Arxiv
18 İyul 2019, 11:18 | AKTUAL
Məhkəmədən Prezidentə şikayət – Bizi intihar həddinə çatdırıblar

Bir müddət əvvəl Azərbaycanın 35 tanınmış ziyalısı adından ölkə rəhbərliyinə müraciət ünvanlanmışdı.

Həmi müraciətdə ziyalılar məhkəmədə haqsızlıq olduğunu iddia etmiş, bu haqsızlıqla üzləşən Azərbaycan vətəndaşının pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etmişdilər.

Ziyalıların müdafiə etdiyi Ağayev Sakin Abdulhüseyin oğlu bu dəfə özü Prezident İlham Əliyevə müraciət edib.

 

Həmin müraciəti olduğu kimi təqdim edirik.

 

Hörmətli Möhtərəm Prezident!

 

Təkrar olaraq böyük ürək ağrısı ilə nəzərinizə çatdırmaq istəyirəmki, Azərbaycan Respublikasının qanunları məhz onu qorumalı olan qurum və şəxslər tərəfindən kobud surətdə tapdalanır!

Mənim və ailə üzvlərimin hüquqları bir fırıldaqçının sifarişi və hansısa vəzifəli şəxsin ona havadarlığı ilə məhkəmə orqanları tərəfindən kobud surətdə pozulur.

Beləki, Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu İbrahimov Fikrət Vəli oğlu adlı bir fırıldaqçı ilə cinayət əlaqələrinə girərək, aidiyat prinsipini pozmaqla iddiaçı və cavabdehlərin heç birinə aidiyyatı olmayan məhkəmədə, heç bir əsası olmayan iddia əsasında gizli şəkildə qurama məhkəmə işi açmaqla, məhkəmə prosesinə dair cavabdehlərin heç birinə hər hansı bir xəbərdarlıq etmədən, iddiaçı tərəfindən tərtib olunub birtərəfli qaydada imzalanan «müqaviləyə» hüquqi sənəd kimi istinad etməklə 26.07.2017 - ci il tarixdə bizə qarşı qanunsuz 2(094)-396/2017 saylı Qətnamə qəbul etmişdir (Yalnız iddiaçı tərəfindən tərtib olunub birtərəfli qaydada imzalanmış, mən və ailə üzvlərimin heç birinə aidiyyatı olmayan və bizim tərəfimizdən imzalanmayan, iş materiallarından götürülmüş saxta «müqavilənin» sürəti əlavə olunur).

Ailəmizin başına gətirilən bu faciə barəsində Azərbaycanın 35 tanınmış ziyalısı 12 iyun 2019-cu il tarixdə Sizə müraciət etmiş, qanunlarmızın bu dərəcədə ayaq altına atılmasına imkan verməməyinizi və bizim pozulmuş hüquqlarmızın bərpa edilməsinə yardım etməyinizi xahiş etmişlər. Bu müraciət və bu qanunsuzluqları və saxtakarlıqları təsdiq edən sübutlar rəsmi poçt vasitəsi ilə Sizə göndərilmiş və kütləvi informasiya vasitələrində yayımlanmışdır.

Lakin, bütün bunlara baxmayaraq bu biabırçı və ölkəmiz adına ləkə gətirən qanunsuzluqlar hələ də aradan qaldırılmamış, ədalət bərpa edilməmişdir.

Digər tərəfdən, baxmayaraqki, mən hələ 21.06.2019-cu il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova müraciət edərək, məhkəməni aldatdığına və saxta sənəd təqdim etdiyinə görə İbrahimov Fikrət Vəli oğlu və bilə-bilə ədalətsiz qətnamə çıxarmış Pirallahı Rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu barəsində cinayət işinin başlanması üçün şikayət ərizəsi vermişəm, əməllərində açıq-aydın cinayət tərkibi olan bu şəxslər barəsində bu günə qədər heç bir tədbir görülməmişdir.

Əlavə olaraq mən 10 iyul 2019-cu il tarixdə təkrarən Sizə müraciət edərək mənim və ailə üzvlərimin hüquqlarının bərpa edilməsinə yardım etməyinizi və məni qəbul etməyinizi xahiş etmişəm.

 

Möhtərəm Prezident!

 

Bizə qarşı törədilən bu qanunsuzluqlar ucbatından artıq özümüzə qəsd etmək həddinə çatdırılmışıq. Biz başqa heçnə istəmirik, ancaq işin qanuna uyğun şəkildə Ali Məhkəmə Plenumuna çıxarılıb baxılmasını və ədalətli qərar qəbul edilməsini istəyirik! Əgər bizim bir günahmız aşkarlansa, ona görə on qat cəza çəkməyə hazırıq. Lakin, Ali Məhkəmənin sədri cənab Ramiz Rzayev nə üçünsə bu işin Plenuma çıxarılmasını yubadır!

