Fazil Mustafa: “Əlbəttə, iştirak edəcəm. Mərasim vaxtını öyrənib gedəcəm”.

 

Çingiz Qənizadə: “Allah rəhmət eləsin. Ayaz Mütəllimova burdan başsağlığı verirəm. Mənim şəxsi tanışlığım olmadığına görə bu yasda iştirak etməyəcəm. Yeri gəlmişkən, Mehriban xanım Əliyevanın dünən yas mərasiminin bütün xərclərini öz üzərinə götürməsini təqdirəlayiq hesab edirəm. Bu humanizimin, insanlığın təntənəsidir”.

 

Eldar İbrahimov: “Allah rəhmət eləsin. Yas mərasimində iştirak edəcəm”.

 

Elman Məmmədov: “Allah rəhmət eləsin. Hazırda Bakıda deyiləm. Bakıda olsaydım belə iştirak etməyəcəkdim”.

 

Sevinc Hüseynova: “Yas mərasiminin dəqiq vaxtını və yerini bilmirəm. Amma mərasimdə iştirak etmək istəyim var”.

 

Dilarə Cəbrayılova yas mərasimində iştirak etməyəcəyini bildirib.

 

Sona Əliyeva: “Mənim Ayaz Mütəllimovlə şəxsi tanışlığım yoxdur. Yas mərasimində iştirak etməyəcəm. Həm də belə bir ehtiyac hiss etmirəm”.

 

Aqil Abbas: “Mən Bakıda olsaydım yas mərasimində iştirak edəcəkdim. Azərbaycanın Prezidenti olub, ailəsinə başsağlığı diləyirəm”.

 

Nuranə DAXİLQIZI

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə polisi 217 cinayətkarı saxladı 21 İyul 2019, 00:36 Polis gücləndirilmiş rejimə keçdi 21 İyul 2019, 00:16 Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı başlayır 21 İyul 2019, 00:03 Bakıda restoranda kütləvi dava: yaralılar var 20 İyul 2019, 23:46 Qaz stansiyasındakı partlayışda 12 nəfər öldü 20 İyul 2019, 23:31 İstanbulda yaxta belə alovlandı - VİDEO 20 İyul 2019, 23:14 Tovuzda dönərdən zəhərlənmə 20 İyul 2019, 22:55 18 “Taliban”  döyüşçüsü öldürüldü 20 İyul 2019, 22:37 551 şahmatçının yarışı yekunlaşır 20 İyul 2019, 22:21 6 ayda 146 nəfər itkin düşdü 20 İyul 2019, 22:02 Qəzaya uğrayan təyyarə mağazaya çırpıldı 20 İyul 2019, 21:39 İsti hava 6 nəfərin həyatına son qoydu 20 İyul 2019, 21:24 Moskvada 12 min insan etiraza qalxdı 20 İyul 2019, 21:09 Astarada DTX polkovniki həbs edildi 20 İyul 2019, 20:51 2 273 namizəd məktəb direktorluğuna iddialıdır 20 İyul 2019, 20:19 Türkiyə diplomatlarını öldürənlər ələ keçirildi 20 İyul 2019, 20:02 Qusarda qoyun oğruları tutuldu 20 İyul 2019, 17:43 Dənizdə batdığı ehtimal edilən şəxsin axtarışları aparılır 20 İyul 2019, 17:15 Gömrük Komitəsinin sədri media ilə əlaqələri genişləndirmək istəyir 20 İyul 2019, 17:06 Bakıda yanğın - 6 nəfər təxliyə olundu 20 İyul 2019, 16:52 Yaqub Mahmudov jurnalistlərə təbrik ünvanladı 20 İyul 2019, 16:32 Gömrük 46 min dollarlıq telefonlara 28 min manat rüsum alıb - RƏSMİ 20 İyul 2019, 16:25 Bakıda “avtoşluq” edib sosial şəbəkələrdə yayan sürücü həbs edildi 20 İyul 2019, 16:16 Vilayət Eyvazov sıra baxışı keçirdi 20 İyul 2019, 16:14 Ekspert yay məktəblərinə qarşı çıxdı 20 İyul 2019, 15:26 Zakir Həsənov düşmənə zərbə endirməyi tapşırdı 20 İyul 2019, 15:17 Mirmahmud Mirəlioğlu Leyla Yunus haqda sərt DANIŞDI: “Erməni gəlini” 20 İyul 2019, 15:00 İlham Əliyev Belçika Kralını təbrik edib 20 İyul 2019, 14:38 İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul etdi - YENİLƏNİB 20 İyul 2019, 14:09 Prezident onları mükafatlandırdı – 10  mindən 50 minə qədər... 20 İyul 2019, 13:46 Sabahın hava proqnozu – külək əsəcək 20 İyul 2019, 13:43 Taksi sürücüsünə 16 bıçaq zərbəsi vurub quldurluq etdilər  20 İyul 2019, 13:39 Milli Mətbuat günündə Azercell-dən hədiyyə! 20 İyul 2019, 13:34 Anar Məmmədxanlı barəsində sənədli film çəkildi: “Kapitan”  20 İyul 2019, 13:29 Şəmkir sakininin cibindən 5500 manat oğurlandı 20 İyul 2019, 13:28