Arxiv
6 Avqust 2019, 11:05 | ƏDƏBİYYAT
Fikrət Qocadan ETİRAZ: “Evdən bu saat qaçmalıyam?”

Bu il Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayının keçiriləcəyi gözlənilir. Növbəti qurultayın yaxınlaşması AYB-yə sədrlik məsələsini də yenidən gündəmə gətirib. Bu dəfə gənc yazıçılardan, şairlərdən də AYB-yə sədrlik üçün namizədlər var. Şair Emil Rasimoğlu XIII qurultayda AYB sədrliyinə namizədliyini irəli sürəcəyini elan edib:

 

“Mən bundan öncəki açıqlamalarımda da AYB-nin XIII qurultayında namizəd olacağımı vurğulamışam, yeri gəlmişkən indi də vurğulayıram. Mən namizədliyə də, sədrliyə də iddialıyam. Bu öz yerində. Yaxşı, indi mən namizəd olduğum halda məni güllələyəcəklərmi ya ümumən belə bir hüququm yoxdumu? Yoxsa namizəd olmaq Anar müəllimə düşmən olmaqdı? Mən fikirlərimin sonunda yenə xüsusən ədəbi gəncliyin növbəti qurultayda namizəd kimi çoxluq təşkil etməsinin tərəfdarıyam. Bu baxımdan da həmkarlarımı sağlam mübarizəyə və özünə inama çağırıram. Buna isə ümid edirəm”.

 

Gənc şairin bu açıqlamasından sonra mediada AYB üzvlərinin fərqli fikirləri yer aldı. Kimisi yenidən xalq şairi Anara səs verəcəyini, kimisi isə gənclərin sədrliyə namizəd ola bilməyəcəyini qeyd etdi.

AYB-yə sədrlik mövzusu ətrafında yaranan bu polemikalara Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca da qoşulub. O, Modern.az-a açıqlamasında bildirib ki, gənclərin bu proseslərdə aktivləşməsi çox yaxşı situasiyadır:

 

“Həyatda da görürük ki, gənclər həmişə atalarına oxşamaq istəyirlər. Amma gənclər, yeniyetmələr eynilə həyatda olduğu kimi, həmin mərama çatmalıdırlar. Bir uşağın atasına çatması üçün gərək əvvəl saçı, saqqalı, bığı çıxsın ki, o yerə qalxa bilsin. Zaman hər şeyi inkişaf etdirir. Yeni doğulan körpə əvvəl ayaq açır, yeriyir, sonra dişləri çıxır, sonra danışır, sonra isə  yeniyetmə yaşına qalxır, saqqalı çıxır. Daha təcrübələnmiş, inkişaf etmiş gənclərə çevrilirlər. Bu həyatdır, bu yolu keçmək lazımdır. Görmək götürmək, həyatı tanımaq vacibdir. Sən zənginləşirsən, sonra bildiklərini başqasına ötürürsən. Qoca varsa cavan da var. Bu, ilk növbədə bizə böyük təsəllidir ki, cavanlarımız, yolumuzu davam etdirənlər var. Halbuki cavanlar da anlamalıdırlar ki, bir nəfər sədr olacaq, hamısı yox. Yenə deyirəm, sədr tək bir nəfər olur. Bu zaman isə digər gənclər narazı qalacaqlar,  sədr seçilənin üstünə düşəcəklər.  Gənclərin səbri o qədər yetişməyib, bir nəfər sədr olsun, qalanları gözləsinlər ki, mən də sonra olaram. Təki gənclər sədr seçilsinlər, kim nə deyir ki?”

 

Qoca Anarın “alternativi yoxdur” fikirlərinə də münasibət bildirib. O qeyd edib ki, alternativ həmişə var və olacaq:

“Hamı sədr ola bilər. Mən özüm də də, əlbəttə, Anara səs verəcəm. Anar gedəndə mən ondan bir saat da qabaq gedəcəm. Çünki mən yaşça Anardan böyüyəm. Bu vəzifədə əbədi, ölümsüz deyilik. Bu işdir, özü də ağır işdir. Amma adama baba deyirlərsə, adam babalıqdan çıxmalı deyil ki? Mənə bütün uşaqlar baba deyir, nəvəm, nəticəm var. Zamanı gələndə gedərəm. Amma AYB bizim evimizdir. Evdən bu saat qaçmalıyam?”

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əkrəm İmamoğlundan Müstəqillik günü TƏBRİKİ - FOTO 18 Oktyabr 2019, 10:16 Nəsimidə dələduzluz saxlanlılıb - FOTO 18 Oktyabr 2019, 10:10 Meral Akşənərdən Azərbaycanca təbrik - FOTO 18 Oktyabr 2019, 09:58 Bu ərazilərdə qaz kəsiləcək 18 Oktyabr 2019, 09:49 Ermənilər atəşkəsi 21 dəfə pozdu 18 Oktyabr 2019, 09:42 Kişilər olub e! 18 Oktyabr 2019, 09:37 ABŞ-la Türkiyə Suriya məsələsində razılaşdılar: YPG ərazidən çəkiləcək 18 Oktyabr 2019, 09:35 Fəttah Heydərov: “Tezliklə Qarabağda da belə bayramları qeyd edək!” 18 Oktyabr 2019, 09:34 Gülmirənin dünyası... 18 Oktyabr 2019, 09:30 Mehriban Əliyevadan Dövlət Müstəqilliyi Günü TƏBRİKİ 18 Oktyabr 2019, 09:19 Qlobal Jurnalistlər Şurasının Bakı Bəyannaməsi - Dünya jurnalistlərinə Qarabağla bağlı MÜRACİƏT 18 Oktyabr 2019, 09:03 Niyə bizə zootexnik, baytar, aqronom lazım deyil? - Gələcəyin faydalı ixtisasları barədə nə bilirsiniz… 18 Oktyabr 2019, 08:51 İsveçrənin geniş tərkibli nümayəndə heyəti Azərbaycana gəlir 18 Oktyabr 2019, 08:21 Ermənistan ordusunun son 25 ildə verdiyi İTKİLƏR - 5646 hərbçi ölüb 18 Oktyabr 2019, 08:08 El-Klasiko təxirə salınıb 18 Oktyabr 2019, 00:46 Məşhur idmançımız xəstəxanaya yerləşdirildi - FOTO 18 Oktyabr 2019, 00:20 Müstəqilliyimizin bərpasının 28 illik tarixi... 18 Oktyabr 2019, 00:02 Bakıda sərnişin avtobusu qəza törətdi 17 Oktyabr 2019, 23:47 Azərbaycan nefti bahalaşdı 17 Oktyabr 2019, 23:31 “Qarabağ”ın oyununa 30 min bayraq sifariş verildi   17 Oktyabr 2019, 23:12 “Məmurların əlində oyuncağa çevrilən mətbuat orqanları var” - Umud Mirzəyev 17 Oktyabr 2019, 23:02 Bakıda gənc oğlan itkin düşdü 17 Oktyabr 2019, 22:56 “Türkiyə əməliyyata  fasilə verir” - Çavuşoğlu aydınlıq gətirdi, VİDEO 17 Oktyabr 2019, 22:43 Ramal "Maşın"ı belə tərk etdi - VİDEO 17 Oktyabr 2019, 22:25 ABŞ-la Türkiyə razılaşdı: Suriyada əməliyyatlar dayandırılır - FOTO 17 Oktyabr 2019, 22:13 Bakıda şagird idarəetmə sistemi yaradıldı 17 Oktyabr 2019, 21:48 Azərbaycanda əhalinin sayı 10 035 351 nəfərə çatdı 17 Oktyabr 2019, 21:29 Türkiyənin Suriyada  zərərsizləşdirdiyi  terrorçu sayı 700-ə çatdı 17 Oktyabr 2019, 21:16 Uşaq hüquqları aylığına start verilir 17 Oktyabr 2019, 20:58 Ağstafada itkin düşən qadın Bakıda tapıldı 17 Oktyabr 2019, 20:44 Mətbuat bütün hallarda dövlətin və xalqın milli maraqlarını müdafiə etməlidir 17 Oktyabr 2019, 20:27 Əhalinin gəlirləri 6.7 faiz artıb 17 Oktyabr 2019, 20:16 Azərbaycan - Slovakiya oyununun stadionu dəyişdirildi 17 Oktyabr 2019, 20:01 Lukaşenko: "Rusiya dövlət deyil..." 17 Oktyabr 2019, 19:53 Ərdoğan “görüşməyəcəm” dediyi amerikalı vitse-prezidenti qəbul etdi 17 Oktyabr 2019, 19:34