Arxiv
21 İyul 2019, 17:30 | TƏHSİL
Tanınmış jurnalistin oğlu Azərbaycanda ən çox bal topladı - FOTO

Builki qəbul imtahanlarında maksimum nəticə göstərən abituriyentlərin sayı ötən illərdəkindən xeyli az oldu. II ixtisas qrupu üzrə bu sevindirici və qürurverici nəticəni yalnız 1 abituriyent əldə edib.

 

Modern.az xəbər verir ki, həmin abituriyent - Səfərov Qorxmaz Seyfəddin oğlu 28 yanvar 2003-cü ildə Bakı şəhərində anadan olub. Əslən Ağdam rayonunun Mərzili kəndindəndir. 2019-cu ildə Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Kəlbəcər rayon 56 saylı tam orta məktəbi Fərqlənmə attestatı ilə bitirib. 19 may 2019-cu ildə keçirilən qəbul imtahanlarında Azərbaycan bölməsi, II qrup, B variantı üzrə iştirak edib.

 

Riyaziyyat, coğrafiya və tarix fənlərinin hər birindən maksimum nəticə əldə edərək ən yüksək göstəriciyə - 400 bal qazanmağa nail olub. Bir daha xatırladırıq ki, bu göstərici ilə Qorxmaz Səfərov 2019-cu ildə II ixtisas qrupu üzrə yeganə abituriyentdir.

 

Qorxmaz 14 aprel 2019-cu ildə iştirak etdiyi buraxılış imtahanında da xeyli yüksək – 274.6 bal toplayıb. Beləliklə, o, ixtisas seçiminə olduqca əlverişli bir göstərici olan 674.6 balla gedir.

 

 

Bu nailiyyətə qovuşduğu üçün Allaha şükranlığını, valideynlərinə və müəllimlərinə minnətdarlığını dilə gətirən Qorxmaz, imtahanlara hazırlıq dövründə çox da ciddi məhdudiyyətlər yaşamadığını deyib:

 

“Dərslərə, hazırlıqlara olduqca ciddi, məsuliyyətlə yanaşırdım. Sınaqlarda da yüksək nəticə göstərirdim. Ona görə də valideynlərim məni bəzi əyləncələrimdən məhrum etməyə ehtiyac görmürdülər. Xüsusən də atam orta məktəbin son siniflərinin çox maraqlı bir dövr olduğunu və onları yaddaqalan keçirməyin vacibliyini deyirdi. Gün ərzində vaxtımın bir hissəsini də boş zamanı olan yoldaşlarımla gəzintilərə, söhbətlərə sərf edirdim. Həftədə bir-iki dəfə yığışıb futbol oynayırdıq. Doğma klubumuz olan “Qarabağ”ın oyunlarına hərdən stadionda, bəzən də evdə baxırdım. Çempionlar Liqasının bütün vacib oyunlarını, maraqlı gələn verilişləri izləyirdim. Yaşıdlarımdan bir çoxunun imtahanlra hazırlaşanda bütün bunlardan məhrum olduğunu eşitmişəm. Mən isə imtahanlar ərəfəsində də əyləncələrimdən qalmırdım”.

 

Qorxmaz Səfərov iqtisadiyyat-maliyyə üzrə ali təhsil almaq istəyir. Buna görə də UNEC-in – Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi olmaq arzusundadır. Ona bu istəyinə çataraq, gələcək həyat və fəaliyyət yolunda daha böyük uğurlara imza atmasını arzulayırıq.

 

Qeyd edək ki, Qorxmaz Səfərov tanınmış redaktor, ədəbiyyatşünas və tərcüməçi Seyfəddin Hüseynlinin oğludur. Qorxmazın böyük qardaşı Yılmaz Səfərov isə ötən il 642 balla Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşdu.

