Arxiv
15 Avqust 2019, 15:22 | ANALİTİKA
Ermənistanın yeni iqtisadi strategiyası: təklifləri və nəzərə almadığı məsələlər

Ermənistanda Qarabağ klanı başqa sözlə desək, Robert Koçaryan və Serj Sarqsyan hökuməti Dağlıq Qarabağ müharibəsindəki qələbədən və hakimiyyəti legitimləşdirməyin yolu kimi onun üzərində nəzarətdən özlərini daxili təzyiqlərdən qorumaq üçün istifadə edib. Bununla da onlar ölkə daxilində olan iqtisadi-sosial narazılığı aradan qaldıra bilirdilər.

 

2016-cı ilin göstəricilərinə əsasən Ermənistanda əhalinin illik emiqrasiya səviyyəsi 4-5% təşkil edirdi ki, bu da dünya üzrə ən yüksək göstərici idi. O dövrdə orta aylıq təqaüd 90 ABŞ dolları idi və beş yaşına qədər uşaqların 20%-i kifayət qədər qidalana bilmədikləri üçün ciddi sağlamlıq problemləri ilə üzləşmişdi. Bununla yanaşı qanunsuzluğun və korrupsiyanın yüksək səviyyədə olması iqtisadi vəziyyəti daha da pisləşdirirdi.

 

Lakin, 2016-cı ildə baş vermiş “4 günlük müharibə” bu legitimliyi onların əlindən aldı. Azərbaycanın cəbhə boyu bir çox strateji yüksəklikləri işğaldan azad etməsi isə Ermənistanda siyasi sabitliyi pozaraq “məxməri inqilab” üçün əsas yaratdı.

Müharibədən sonra təhlükəsizlik məsələlərinin gündəmə gəlməsi və 2015-ci ildə konstitusiyada edilmiş dəyişiklik əsasında Sarqsyanın yeni sistemdə baş nazir olaraq öz fəaliyyətini davam etdirmək istəyi əhalinin böyük narazılığına səbəb oldu və onlar kütləvi etiraz aksiyalarına başladılar.

 

2017-ci ildə yaxşı iqtisadi artım göstəricilərinə baxmayaraq (ÜDM 7.5% artım) Ermənistanda qeyri-bərabərliyin təsiri nəticəsində işsizlik yüksək səviyyədə, əhalinin qidalanması isə aşağı səviyyədə idi. Siyasi problemlərlə yanaşı bu qeyd edilən sosial-iqtisadi problemlər də “məxməri inqilabın”-ın formalaşmasında böyük rol oynadı.

İqtisadi problemlərin həll edilməsi məqsədilə hakimiyyətə gələn Nikol Paşinyan hökumət “İnqilabi iqtisadi proqram”-ı təqdim etdi. Bu proqram 2019-cu ilin fevral ayında iki müxalifət partiyasının dəstəyi olmadan parlamentdə qəbul edildi.

Proqram əsasında Ermənistan hökuməti yoxsulluğun 2023-cü ilə qədər aradan qaldırılmasını, ixracın 2024-cü ilə qədər ÜDM-in 43-45%-i səviyyəsinə çatdırılmasını və illik iqtisadi artımın ən azı 5% səviyyəsində saxlanılmasını qarşıya məqsəd qoymuşdu.

 

Proqramın əsas istiqamətlərindən biri Ermənistanda şəffaf, ədalətli və azad biznes mühitinin yardılmasıdır. Burada qeyd edilib ki, iqtisadi inkişafın qarşısını alan əsas amillər ədalətsizlik və imtiyazlı sinfin mövcudluğudur.

Eyni zamanda proqram əhali üzərinə böyük məsuliyyət qoyur. Proqramın müzakirəsi zamanı Paşinyan qeyd edib ki, proqramın səmərəliliyi əhalinin çağırışlara necə münasibət göstərməsindən və bu proqramın yaratdığı imkanlardan necə istifadə etməsindən asılı olacaq.