Bu fakt isə bizi məhz elə Ali Məhkəmə binası qarşısında özümüzə qəsd etməyə vadar edir!

 

Hörmətli Möhtərəm Prezident!

 

Mənim və ailə üzvlərimin həyatı təhlükədədir. Təkrar Sizə müraciət edərək bu işə müdaxilə etməyinizi, bizim hüquqlarmızım və qanunlarmızın bu dərəcədə tapdanılmasına imkan verməməyinizi və məni şəxsən qəbul etməyinizi xahiş edirəm!

 

Məhkəməyə təqdim olunan saxta müqaviləni təqdim edirik:

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu qədər şərləmək olmaz axı! 15 Dekabr 2019, 14:28 Suriyaya 900-dən çox qaçqın qayıdıb 15 Dekabr 2019, 14:28 Masallıda zəlzələ olub 15 Dekabr 2019, 14:08 Sabahın hava PROQNOZU 15 Dekabr 2019, 13:45 Harvard Universitetinə qəbul olunan Nigar məşhur komandirin QIZIDIR 15 Dekabr 2019, 13:31 “Namuslunu niyə apardılar, namussuz isə öz keyfindədir?” - Şirməmməd Hüseynovla internetdə olmayan MÜSAHİBƏ 15 Dekabr 2019, 12:39 Metroda faciənin qarşısı sərnişinlər tərəfindən alındı - FOTO 15 Dekabr 2019, 12:38 Filippində 6,8 bal gücündə zəlzələ olub 15 Dekabr 2019, 12:10 Səxavət Məmmədovun Amerikadakı YADİGARI 15 Dekabr 2019, 12:04 “Doğulduğum günü xatırlamasam da, əzablı olduğuna əminəm” - 73 yaşlı Xalq şairi 15 Dekabr 2019, 11:28 Yıxılaraq başından travma alan 9-cu sinif şagirdi ölüb 15 Dekabr 2019, 10:46 Mingəçevirdə qardaş qardaşı bıçaqladı 15 Dekabr 2019, 10:42 Nepalda avtobus dərəyə yuvarlanıb: 14 nəfər ölüb 15 Dekabr 2019, 10:39 Bələdiyyə seçkilərinə 1 həftə qaldı: bildirişlərin paylanması prosesi başa çatır 15 Dekabr 2019, 10:29 Küçədə qışlayanlar - Nazirlik neçə nəfərə sahib çıxıb? 15 Dekabr 2019, 10:14 Məşhurların qəribə sonları 15 Dekabr 2019, 10:00 Futbol üzrə Azərbaycan kuboku yarışlarında dörddəbir final başlayır 15 Dekabr 2019, 09:52 Səttar Bəhlulzadə fenomeni 15 Dekabr 2019, 09:45 Ermənilər atəşkəs rejimini 21 dəfə pozub 15 Dekabr 2019, 09:38 Bakı və Gəncədə kafe yanıb 15 Dekabr 2019, 09:31 Növbəti metrostansiyada tikinti işləri yekunlaşdı - AÇILIŞ vaxtı bəlli oldu 15 Dekabr 2019, 09:24 Piyadanı vurub öldürdü 15 Dekabr 2019, 09:10 Məhəmmədi kəndində əl qumbarası aşkarlanıb - FOTO 15 Dekabr 2019, 08:58 Ərzaq anbarında güclü yanğın 15 Dekabr 2019, 00:31 Bakıda yol qazası tıxaca səbəb olub 15 Dekabr 2019, 00:14 Məktəblər bu səbəbdən bağlandı 14 Dekabr 2019, 23:53 Leyla Əliyeva “Zima-2019” Beynəlxalq Uşaq Festivalının qala-konsertində iştirak edib 14 Dekabr 2019, 23:33 Azərbaycanlı tələbə Türkiyədə öldü - SƏBƏB 14 Dekabr 2019, 23:16 Mingəçevirdə gənc oğlanı bıçaqladılar  14 Dekabr 2019, 23:01 Özünü polis əməkdaşı kimi təqdim edən dələduz saxlanılıb 14 Dekabr 2019, 22:33 Müdafiə Nazirliyinin nümayəndələri Moskvada 14 Dekabr 2019, 22:14 Nigeriyada terrorda 19 nəfər öldü 14 Dekabr 2019, 21:52 "ABŞ sanksiya tətbiq etsə, buna məcbur olacağıq" - Çavuşoğlu 14 Dekabr 2019, 21:34 Azərbaycanlı futbolçunun baş məşqçisi erməni oldu 14 Dekabr 2019, 21:16 Üç ay ərzində dəm qazından 106 nəfər ölüb 14 Dekabr 2019, 20:54