Arxiv
10 Sentyabr 2019, 15:51 | ANALİTİKA
Həmsədrlər yenə riyakarlıq etdilər

“ATƏT-in Minsk qrupunin həmsədrləri sentyabrın 8-də Dağlıq Qarabağda “yerli seçkilər”in keçirilməsi ilə əlaqədar bəyanat yayıblar. Bəyanatda da vurğulandığı kimi, “həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli kontekstində Dağlıq Qarabağ əhalisinin öz gələcəyi barədə qərar qəbul etmək rolunu tanıyır”. Yəni beynəlxalq vasitəçilər demək istəyirlər ki, axı ermənilər özlərini necəsə idarə etməlidirlər və biz buna normal yanaşırıq”.

 

Modern.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. O qeyd edib ki, işğal altındakı torpaqlarda qanunsuz olsa da, hansısa “idarəetmə” forması qəbul edilsə belə, həmsədrlərin bəyanatında bölgədə yaşamalı olan azərbaycanlılardan söhbət açılmır:

“Axı etnik təmizlik aparıldıqdan sonra bölgədə həyata keçirilən istənilən “seçki” yalnız bir etnosun maraqlarına cavab verir və verəcək. Həmsədrlərin bəyanatında bu barədə bir kəlmə də yoxdur. Əslində həmsədrlər məsələyə ədalətli yanaşsaydılar, heç olmazsa bir cümlə yazmalıydılar ki, “gələcəkdə iki icmanın birgə keçirəcəyi seçkilər bölgə əhalisinin tamamının maraqlarını təmin edəcək”.

İkincisi, həmsədrlər bu bəyanatlarında Azərbaycanı iki cümlə ilə sakitləşdirməyə çalışıblar:

“Ancaq Dağlıq Qarabağ nə ATƏT-in Minsk qrupu ölkələri, nə də digər ölkələr tərəfindən müstəqil və suveren ölkə kimi tanınır. Bu “seçkilərin” nəticələrinə də Dağlıq Qarabağın hüquqi statusuna təsir edən amil kimi baxılmamalı, heç bir halda bu nəticələr Dağlıq Qarabağın yekun statusuna və münaqişənin davamlı və sülh yolu ilə həlli istiqamətinə yönəlmiş hazırkı danışıqların nəticələrinə xələl gətirməməlidir”.

Yaxşı cümlələrdir, ancaq nə faydası. Gələn il separatçılar “prezident” seçkisi də keçirəcək və həmsədrlər bu bəyanatı olduğu kimi təkrarlayacaqlar, yeganə fərq “yerli seçkilər” ifadəsinin “prezident seçkisi” ifadəsiylə əvəzlənməsi olacaq. Münaqişənin həlli yerindən tərpənmədiyi kimi təkrarlanan bəyanatlarda da yeni heç nə yoxdur”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Heç zaman dünya hegemonluğuna iddia etməyəcəyik” – Çinin müdafiə naziri 23 İyun 2021, 11:59 Avropa Şurasının Baş katibi Ermənistandan mina xəritələrini TƏLƏB ETDİ 23 İyun 2021, 11:47 Putin-Bayden görüşü MDB ölkələrində nəyi dəyişəcək... 23 İyun 2021, 11:47 Problemli kreditlərinin həcmi artıb 23 İyun 2021, 11:42 Gec olmadan peyvənd olunmalıyıq - Naqif Həmzəyev 23 İyun 2021, 11:40 Gənclərin inkluziv qanunvericiliyin təmin olunmasında rolu 23 İyun 2021, 11:36 “Nar” abunəçilərinin nəzərinə! 23 İyun 2021, 11:33 Daha bir şəhid övladı doğuldu - Vətən müharibəsindən sonra 100-cü uşaq - FOTO 23 İyun 2021, 11:28 Şahin Mustafayev Ağdamda iclas keçirir - FOTO 23 İyun 2021, 11:22 Space TV-nin Qarabağ müxbirləri: “Yaxınlığımıza düşən mərmilər son reportajımız ola bilərdi” - MÜSAHİBƏ+VİDEO 23 İyun 2021, 11:16 Putindən növbəti QARABAĞ AÇIQLAMASI: “Rusiyanın həlledici səyləri...” 23 İyun 2021, 11:10 Bakının sənədsiz evlər PROBLEMİ - Bu evlərə sənəd verilməyəcək 23 İyun 2021, 11:04 Zaqatala sakininin evindən civə tapıldı - FOTO 23 İyun 2021, 11:00 45 mindən artıq fermerə subsidiya ödənilib 23 İyun 2021, 10:56 “Bu məxluqdan xilas olmalıyıq” – Ermənistan müxalifəti 23 İyun 2021, 10:51 Əsirlərimizə işgəncə verən erməni hərbçilərinin məhkəməsi keçirilir 23 İyun 2021, 10:45 Kürdəmirdə qətl törədən şəxs tutuldu 23 İyun 2021, 10:39 UNEC-in növbəti beynəlxalq konfransı 23 İyun 2021, 10:33 ÜST-dən koronavirusun ən təhlükəli ştamı ilə bağlı XƏBƏRDARLIQ 23 İyun 2021, 10:27 Azərbaycan nefti 76 dollara yaxınlaşır 23 İyun 2021, 10:22 Dövlət qulluqçusu ona göstərilmiş etimadı düzgün dəyərləndirməlidir 23 İyun 2021, 10:17 Nazirlik “BİZON energy” içkisi ilə bağlı araşdırmaya başladı 23 İyun 2021, 10:11 Ötən il dövlət idarələrində vəzifəyə təyin edilənlərin sayı AÇIQLANDI 23 İyun 2021, 10:05 Bu şəxslər Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçilmək istəyir - SİYAHI 23 İyun 2021, 09:59 Azərbaycan kommunistləri SSRİ-yə hücumun 80-ci ildönümünü necə qeyd etdi? 23 İyun 2021, 09:54 Kürdəmirdə tanışlarını bıçaqlayan şəxslər HƏBS EDİLDİ 23 İyun 2021, 09:48 Azərbaycanda məmurların 1,8 faizinin yaşı 65 yaşdan YUXARIDIR 23 İyun 2021, 09:42 Qubanın Cıdır düzündə orijinal... - FOTOLAR 23 İyun 2021, 09:36 Bu gün ölkədə 41 dərəcə isti olacaq 23 İyun 2021, 09:32 Ünvanlı sosial yardım alanlara şad xəbər 23 İyun 2021, 09:30 Bu sahələrdə çalışanların iş prosesi dayandırılmalıdır - VİDEO 23 İyun 2021, 09:24 Mediasiya prosesinə dair tələblər dəyişir 23 İyun 2021, 09:18 AVRO-2020-də bu gün 4 görüş keçiriləcək - qrup oyunları yekunlaşır 23 İyun 2021, 09:12 Polis vətəndaşa qarşı zor tətbiq edib? - Rəsmi cavab 23 İyun 2021, 09:06 Manatın xarici valyutalara qarşı MƏZƏNNƏSİ 23 İyun 2021, 09:00
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?