 

Proqramın məqsədi sosial-iqtisadi problemlərin aradan qaldırılması olsa da müxtəlif erməni ekspertlər, siyasətçilər və siyasi fəallar tərəfindən böyük tənqidlə qarşılanıb. Onlar proqramı ən çox dəqiq struktura, mexanizmə və mərhələlərə malik olmamasına və qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün dəqiq vaxtın müəyyən edilməməsinə görə tənqid edirlər. Proqramın parlamentdə müzakirəsi zamanı bir sıra müxalifətçi siyasətçilər qeyd edib ki, abstrakt konsepsiyalar iqtisadi inqilabı formalaşdıra bilməz və əhali siyasi iradə, davamlılıq və bilik tələb edən konkret fəaliyyət gözləyir.

 

Digər əsas tənqid isə hökumətin məsuliyyəti əhalinin üzərinə qoyması ilə bağlıdır. Mübahisəli məsələ ondan ibarətdir ki, iqtisadi proqram uğurlu olmasa, hökumət bunun məsuliyyətini onu seçmək üçün mübarizə aparmış əhalinin üzərinə atır. Uzun illər əhalinin bütün iqtisadi və sosial problemlərinin həllinin dövlətin əlində olması hökumətin yeni çağırışlarına qısa zamanda uyğunlaşmanı mümkünsüz edir. Cəmiyyət və iqtisadi subyektlərin bu məsuliyyəti üzərilərinə götürmələrinə hazırlamaq üçün aralıq addımlar atılmasa, yeni iqtisadi siyasətin uğurlu olacağına inanmaq çətindir.

Yeni iqtisadi proqram eyni zamanda Ermənistanda biznes sahiblərinin qarşılaşdığı bir sıra əsas maneələri nəzərə almır. İlk olaraq onu qeyd etmək lazımdır ki, yüksək vergilər kiçik bizneslərin səmərəli olmasına və böyük bizneslərlə rəqabət aparmasına mane olur.

 

Təsadüfi deyil ki, yeni iqtisadi proqramın müzakirəsi zamanı Paşinyan kölgə iqtisadiyyatının aradan qaldırılması üçün biznes sahiblərinə nağd əməliyyatlar zamanı qəbzləri çap etmələri üçün müraciət etmişdi. Əgər əməliyyatlar zamanı bütün qəbzlər çap edilərsə, bu kiçik bizneslərin gəlirlərinin kəskin şəkildə azalmasına səbəb olacaq və biznes mühitinə zərər vuracaq. Qəbzlərin çap edilməsi üçün müraciətdən əvvəl vergilərin azaldılması vacibdir.

Proqramda biznes sahibləri üçün nəzərə alınmayan digər maneə isə bankların kredit faizlərinin yüksək olmasıdır. Bu isə biznes subyektlərinin maliyyələşdirilməsində əhəmiyyətli rola malikdir. Kiçik bizneslər üçün zəruri maliyyə vəsaitlərinə çıxışı təmin etmədən səmərəli biznes mühitindən danışmaq mənasızdır.

Onu da nəzərə alsaq ki, Ermənistanda böyük bizneslər əsasən oliqarxlara məxsusdur və onlar siyasi güclərindən istifadə edərək vergilərdən yayına bilirlər və yüksək faizli kreditləri ödəmək iqtidarındadırlar, o zaman yeni iqtisadi proqramın daha çox onlar üçün faydalı olduğunu görürük. Bununla yanaşı ölkədə əhəmiyyətli siyasi problemlərin mövcudluğu şəraitində hökumətin ən azı qısa zamanda böyük biznes sahiblərinə qarşı gedəcəyini düşünmək real deyil.

 

Buna görə də yeni iqtisadi modeldə müəyyən edilmiş istiqamətlər və hədəflər şişirdilib və daha çox qısa müddət ərzində siyasi sabitliyin qorunmasına xidmət edir. Əgər orta müddətli dövrdə proqram qarşıya qoyulan məqsədlərə çatmazsa, o zaman bu sosial-iqtisadi narazılığı artırmaqla hökumətə qarşı təzyiqləri artıracaq. İqtisadi problemlərin “məxməri inqilabın”ın hərəkətverici qüvvələrindən biri olması onu deməyə əsas verir ki, proqramın səmərəsizliyi yeni hökumətin öz siyasi hakimiyyətini qorumasında əhəmiyyətli rola malik olacaq.

