Modern.az

“Köçkünlərin şəraitinin yaxşılaşdırılması dövlətin prioritet məsələlərindəndir” – Mehriban Əliyeva

“Köçkünlərin şəraitinin yaxşılaşdırılması dövlətin prioritet məsələlərindəndir” – Mehriban Əliyeva

26 Avqust 2019, 21:26

"Uzun illərdir ki, məcburi köçkünlərin və qaçqınların yaşayış şəraitinin yaxşılaşdırılması dövlətimizin ən prioritet məsələlərindən biridir". 

Modern.az  xəbər verir ki, bu sözləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva məcburi köçkünlər qarşısında çıxışı zamanı bildirib.

Mehriban Əliyeva  ad günündə məcburi köçkünlərlə  bərabər, doğma insanların əhatəsində olmağın onun üçün xoş olduğunu qeyd edib:

"Əminəm ki, sizin hər birinizin qəlbində yaşayan arzu hər bir azərbaycanlının ən müqəddəs arzusudur - torpaqlarımızın işğaldan azad olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və Qarabağ torpağında Azərbaycanın üçrəngli bayrağının dalğalanması. Mən sizin hər birinizə dərin hörmətimi, minnətdarlığımı və məhəbbətimi çatdırıram. Bu gün sizə cənab Prezidentin böyük hörmətini və məhəbbətini çatdırıram".

Birinci vitse-prezidenti qeyd edib ki, məcburi köçkünlərin və qaçqınların yaşayış şəraitinin yaxşılaşdırılmasıistiqamətində çox işlər görülüb: "Məcburi köçkünlərin, bizim əziz soydaşlarımızın yaşayış şəraitinin yaxşılaşdırılması, onların işlə təmin olunması, təhsil, tibb və digər xidmətlərlə təmin edilməsi Azərbaycan dövlətinin borcudur. Azərbaycan dövləti bu yolda çox böyük nailiyyətlər əldə edib".

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər