Modern.az

Ombudsman boşanmalardan danışdı

Ombudsman boşanmalardan danışdı

16 İyul 2019, 21:12

Aliment Fondunun yaradılması haqqında Milli Məclisə müraciət etmişəm, bu məsələ bir neçə dəfə illik məruzəmə də daxil edilib.

Modern.az  xəbər verir ki, bu barədə APA-ya Ombudsman Elmira Süleymanova bildirib.

Onun sözlərinə görə, Aliment Fondunun yaradılması zəruridir:

"Çünki ölkədə boşanmaların sayı kritik vəziyyət alır. Aliment Fondu Dövlət Sosial Müdafiə Fondu kimi bir fond olacaq. Boşanan insanlar məhkəmə qərarından sonra bu fonda müraciət edərək aliment pulunu ala biləcəklər. Sonra isə dövlət həmin borcludan məcburi qaydada müəyyən bir prosedurla bu vəsaiti alacaq. Ümid edirik ki, Aliment Fondunun yaradılması öz müsbət həllini tapacaq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir