Arxiv
7 Avqust 2019, 13:41 | ANALİTİKA
“Paşinyanın bəyanatı həmsədrlərə hörmətsizliyin təzahürüdür” - Fərid Şəfiyev

“Bu gün Ermənistan Xarici İşlər Nazirliyi avqustun 5-də Azərbaycanın işğal olunmuş ərazilərində çıxış edərkən Dağlıq Qarabağın Ermənistana məxsus olduğunu deyən və “miatsum”-“birləşmə” şüarından istifadə edən baş nazir Nikol Paşinyanın bəyanatını təkzib etməyə cəhd edib. Məhz bu şüarla erməni milliyətçiləri 1988-ci ilin fevralında qanlı münaqişəyə başlayıblar. Ermənistan XİN-in bəyanatına əsasən isə söhbət mənəvi birləşmədən gedir”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.

Mərkəzin sədrinin sözlərinə görə, məgər onlar Ermənistan Silahlı Qüvvələrinin harada yerləşdirildiyini, Azərbaycanın işğal olunmuş torpaqlarında ölən erməni əsgərlərinin harada xidmət etdiyini görmürlər?

 

“Biz Ermənistanda yüksək vəzifəli şəxslərin və dövlət strukturlarının bir-birilərinə zidd fikirlər səsləndirmələrinin ilk dəfə şahidi olmuruq. Belə ki, 2019-cu il martın sonlarında Vyanada yüksək səviyyəli danışıqların nəticəsində Ermənistan baş nazirinin Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli perspektivlərinə dair bəyanatından sonra müdafiə naziri David Tanoyan Nyu-Yorkda “yeni ərazilər uğrunda yeni müharibə”yə dair bəyanat səsləndirdi.

 

İlk gündən Azərbaycanda bilirdilər ki, qondarma “Qarabağ hərəkatı” Azərbaycan torpaqlarının erməni milliyətçiləri tərəfindən ilhaqı məqsədi ilə başladılmış kampaniyadır. Bununla əlaqədar olaraq 1989-cu il dekabrın 1-də Ermənistan SSRİ Ali Sovetinin o zamankı parlamenti tərəfindən Dağlıq Qarabağın birləşdiriməsinə dair məşhur fərman imzalandı. SSRİ-nin süqutundan sonra erməni milliyətçiləri taktikanı bir qədər dəyişdilər və bir tərəfin digər tərəfə ərazi iddiasının beynəlxalq ictimaiyyətdə mənfi reaksiyaya səbəb olacağını düşünərək özlərinin müstəqillik ideyalarına beynəlxalq müşahidəçilərin rəğbətini qazanmaq məqsədi ilə beynəlxalq arenaya Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə şüarını buraxdılar. BMT və digər beynəlxalq təşkilatlar isə Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıdılar”.

Fərid Şəfiyev deyib ki, erməni təbliğatçılarının bütün cəhdləri, o cümədən qondarma “Dağlıq Qarabağ respublikası”nın “liderləri”nin Avstraliyaya səfəri uğursuzluğa düçar olur:

“Bu ölkənin Xarici İşlər Nazirliyi yenidən öz bəyanatında Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəklədiyini ifadə etdi.

Ermənistan rəhbərliyinin hərbi təcavüzu legitimləşdirmək cəhdlərinin heç bir perspektiv vəd etməyəcəyini, Azərbaycanla sülh əldə olunmasa, sosial-iqtisadi inkişafın mümkünsüzlüyünü anlaya bilməməsi təəssüf doğurur. Regionun gələcəyi dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində, sülh şəraitində birgə yaşamasından asılıdır. Dağlıq Qarabağda sülh erməni və azərbaycanlı icmaların Azərbaycanın ərazi bütovlüyü çərçivəsində birgə yaşamasına əsasən olmalıdır.

Ermənistan baş nazirinin və Xarici İşlər Nazirliyinin bəyanatı ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinə hörmətsizliyin təzahürüdür və dünya ictimaiyyətində çaşqınlıq yaratmaq üçün edilən növbəti cəhddir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ölkə fəlakət içində: Fövqəladə vəziyyət elan olundu! 23 Sentyabr 2019, 17:10 Bakıda dələduz  “general” tutuldu - FOTOLAR 23 Sentyabr 2019, 17:04 Tələbələrin NƏZƏRİNƏ: “Nar” təqaüd proqramı elan edir! 23 Sentyabr 2019, 16:56 “Azərsu” rəsmiləri vətəndaşları qəbul etdi 23 Sentyabr 2019, 16:53 İlham Əliyev 13 milyon manatlıq sərəncam imzaladı 23 Sentyabr 2019, 16:52 Həftədə neçə kiloqram arıqlamaq olar? – Dietoloqdan XƏBƏRDARLIQ 23 Sentyabr 2019, 16:46 Fədayə Laçının məhkəməsi yenə təxirə salındı 23 Sentyabr 2019, 16:38 Orta bal göstəricilərinə görə fərqlənən universitetlər - SİYAHI 23 Sentyabr 2019, 16:31 Füzuli Rzaquliyev: “Sizcə, bu şərəfsizlərin torpaq  qaytarmaq fikri olar?!” - MÜSAHİBƏ 23 Sentyabr 2019, 16:20 Məhərrəm Quliyev Aparat müşavirəsi keçirdi 23 Sentyabr 2019, 16:00 “Azərbaycanda ingilis dili müəllimlərinin dörddə bir hissəsinin ali təhsili yoxdur” 23 Sentyabr 2019, 15:42 Müşfiq Əmirov: “Gələcəkdən qorxma, onsuz da gələcək” 23 Sentyabr 2019, 15:38 Sürücülər dizel yanacağından narazıdır: “Malımız da gedir, pulumuz da” 23 Sentyabr 2019, 15:31 Bu günədək sahələrdən 28 min 226 ton şəkər çuğunduru yığılıb 23 Sentyabr 2019, 15:17 Milli qəhrəmanın xatirəsinə həsr olunmuş yarışa yekun vurulub - FOTOLAR 23 Sentyabr 2019, 14:49 “Kənddən Şəhərə” məhsulları “World Food Moscow” Beynəlxalq Qida Sərgisində 23 Sentyabr 2019, 14:49 BQXK vurulan Azərbaycan hərbçisi ilə bağlı danışıqlar aparır 23 Sentyabr 2019, 14:47 10 yaşlı Anjelina ilk dəfə məktəbə getdi - FOTO 23 Sentyabr 2019, 14:39 Gəncədə piyadanı vurub qaçan sürücü tutuldu 23 Sentyabr 2019, 14:32 Əlilliyi olan şəxslərin Mərkəzləşdirilmiş Elektron İnformasiya Bazası yaradılır 23 Sentyabr 2019, 14:23 DİM: Özəl ali məktəblərə qəbul olunanlar, əsasən, dövlət məktəblərinə daxil ola bilməyənlərdir 23 Sentyabr 2019, 14:03 Milli Məclisin payız sessiyasının gündəliyi bəlli oldu 23 Sentyabr 2019, 14:02 Əhliman Əmiraslanov: “Adlarını psixoloq qoyub ekstrasenslik, falçılıq  edirdilər” - MÜSAHİBƏ 23 Sentyabr 2019, 13:56 Sürücülərin nəzərinə: Texniki baxışa görə rüsum artırılır 23 Sentyabr 2019, 13:51 Nazirlik: Sahələrdən 28 min 226 ton şəkər çuğunduru yığılıb   23 Sentyabr 2019, 12:59 Sabahın hava PROQNOZU açıqlandı 23 Sentyabr 2019, 12:57 Sərhəd zastavasına silahlı hücum olub - Baş leytenant bıçaqlandı - FOTOLAR 23 Sentyabr 2019, 12:53 Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olunub 23 Sentyabr 2019, 12:39 Bakıda sərnişin avtobusu qəzaya düşdü - FOTO 23 Sentyabr 2019, 12:35 “Keşikçidağ”da “Avropa İrs günləri” keçirilib 23 Sentyabr 2019, 12:32 Nuşirəvan Məhərrəmov kabel TV operatorlarının işindən narahatdı 23 Sentyabr 2019, 12:25 Ekspertlərdən parlamentə və hökumətə distant təhsillə bağlı ÇAĞIRIŞ 23 Sentyabr 2019, 12:17 Azərbaycanda payız başladı 23 Sentyabr 2019, 12:14 Sosial şəbəkələrdə narkotiki təbliğ edən şəxs həbs edildi 23 Sentyabr 2019, 12:03 Milli Məclisdə abortlarla bağlı fikir ayrılığı yarandı - Cinsiyyəti təyin etməyə icazə verilsin, verilməsin?.. 23 Sentyabr 2019, 12:02