 

 

 

 
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ziyad Əliabbas oğlu Səmədzadə - ZƏNGİNLİK! 24 Yanvar 2020, 17:32 Almaniyada kütləvi QƏTLİAM: 6 nəfər öldürüldü 24 Yanvar 2020, 17:30 Yazarlar Anarın namizədliyinə qarşı: “82 yaşında da gözü vəzifədən doymur” 24 Yanvar 2020, 17:24 “Ülvi Quliyev hər zaman yanımızda olub” – Seçicilərindən Ülvi Quliyevə böyük DƏSTƏK 24 Yanvar 2020, 17:22 Nazirlikdən ölümcül virusla bağlı XƏBƏRDARLIQ 24 Yanvar 2020, 17:18 3 nəfəri tok vurdu - cinayət işi açıldı 24 Yanvar 2020, 17:12 Novruz Məmmədov Cavad xanın kötücəsinin də Azərbaycana gəlişinə mane olub - MÜSAHİBƏ 24 Yanvar 2020, 17:06 BNA-dan hava ilə bağlı sərnişinlərə müraciət 24 Yanvar 2020, 17:01 Mərkəzi Seçki Komissiyasına yeni sədr seçildi 24 Yanvar 2020, 16:57 Körpələri bir-birinə bağlayan tibb bacıları  CƏZALANDIRILDI 24 Yanvar 2020, 16:51 Eyfel qülləsi bağlandı 24 Yanvar 2020, 16:47 Aqiyə Naxçıvanlı seçicilərlə görüşüb - FOTO 24 Yanvar 2020, 16:45 Naftalanda turistlərin rahatlığı üçün daha bir yenilik - FOTOLAR 24 Yanvar 2020, 16:42 SOCAR: Dənizdə təhlükəsizlik rejimi maksimum gücləndirilib 24 Yanvar 2020, 16:30 BAXCP sədri seçicilərlə görüşdü - FOTO 24 Yanvar 2020, 16:25 Ceyhun Bayramov Salyanda şagirdlərin dərsə davamiyyəti ilə maraqlanıb - FOTO 24 Yanvar 2020, 16:20 “Əli və Nino”nun mübahisəli müəllifi olan AXC səfiri kimdir? - TARİX 24 Yanvar 2020, 16:14 BMU məzunu nüfuzlu Vistula Universitetində! 24 Yanvar 2020, 16:07 Şəkilləri lövhələrdən cırılan, üzünə bığ çəkilən namizədlər - FOTO 24 Yanvar 2020, 16:01 Azər Kərimli 90 yaşlı seçicisini evində ziyarət edib - FOTOLAR 24 Yanvar 2020, 15:56 BMT-dən həyacan təbili: Bütün ölkələr koronavirusa qarşı hazır olsun! 24 Yanvar 2020, 15:50 Gədəbəy kəndləri təhsil menecerinə səs verəcəklər 24 Yanvar 2020, 15:44 İsraildə erməni keşişlərdən NARAZILIQ: “Bir yəhudi kimi deyirəm, həyasızlıq onların qanındadır” 24 Yanvar 2020, 15:37 Bakı və Moskva arasında əməkdaşlıq protokolu imzalandı 24 Yanvar 2020, 15:30 Sahil Babayev peşəkarları “Yüksəliş”ə dəvət etdi - VİDEO 24 Yanvar 2020, 15:24 Qusarda qarlı hava qəzaya səbəb oldu 24 Yanvar 2020, 15:17 Ziyafət Əsgərovun Astaradakı görüşləri davam edir - FOTO 24 Yanvar 2020, 15:10 Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ! 24 Yanvar 2020, 15:04 ANAR: “AYB sədrliyinə namizədliyimi yenidən irəli sürəcəm” 24 Yanvar 2020, 14:58 AzTU-da yeni şöbə müdiri təyin edildi 24 Yanvar 2020, 14:52 Yardımlı yollarında - FOTO 24 Yanvar 2020, 14:46 “Azneft”də yeni TƏYİNATLAR - FOTO 24 Yanvar 2020, 14:40 Musa Qasımlı görüşlərini davam etdirir - FOTOLAR 24 Yanvar 2020, 14:33 İlham Əliyev “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb 24 Yanvar 2020, 14:26 İcra başçısı Şağlaser kəndində görüş keçirib - FOTO 24 Yanvar 2020, 14:20
SORĞU Yeni parlamentdə kimlər olsun?