Modern.az

4 ayda 500 milyon arı ölüb - MÜƏMMA

4 ayda 500 milyon arı ölüb - MÜƏMMA

21 Avqust 2019, 16:27

Braziliyanın 4 əyalətində son 4 ayda 500 milyon arı ölüb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, arı itkisinin 300 milyona qədəri Braziliyanın Rio Grande do Sul əyalətində qeydə alınıb. Ekspertlər arıların belə kütləvi şəkildə məhv olmasına səbəb kimi kimyəvi maddələrin istifadəsini göstərirlər.  Belə ki, tərkibində neonicotinoid və fiproni istifadə edilən aqro-kimyəvi maddələr arıların ölümünə ciddi şəkildə təsir edir. Bu maddələrin Avropa Birliyi aprel ayında istifadəsinə qadağa qoysa da Braziliya bunun əksinə olaraq həmin qadağanı aradan qaldırıb.

 

Bəs dünyada bu sahədə vəziyyət necədir ?

Dünya miqyasında da arılarla bağlı vəziyyət heç də ürəkaçan deyil. Belə ki, Amerika Birləmiş Ştatlarında keçən il arı istehsalçıları 10 arı koloniyasından 4-ü itirib. Bu ABŞ-dakı arı istehsalçıları üçün indiyədək qeydə alınan ən ağır nəticə idi.  Rusiyanın da 20-dən çox bölgəsində arılar toplu şəkildə məhv olub.  Ekspertlər bu hadisəsən sonra bildirir ki, bal istehsalı yüzdə iyirmi faiz aşağı düşəcək. Kanada , Argentina, Meksika eləcə də Türkiyədə də  son 18 ay ərzində arıların kütləvi şəkildə ölməsi müşahidə olunub.

Dünya Vəhşi Təbiəti Mühafizə Fondu (WWF) problemdən çıxış yolunu istifadə edilməyən ərazilərin arılar üçün sığınacaqlara ççevrilməsində görür.  Fond bildirir ki, şəhərlərin sayı artdıqca yaşıllıqları çoxaltmaq lazımdır ki, arılar üçün yaşam şəraiti olsun.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir