Arxiv
4 Sentyabr 2019, 17:06 | İQTİSADİYYAT
Tramvay Bakıya dönə bilər? - Ekspert bir şərtlə mümkün sayır...

Dünyanın əksər ölkələrində tramvaylara rast gəlmək olur. Bu ictimai nəqliyyat vasitəsi həm rahat, həm də ekoloji baxımdan təmizdir. Bakıda da vaxtilə tramvaylar fasiləsiz olaraq işləyirdi. Ancaq SSRİ dağılandan sonra Bakı küçələrində tramvayların hərəkəti getdikcə məhdudlaşdırıldı. 2000-ci ildən başlayaraq Bakının mərkəzi küçələrindən, daha sonra kənar yollardakı tramvay xətlərini sökdülər.  “Bakı Tramvay Parkı” isə 2003-cü ilin noyabr ayında öz fəaliyyətini təmamilə dayandırdı.

Son zamanlar belə xəbərlər yayılır  ki, tramvaylar tezliklə yenidən Bakı küçələrində hərəkət edəcək. Bu, nə dərəcədə həqiqətdir? Bakıda tramvay xətlərini bərpa etmək mükündürmü?

 
Nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov Modern.az-a deyib ki, Bakı şəhəri üçün çox vacibdir, ancaq:

“Müasir dünyada, inkişaf etmiş ölkələrdə deyərdim ki, ictimai nəqliyyatın ən gözəl növlərindən biri də tramvaydır. Həm ekoloji cəhətdən sərfəlidir, yəni elektrik enerjisi ilə işləyir, havanı çirkləndirmir, həm də iri tutumlu olur, yaxşı şəbəkəsi olarsa, sərnişindaşımada böyük rol oynayır. Bütün bu ehtimalları götürəndə düşünürəm ki, Bakı  şəhəri üçün çox vacibdir, hətta ehtiyac var. “Ancaq necə olacaq, Bakı küçələri tramvayın yenidən bərpa olunmasına hazırdırmı” sualına cavab vermək bir az çətinliklər yaradır”.

 
Ekspert Bakı küçələrinin tramvay üçün uyğun olduğunu bildirib:


“Əgər çəkə bilsək, niyə də olmasın? Dünyanın nəhəng şəhərlərinə səyahət edib görərsiniz ki, cəmi iki zolaqdan ibarət olan küçədə də tramvay xətti çəkiblər. Hətta yol hərəkəti qaydalarını da uyğunlaşdırıblar. Məsələn, baxırsan ki, tramvay gedir, arxasınca da adi avtomobil hərəkət edir. Nəqliyyat vasitəsini idarə edən sürücü artıq bilir ki, tramvaya mane olmaq olmaz. Bütün bunları Bakı küçələrində tətbiq  etmək olar, ancaq işin texniki tərəfi də var. Hansı ki, tramvay xətti çəkilən küçəni təzədən gərək qazasan, dəmir yol xətti çəkilməlidir. Bildiyiniz kimi, tramvay elektrik enerjisi ilə işləyir, burda elektrik verilişi üçün xəttlər çəkilməlidir. Bütün bunlara isə külli miqdarda vəsait lazımdır. Həmin küçələrin tikinti vaxtı bağlanması, bilirsiniz nə qədər tıxaca, problemlərə, fəsadlara gətirib çıxarar?”.


Ərşad Hüseynov tək tramvay xəttini çəkməklə işlərin bitmədiyini də vurğulayıb:

“Tutaq ki, bu problemi həll edə bildik, bəs o maliyyə məsələsini həll edə biləcəyikmi? Gərək müasir tramvaylar alınsın, onların da birinin qiyməti milyon manata baha başa gəlir. Böyük, hətta deyərdim ki, şəhərin mərkəzində hektarlarla ərazini əhatə edən tramvay parkı yaradılmalıdır. Orda infrastruktur qurulmalıdır, işçi personalı olmalıdır və s.  Bu kimi problemləri həll edə bilsək, yəqin ki, əfsanəvi tramvaylar geri dönə bilər. Düşünürəm ki, şəhərin yeni küçələrində tramvay xəttini çəkmək olar və gözləyirik. Yəqin ki, yaxın vaxtlarda bununla bağlı ölkə əhalisinə xəbər verilər”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Salyanda qoçun vurduğu 63 yaşlı qadın xəstəxanalıq oldu 11 Noyabr 2019, 23:08 Bəşər Əsədin Moskvada 40 milyon dollarlıq daşınmaz əmlakı 11 Noyabr 2019, 22:46 Qənirə Paşayeva Şimali Makedoniyada Qarabadan danışdı 11 Noyabr 2019, 22:27 250 kiloqramlıq bomba: 13 min insan təxliyə edildi 11 Noyabr 2019, 22:11 Bakıda avtomobil gənc qadını vurdu 11 Noyabr 2019, 21:47 ABŞ hərbçilərinin Suriyada müəmmalı yer dəyişimi - VİDEO 11 Noyabr 2019, 21:34 Putin Merkellə Ukrayna üzərindən qaz nəqlini müzakirə etdi 11 Noyabr 2019, 21:17 Fransada güclü zəlzələ oldu: xəsarət alanlar var 11 Noyabr 2019, 20:58 Prezident və birinci xanım ağacəkmə aksiyasında - FOTOLAR, YENİLƏNİB 11 Noyabr 2019, 20:43 Mübariz Mənsimov Araz Əlizadəni "siyasi təlxək" adlandırdı 11 Noyabr 2019, 20:30 Türkiyə əsir götürdüyü İŞİD yaraqlılarını deportasiya edir 11 Noyabr 2019, 20:16 “Ermənistan getdikcə daha çox absurd ölkəsinə çevrilir” - Oleq Kuznetsov 11 Noyabr 2019, 20:02 Goranboyda avtomobil traktorla toqquşub, xəsarət alan var 11 Noyabr 2019, 18:43 Diaspor təşkilatından Bayraq gününə həsr olunmuş VİDEOÇARX 11 Noyabr 2019, 18:00 Azərbaycanın Xarici İşlər Nazirliyi Lavrova CAVAB VERDİ 11 Noyabr 2019, 17:59 Sabirabadda qoyun oğruları tutuldu 11 Noyabr 2019, 17:54 Ankara məktəbliləri Azərbaycan bayrağı hazırladılar - FOTOLAR 11 Noyabr 2019, 17:32 Bakıda 4 otaqlı ev yanıb külə döndü  11 Noyabr 2019, 17:31 Yaponların batırdığı ABŞ sualtı qayığı 75 ildən sonra tapıldı 11 Noyabr 2019, 17:25 MSK bələdiyyə seçkilərinə qatılacaq daha bir partiyanı qeydə aldı 11 Noyabr 2019, 17:13 Bərdədə iki avtomobil toqquşdu - xəsarət alanlar var - FOTO 11 Noyabr 2019, 16:57 “Azəriqaz” rəhbəri narazı sahibkarlarla görüşə getdi - FOTOLAR 11 Noyabr 2019, 16:39 Sabirabadda maskalı şəxslər qadınlara hücum etdi 11 Noyabr 2019, 16:24 Rusiya baş nazirinin oğlu erməni qızla evlənir - FOTO 11 Noyabr 2019, 16:05 Orta məktəblərdə 5 gün dərs olmayacaq  11 Noyabr 2019, 15:18 Lavrov ermənilərin xeyrinə DANIŞDI 11 Noyabr 2019, 15:11 Oqtay Gülalıyevdən nə xəbər var? - AÇIQLAMA 11 Noyabr 2019, 15:03 Ordumuz yeni növ silahlarla təlimə başlayır 11 Noyabr 2019, 14:47 Bakıda evdən külli miqdarda pul və qızıl-zinət oğurlandı 11 Noyabr 2019, 14:37 İrandakı zəlzələ Naxçıvanda da hiss olundu 11 Noyabr 2019, 14:20 Göyçayda ev yandı 11 Noyabr 2019, 14:05 Sabah 2020-ci ilin büdcə müzakirəsi başlayır 11 Noyabr 2019, 13:50 Orta məktəblərdə çalışanların diaqnostik imtahanı keçiriləcək 11 Noyabr 2019, 13:36 Gəncədə QƏTL - Baş Prokurorluq və DİN: “Şübhəli şəxs saxlanılıb” 11 Noyabr 2019, 13:12 Bayram günləri yol qəzalarında 9 nəfər ölüb, 7 nəfər yaralanıb 11 Noyabr 2019, 12:56