Arxiv
8 Avqust 2019, 16:17 | TƏHSİL
Azərbaycandakı 3 universitetin Türkiyə ilə “diplom problemi” həll olundu?..

Bir müddət əvvəl yayılan xəbərlərdə iddia olunurdu ki, Türkiyənin Ali Təhsil Qurumu - YÖK Azərbaycanın “Odlar Yurdu” Universiteti, Bakı Mühəndislər Universiteti və Gəncə Texnologiya Universitetini "tanınmayan” təhsil müəssisələri siyahısına daxil edib.

Qeyd olunurdu ki, bu universitetləri bitirənlər məzun olduğu ildən asılı olmayaraq, Türkiyədə magistratura və doktorantura dərəcəsində təhsil ala bilməyəcəklər.

Xəbərlərdə bildirilirdi ki, Türkiyə Ali Təhsil Qurumu həmin universitetin diplomlarını tanımayacağını bəyan edib.

 

Hazırda bu problem nə yerdədir, məsələ öz həllini tapıbmı?

 

Mövzuyla bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Modern.az-a açıqlamasında deyib ki, bununla bağlı Türkiyə tərəfindən Təhsil Nazirliyinə heç bir rəsmi müraciət daxil olmayıb.

 

“Odlar Yurdu” Universitetinin mətbuat xidmətindən əməkdaşımıza bildirildi, bu məsələni bir sıra mürtəce qüvvələr qaldırmışdılar:

 

“Bunlar hamsı “boş” söhbətlərdir. Bizim universitetin tələbələrinə heç bir yerdə məhdudiyyət yoxdur. “Odlar Yurdu” Universiteti Türkiyənin Yüksək Öyrətim Kurulu tərəfindən Azərbaycanda bütün ixtisasları üzrə tanınmış yeganə özəl ali təhsil müəssəsidir”.

 

Azərbaycan Texnologiya Universitetinin mətbuat xidmətindən verilən açıqlama isə fərqli oldu. Bildirildi ki, bu Türkiyənin deyil, sadəcə Türkiyədəki bir qurumun-YÖK-ün qərarı idi.

 

“Bu qurumun qərarını ciddiyə almayanlar da oldu. Elə bizim universitetin bir neçə tələbəsi bu il Türkiyədə bəzi universitetlərin magistratura pilləsinə qəbul olunub. Bu da o deməkdir ki, vəziyyət qənaətbəxşdir. Məsələ nazirlik səviyyəsində araşdırılırdı, yoluna qoyulması üçün də müvafiq addımlar atıldı”.


Bakı Mühəndislik Universitetindən məsələyə münasibət öyrənmək mümkün olmadı..

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Aprel xofu, Ermənistanın “Talış şou”su – ermənilər bu kəndə gəlməkdən qorxur – TƏHLİL 23 Avqust 2019, 00:17 İki rayonumuzun işğal gününü anırıq 23 Avqust 2019, 00:01 Azərbaycan nefti bahalaşıb 22 Avqust 2019, 23:46 “Qarabağ” səfərdə uduzur - YENİLƏNİR   22 Avqust 2019, 23:38 Türkiyə Suriyada uduzur: Putin Ərdoğanı tələyə saldı TƏHLİL 22 Avqust 2019, 23:32 Azərbaycan hərbi pilotlarının MACƏRALARI 22 Avqust 2019, 23:21 Nazirlik Ağsudakı meşə yanğını barədə məlumat yaydı 22 Avqust 2019, 23:13 "Körfəzdə müharibəni başlayan biz olmayacağıq" - Məhəmməd Cavad Zərif 22 Avqust 2019, 22:48 Prezident tələbə adı qazanan siam əkizləri ilə görüşdü 22 Avqust 2019, 22:31 Dəmiryolu ilə sərnişin daşınması artıb 22 Avqust 2019, 22:17 Kanada Rusiyanın G8-ə qayıtmasını istəmir 22 Avqust 2019, 22:00 Bakıda taxta bazarındakı yanğın söndürüldü 22 Avqust 2019, 21:46 Bakıdakı taxta bazarında güclü yanğı - VİDEO + FOTOLAR - YENİLƏNİB 22 Avqust 2019, 21:20 Polşa ABŞ-dan qaz alır 22 Avqust 2019, 21:15 “Ermənistan demokratiyanın qasidi statusuna iddia edə bilməz” - XİN 22 Avqust 2019, 21:02 Zakir Qaralov Qubada qəbul keçirəcək 22 Avqust 2019, 20:44 “Titanik”in qalıqları yoxa çıxır 22 Avqust 2019, 20:30 “Kənddən Şəhərə” yarmarkasında reyd:  qiymətlər ucuzdur 22 Avqust 2019, 20:16 “Ermənilərin avantürist təşəbbüsünün qarşısı alınmalıdır” - Əliməmməd Nuriyev 22 Avqust 2019, 20:02 Mingəçevirdə azyaşlı binanın ikinci mərtəbəsindən yıxılıb 22 Avqust 2019, 19:42 Gömrükdə 50 minə yaxın siqaret ələ keçirildi 22 Avqust 2019, 19:29 ABŞ-Venesuela gizli danışıqları nə barədə aparılır... 22 Avqust 2019, 19:15 Nazir müavini: "Taxta bazarında yanğın tam məhdudlaşdırılıb" 22 Avqust 2019, 19:01 Bu il dəmir yolları 270 min sərnişin daşıyıb 22 Avqust 2019, 18:42 Jurnalist Tural Yusifov imkansız tələbənin 1 illik təhsil haqqını ödədi  22 Avqust 2019, 18:14 Nazir müavini: Taxta bazarında yanğın 1500 kvadratmetri əhatə edib 22 Avqust 2019, 18:12 “Azərbaycan dövləti əleyhinə satqınlardan ibarət “virtual terrorçular” fəaliyyət göstərir” 22 Avqust 2019, 18:08 Elçibəyin köməkçisi 19 illik sirri açır: “Almaniyaya aparmağa pulumuz olmadı” - MÜSAHİBƏ 22 Avqust 2019, 18:02 Əli Əhmədov: “Azərbaycan heç zaman indiki qədər güclü olmayıb” 22 Avqust 2019, 17:47 Dərnəgüldəki taxta bazarın yanğınında iki nəfər zəhərləndi 22 Avqust 2019, 17:42 Pirşağıda tullantı təmizləyici qurğu istifadəyə veriləcək 22 Avqust 2019, 17:38 Manatın məzənnəsi dəyişmədi 22 Avqust 2019, 17:25 Mirmahmud Mirəlioğlu Fəzail Ağamalının Elçibəylə bağlı iddialarına CAVAB VERDİ 22 Avqust 2019, 17:14 Telefon almadığına görə anasını öldürən oğula AĞIR CƏZA 22 Avqust 2019, 17:02 Saakaşvili “Qarabağ Azərbaycandır!” dedi - Azərbaycanlı deputat onu “populist” adlandırdı - QALMAQAL 22 Avqust 2019, 16:40