 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Orxan Bağırov

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Niyazi Bayramov sakinlərin müraciətlərini qeydiyyata götürdü 24 İyun 2021, 15:32 İnsanları işə düzlətmək adı ilə aldanan şirkət direktoru SAXLANILDI 24 İyun 2021, 15:27 Ermənistan PUA istehsal edəcək 24 İyun 2021, 15:23 Yeni dalğanın qarşısını almaq üçün peyvənd olunmalıyıq - Deputat 24 İyun 2021, 15:17 Qırğızıstan Azərbaycana yeni səfir təyin etdi 24 İyun 2021, 15:12 Yas mərasimlərinin təşkilinə də icazə verilsin - TƏKLİF 24 İyun 2021, 15:06 Suqovuşanı azad edən 10 min 647 hərbçiyə medal verildi - SƏRƏNCAM 24 İyun 2021, 15:00 Deputat 3 kənddə seçicilərini qəbul edib - FOTOLAR 24 İyun 2021, 14:54 Çalışdığı şirkətin 15 mindən çox pulunu mənimsədi 24 İyun 2021, 14:48 Serbiya NATO-ya üzv olmayacaq 24 İyun 2021, 14:42 “Daşkəsən Dəmir Filiz” MMC bu universitetlə əməkdaşlıq edəcək 24 İyun 2021, 14:36 Bir qrup hərbçi “Laçının azad olunmasına görə” medalı ilə təltif edildi 24 İyun 2021, 14:30 Bugünədək 578250 hektar sahədə biçin aparılıb - FOTOLAR 24 İyun 2021, 14:25 Kəlbəcərin azadlığına görə təltif edilənlər - SİYAHI 24 İyun 2021, 14:20 Bakıda daha bir marşrut xətti karta keçdi 24 İyun 2021, 14:14 Prezident və xanımı “Gülüstan” SARAYINDA 24 İyun 2021, 14:08 Bir qrup hərbçi “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edildi - SİYAHI 24 İyun 2021, 14:02 “BakuBus”un avtobusu qəzaya düşdü - FOTOYENİLƏNİR 24 İyun 2021, 13:56 Lavrov Azərbaycanla Ermənistan arasında etimaddan DANIŞDI 24 İyun 2021, 13:50 Ermənistanda seçkilər, Bakı ilə Moskvanın məsləhətləşmələri - ŞƏRH                     24 İyun 2021, 13:45 Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun iclası keçirilib 24 İyun 2021, 13:40 Azad olunan yerlərə ilk növbədə bu məcburi köçkünlər QAYTARILACAQ 24 İyun 2021, 13:34 Təhsil Nazirliyindən məzun günü ilə bağlı QƏRAR 24 İyun 2021, 13:28 Maliyyə Nazirliyində yeni təyinatlar 24 İyun 2021, 13:22 Şuşa fatehləri TƏLTİF OLUNDU 24 İyun 2021, 13:16 SOCAR 25 milyon dollarlıq müqavilə imzaladı 24 İyun 2021, 13:10 Ukraynada yaşayan azərbaycanlı gənclərlə görüş keçirilib 24 İyun 2021, 13:04 “Bu qərarlarla istənilən toy sahibini cərimələmək mümkündür” - Deputatdan ETİRAZ               24 İyun 2021, 12:58 Sabahkı hava əksər insanlar üçün əlverişsiz olacaq - 43 dərəcə isti 24 İyun 2021, 12:52 Koronavirusa yoluxanlara da vaksin vurula bilər 24 İyun 2021, 12:46 COVİD-19 vaksini sonsuzluğa səbəb olur? - Rəsmi cavab 24 İyun 2021, 12:40 “Vaksin olunmuş insanlarda ağrı bütün peyvəndlər üçün keçərlidir” - Ekspert 24 İyun 2021, 12:34 Ermənilər nəyə əsasən “Virk-Vrastan” anlayışının mənasını Gürcüstan kimi qələmə verir?  24 İyun 2021, 12:28 Ölümündən sönra təltif olunan Şəhid polkovnik-leytenantlar - SİYAHI 24 İyun 2021, 12:22 Sabiq prezident vəfat etdi 24 İyun 2021, 12:16
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?