Arxiv
22 Avqust 2019, 10:25 | AKTUAL
Yardımlı dağlarında YANĞIN başladı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yardımlıda baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, avqustun 21-də gecə saatlarında Yardımlı rayonunun Ləzir kəndi yaxınlığında çətin keçilən yüksək dağlıq meşə ərazisində baş verən yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin əməkdaşlarının və yerli əhalinin səyləri nəticəsində əsasən əl əməyindən istifadə olunmaqla lokallaşdırılıb, ətrafa yayılmasının qarşısı alınıb. Yanğının əhatə etdiyi ərazi hündür və sərt yamaclıqdan ibarət olduğundan yanğınsöndürən maşınların əraziyə qalxması mümkün olmayıb. Yanğının söndürülməsi üçün əraziyə FHN-nin aviasiya dəstəsinin helikopteri də cəlb olunub. Hazırda tüstülənən sahələrin tam söndürülməsi istiqamətində işlər davam etdirilir.

Nazir müavini Firdovsi Əliyev bildirib ki, yanğınların böyük əksəriyyəti insanların səhlənkarlığı, odla ehtiyatsız davranışı səbəbindən, bəzi hallarda isə qəsdən törədilir: “Biz belə halların baş verməməsi, günahkar şəxslərin qanun qarşısında cavab verməsi üçün müvafiq qurumlarla birlikdə əlimizdən gələni edəcəyik”.

 

Nazir müavini qeyd edib ki, kimlərinsə səhlənkarlığı, etinasızlığı, odla ehtiyatsız davranması nəticəsində iki gündür ki, Hirkan milli parkının və Yardımlı rayonunun yüksək dağlıq meşə ərazilərində isti havada gecə-gündüz alovun qarşısına çıxıb əl əməyindən və mümkün olan bütün vasitələrdən istifadə etməklə yanğınların söndürülməsinə çalışılır: “Amma biz meşələrimizin qədrini bilməyənlərə örnək olmaq üçün yanmış sahələrə payız mövsümündə ərazilərə uyğun meşəcinsli ağaclar əkəcəyik, hətta çalışacağıq ki, qonşu kəndlərin sakinlərini də ağac əkilməsinə cəlb edək. Bəlkə bundan sonra onlar əkdikləri ağacları, meşələri bizimlə birgə qorumağa başlayarlar. ETSN olaraq yanğının söndürülməsində yaxından iştirak edən hər bir sakinə, hər bir vətəndaşa təşəkkür edirik. Havaların isti və quraq keçməsi ilə əlaqədar hər kəsi meşə sahələrinə, təbiətə münasibətdə həssas olmağa çağırırıq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Moskvada COVID-19 qurbanlarının sayı 2 477 nəfərə çatıb 31 May 2020, 00:59 Bu qadağalar iyunun 15-dək qüvvədə qalacaq 31 May 2020, 00:51 Bakıda 21 yaşlı gənc bıçaqlandı 31 May 2020, 00:48 Açıq havada idman yarışları keçirməyə icazə verildi 31 May 2020, 00:38 Dövlət qurumları tam heyətlə fəaliyyətə başlayır 31 May 2020, 00:32 İri ticarət mərkəzləri və "Mall"lar açılır 31 May 2020, 00:17 Restoran, kafe və çay evlərinin iş saatı 22:00-dək UZADILDI 31 May 2020, 00:06 Bu gündən bəzi məhdudiyyətlər ləğv edilir - RƏSMİ 31 May 2020, 00:01 İlin kosmik hadisəsi: “SpaceX” ilk dəfə fəzaya insan göndərdi - VİDEO 30 May 2020, 23:47 Nyu-Yorkda 200-dən artıq etirazçı saxlanılıb 30 May 2020, 23:39 Azərbaycan-İran sərhədində yanğın 30 May 2020, 23:26 Daha 710 “Taliban” üzvü azad edildi 30 May 2020, 23:13 Xırdalanda yaşayış binasında yanğın oldu 30 May 2020, 23:00 Rusiyada terrorçular məhv edildi 30 May 2020, 22:42 Bu tələbələr ölkəyə buraxılmayacaq - QADAĞA 30 May 2020, 22:28 Liderlər Honkonq və Liviyadakı vəziyyəti müzakirə etdi 30 May 2020, 22:12 Türkiyədə 126 984 nəfər koronavirusdan sağalıb 30 May 2020, 22:00 Daha bir ölkədə maska taxmaq məcburi oldu 30 May 2020, 21:46 Son sutkada daha 215 nəfər koronavirusdan öldü 30 May 2020, 21:31 Xüsusi karantin rejimi daha bir ay uzadılıb 30 May 2020, 21:17 Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı AÇIQLANDI - FOTO 30 May 2020, 21:16 Prezident ötən il üçün gəlirlərini açıqladı 30 May 2020, 21:03 İtaliyada sutkalıq koronavirus qurbanları yenidən artdı 30 May 2020, 20:54 Azyaşlı avtomobil radiatoru üçün olan mayeni içərək zəhərlənib 30 May 2020, 20:43 Ermənistanda koronavirusa yoluxanların sayı 10 minə çatır 30 May 2020, 20:29 Türkiyədə daha bir şəhid verdi 30 May 2020, 20:16 Ağ Evin qarşısında etirazlar başlayıb 30 May 2020, 20:01 Aydınlarımız Türk millətinə edilən haqsızlığa qarşı birlikdə mübarizə aparmalıdır - Qənirə Paşayeva 30 May 2020, 19:58 Koronavirusun peyvəndi nə zaman hazır olacaq? 30 May 2020, 19:30 Bu saytda işləyən jurnalistləri robotlarla əvəzləyəcək 30 May 2020, 19:20 "Facebook"da daha bir yenilik 30 May 2020, 19:13 Avropa İttifaqı ÜST-lə bağlı ABŞ-a çağırış etdi 30 May 2020, 19:00 Filippində 6 baladək zəlzələ oldu 30 May 2020, 18:50 Yaşayış binasında təhlükənin qarşısı alındı 30 May 2020, 18:42 Şirvanda ağır qəza - Ölən var   30 May 2020, 18:30