Arxiv
9 Avqust 2019, 16:01 | QARABAĞ
Yerevanda nümayişçiləri güllələyən generalı Azərbaycana bağlayan FAKTLAR

BBC-nin Rusiya xidməti Ermənistanda 2008-ci ilin 1 mart hadisələri ilə bağlı gizli istintaq sənədlərini əldə edib.

 

Modern.az xəbər verir ki, telekanalın həmin hadisələrə bağlı araşdırmasının nəticələri Ermənistan cəmiyyətində ciddi gərginlik doğurub.

Belə ki, 2008-ci il 1 mart hadisələrində müxalifət nümayəndələrinə atəş açan şəxslərin Yerevana Dağlıq Qarabağdan gətirildiyi aydınlaşıb. 20 nəfərlik həmin silahlı qrupa qondarma “Qarabağ Respublikasının müdafiə nazirinin müavini” postunu tutmuş general-mayor Samvel Karapetyan başçılıq edib.

Məhz onun başçılıq etdiyi dəstə Yerevan küçələrində nümayişçilərə odlu silahdan atəş açaraq, 10 nəfəri öldürüb. Onun addımları o zamankı prezident Robert Koçaryan və yeni seçilmiş prezident Serj Sarkisyanın dəstəyi ilə atılıb.
 

Qarabağ klanının ən radikal və amansız üzvlərindən olan Samvel Karapetyanı Azərbaycana bağlayan amillər də az deyil.

Modern.az Azərbayana qarşı təcavüzdə aktiv iştirak etmiş Samvel Karapetyan haqda kiçik informasiyanı təqdim edir.

Samvel Cəmiloviç Karapetyan 1962-ci ildə Azərbaycanın Xankəndi şəhərində anadan olub. Gənclik illərində müxtəlif istehsalat müəssisələrində çalışan Karapetyan uşaq yaşlarından Ohanov, Ohanovski ləqəbləti ilə tanınıb. Qarabağ müharibəsi zamanı o məhz “Ohanovski” ləqəbi ilə məşhurlaşmışdı. Maraqlıdır ki, Ohanov onun anasının qızlı soyadı idi. Karapetyanın anasının qardaşı, yəni doğma dayısı isə SSRİ və Rusiyanın tanınmış kriminal avtoritetlərindən biri, “qanuni oğru” Rudolf Ohanov idi. Bakıda doğulduğu üçün “Rudik Bakinski” ləqəbi ilə tanınan Rudolf Ohanov 1998-ci ildə Moskvada “Ded Xasan”la kriminal müharibə zamanı öldürülmüşdü. Ana tərəfi Bakıda yaşadığı üçün Samvel Karapetyan 80-ci illərin sonuna qədər tez-tez Azərbaycan paytaxtına gəlirdi.

 

1988-ci ildə Qarabağda vüsət alan separatçı hərəkatın aktiv iştirakçılarından birinə çevrilən Samvel Karapetyan 1988-ci il fevralın 22-də Əsgəranda 2 azərbaycanlının ölümü ilə nəticələnən insidentin iştirakçısı olub. O, hətta hadisədən sonra qəzəblənmiş Ağdam sakinlərinin qarşısını kəsmək üçün Xankəndində özünə dəstə də toplamışdı.


Kriminal dairələrə yaxın olan S.Karapetyan Qarabağdakı separatçı hərəkat liderləri ilə sıx əlaqəyə girərək,  Azərbaycan torplaqlarına qarşı təcavüzdə iştirak etmək üçün Xankəndində alay yaradır. Məqsəd qanunsuz silahlı birləşmələrin köməyi ilə talançılıq etmək və sərvət toplamaq idi.

1993-cü ildə sayı 1500 nəfər çatan alay 20-yə qədər Azərbaycan kəndinin işğalında, dinc sakinlərə qarşı işgəncə və qətllərdə iştirak edir. Buna görə ona separatçıların ən yüksək "mükafatı" - 1-ci dərəcıli “Döyüş xaçı”, “Qızıl qartal” ordenləri təqdim olunub.

Lakin Karapetyanın qələbə sevinci çox çəkmir. Dinc əhaliyə divan tutmağı sevən general-mayor 1993-cü ilin martında Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə güllə yarası alır. Müalicədən sonra o öz alayı ilə Füzuli-Cəbrayıl istiqamətində döyüşlərə qatılır. 1994-cü il yanvarın 5-də isə Milli Ordumuzun məşhur Horadiz əməliyyatı zamanı onun alayı darmadağın edilir, yüzlərlə döyüşçüsünü və hərbi texnikasını itirən Samvel Karapetyan ağır yaralanır. Yalnız 4 saatlıq əməliyyatdan sonra o, sağ qala bilir.
 

Müharibə başa çatdıqdan sonra separatçı birləşmlərdə xidmət keçən Karapetyan 2000-ci ildə qondarma rejimin “müdafiə nazirinin müavini” postuna təyinat alır və 2019-cu ilin iyununda istefaya göndərilir. Onun istefaya göndərilməsində istintaq materialları ilə tanış olan və 2008-ci il hadisələrində müxalifətçi kimi aktiv olan Nikol Paşinyanın həlledici rol oynadığı məlumdur. Təsadüfi deyil ki, Ermənistan mətbuatı Qarabağ klanının aktiv iştirakçılarından olan və dinc əhaliyə zorakılıq etməyi sevən Samvel Karapetyanın Paşinyanı devirmək planlarından yazır.


Həyatı boyu çoxsaylı cinayətlər törədən Samvel Karapetyanın Ermənistan hakimiyyəti tərəfindən həbs olunmaması, onun yalnız şahid kimi istintaqa cəlb olunması isə həm araşdırma aparan BBC, həm ölkə ictimaiyyətinin, həm də hüquqşünasların təccübü ilə qarşılaşır.  

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Zərərçəkmiş sahələrə dövlət dəstəyini davam etdirəcək  - Prezidentin köməkçisi 3 İyul 2020, 18:26 “Məndə koronavirus var” deyə özündən şübhələn şəxs öncə hara zəng etsin? 3 İyul 2020, 18:23 TƏBİB sədrindən evdə qalanlara məsləhət - idman hərəkətlərinə üstünlük verin 3 İyul 2020, 18:20 Hazırda əsas diqqət mağaza və marketlərə yönəlib - Prezidentin köməkçisi 3 İyul 2020, 18:14 Metronun sərnişinləri 600 mindən 160 minədək azalıb 3 İyul 2020, 18:10 Hamilələr xəstəliyi daha ağır keçirir? - TƏBİB-dən cavab 3 İyul 2020, 18:07 Ramin Bayramlı jurnalistlər və həkimlərin yoluxmasından danışdı 3 İyul 2020, 18:03 İyulun 5-dən sonra SMS-lə icazə alanda avtomobil də qeyd olunmalıdır - TƏLƏB 3 İyul 2020, 18:00 Yoluxma simptomu olmayanlar təhlükəli şəxslərdir - Ramin Bayramlı 3 İyul 2020, 17:56 Ermənistanın xarici işlər naziri Azərbaycan ərazisinə gəldi 3 İyul 2020, 17:56 Rayonlara gediş-gəliş hələ açılmayacaq - Prezidentin köməkçisi  3 İyul 2020, 17:52 İyun ayının 190 manatı bu tarixdə veriləcək - RƏSMİ 3 İyul 2020, 17:49 Şənbə-bazar günü işə gedənlər nə edəcək? - Operativ Qərargahdan AÇIQLAMA 3 İyul 2020, 17:46 SMS icazə sistemində YENİLİK edildi 3 İyul 2020, 17:44 Qazaxıstanda Nazarbayevə heykəl ucaldıldı 3 İyul 2020, 17:40 icazə.e-gov.az portalında yenidən icazə almaq tələb olundu - XƏBƏRDARLIQ 3 İyul 2020, 17:39 Payız ayları üçün vəziyyətə hazır olmalıyıq - TƏBİB sədri 3 İyul 2020, 17:34 “Yas mərasimində 84 nəfər koronavirusa yoluxub” - Ramin Bayramlı 3 İyul 2020, 17:29 Koronavirusa yoluxanların yarıdan çoxu Bakının payına düşür - RƏQƏMLƏR 3 İyul 2020, 17:24 Azərbaycanda koronavirusdan ölüm 2 faiz təşkil edir 3 İyul 2020, 17:21 Koronavirusla bağlı qeyri-müəyyənlik davam edir - Prezidentin köməkçisi  3 İyul 2020, 17:18 Türkiyə Ali məhkəməsi Aya Sofya məbədinin statusunu dəyişməyə icazə verdi 3 İyul 2020, 17:17 Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxdu - 7 nəfər öldü  3 İyul 2020, 17:16 Biz cəmiyyət olaraq, böyük təhlükə ilə üz-üzəyik” - Prezidentin köməkçisi 3 İyul 2020, 17:13 Baş prokuror Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb - FOTO 3 İyul 2020, 17:11 Operativ Qərargah brifinq keçirir - Canlı 3 İyul 2020, 17:05 İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırıldı 3 İyul 2020, 17:00 Baş Nazir sərt karantin rejimi barədə qərarı TƏSDİQLƏDİ 3 İyul 2020, 16:55 Putin Konstitusiyaya dəyişiklikləri TƏSDİQLƏDİ 3 İyul 2020, 16:51 Dövlət Agentliyi 84 obyektdə pozuntu aşkar etdi 3 İyul 2020, 16:50 Bakı-Sumqayıt elektrik qatarlarının hərəkəti dayandırılır 3 İyul 2020, 16:45 Nazir müavini növbəti tədris ili ilə bağlı tapşırıqlarını verdi 3 İyul 2020, 16:39 Prezident Dövlət Vergi Xidmətinin Əsasnaməsini dəyişdirdi - FƏRMAN 3 İyul 2020, 16:33 İyunda pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardım alanların sayı AÇIQLANDI 3 İyul 2020, 16:27 Bugünkü buraxılış imtahanlarının nəticələri 5 günə açıqlanacaq - RƏSMİ 3 İyul 2020, 16:21