Arxiv
12 Sentyabr 2019, 12:49 | AKTUAL
Prezident “Xətai” stansiyasında - FOTOLAR - YENİLƏNİB

Bakı Metropoliteninin “Xətai” stansiyası əsaslı təmir və yenidənqurmadan sonra sentyabrın 12-də istifadəyə verilib.

Modern.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev stansiyada görülən işlərlə tanış olub.

 

"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.

 

Bildirilib ki, “Xətai” stansiyası 1968-ci ildə istismara verilib. Stansiyanın 50 ildən artıq istismar müddətində köhnələn, müasir dövrün tələblərinə cavab verməyən bütün infrastrukturunun yenilənməsi məqsədilə təmir mərhələlərlə aparılıb. 2014-cü ildə birinci mərhələdə stansiyanın platformasının orta zalı, stansiya yolu və "Xətai-Cəfər Cabbarlı" mənzilinin müvafiq tunelində əsaslı təmir və yenidənqurma tədbirlərinə başlanılıb. Bu dəfə aparılan yenidənqurmadan sonra "Xətai" stansiyası əsaslı yenilikləri ilə sərnişinlərin xidmətində olacaq. Stansiyanın infraskturkturu və görkəmi tamamilə yenilənib. Burada funksionallığı ilə seçilən 4 yeni müasir eskalator quraşdırılıb. Bakı Metropoliteninin ən dərin stansiyasında sərnişinlərin enib-qalxma təhlükəsizliyinin, təxliyə imkanlarının və rahatlığının artırılması, xidmət səviyyəsinin daha da yüksəldilməsinə nail olunub.


Qeyd edilib ki, Bakı Metropolitenində müasir tipli qatarların sayı 11-ə çatdırılıb. Rusiyanın "Transmaşholdinq" Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan "Metrovaqonmaş” ASC 2019-cu ildə Bakı metropoliteni üçün 30 vaqondan ibarət 6 qatar tərkibi istehsal edib. Dörd qatar tərkibi iyul və avqust aylarının əvvəllərində xəttə buraxılıb. Dördüncü nəslə mənsub olan bu qatarlar ən müasir tələblər səviyyəsində istehsal edilib. Qatarların maksimal sürəti saatda 90 kilometrdir. Yeni vaqonların qapıları daha enlidir. Bu, sərnişinlərin vaqonlara daha rahat və sürətlə giriş-çıxışına imkan yaradır. Qatarlarda vaqonlararası birbaşa keçidin olması vaqonun sərnişin tutumunu 15 faiz artırır, sərnişinlərin qatar boyunca bərabər paylanmasını, yerləşmə sahəsini genişləndirməklə daşımanın rahatlığını və təhlükəsizliyini təmin edir. Vaqonlarda ayaq üstə dayanan sərnişinlər üçün çoxfunksiyalı zonalar, iri yüklər, uşaq arabaları üçün sahələr də ayrılıb, tutacaqlar xüsusi olaraq sərnişin sıxlığı nəzərə alınmaqla layihələndirilib. Qatarın baş vaqonu 38, orta vaqonu isə 44 oturacaqlıdır. Ümumilikdə, isə baş vaqonda 315, orta vaqonlarda isə 329 sərnişin mənzil başına çatdırılır. Vaqonlarda təzyiqin tənzimlənməsi və ultrabənövşəyi lampalarla havanın bioloji təmizlənməsi, həmçinin daxili və xarici videomüşahidə sistemləri də var. İşıqdiodlu cihazların tətbiqi isə elektrik enerjisi sərfiyyatını 50 faiz azaldır, onların istismar müddətini 75 faiz artırır. Vaqonların istismar müddəti 30 ildir.


Stansiyada aparılan əsaslı təmir və yenidənqurma zamanı giriş vestibülü və platformanın orta zalının divarında Şah İsmayıl Xətai və onun yaradıcılığına həsr olunmuş bədii-memarlıq kompozisiyaları da bərpa olunub. Eskalatorların maşın zalı da əsaslı təmir edilib, stansiyanın digər infrastrukturunun yenilənməsi tədbirləri görülüb. Təmir dövründə platforma, platformaaltı sahə, stansiya yolu və yol mənzillərində hələ 2014-cü ildə başlanmış əsaslı işlər də başa çatdırılıb, tunel yenidən təftiş olunaraq, bütün dəmir beton konstruksiyalar gücləndirilib və ya yenidən qurulub. Bakı metropoliteni tarixində ilk dəfə stansiya yolu ən müasir dəmir-beton bloklardan qurulub. Bu məqsədlə köhnə yol yatağı tamamilə sökülüb, dəmir-beton blokların quraşdırılması üçün yenidən layihələndirilib. Stansiyada bütün kommunikasiya xətlərinin, avadanlıqların yenilənməsi ilə bağlı mühüm işlər görülüb, hərəkətin təşkili, idarə olunması və tənzimlənməsində əhəmiyyət kəsb edən mərkəzləşmə məntəqəsi və stansiya növbətçisinin otaqları yenidən qurulub, eskalatorların nəzarətçi köşkü videogörüntülərlə təmin edilib. Stansiyada İKT-nin imkanlarından geniş istifadə olunacaq.


Dövlət başçısına Bakı Metropoliteninin əsaslı şəkildə yenidən qurulan Təlim-Tədris Mərkəzi barədə də məlumat verilib.


Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsdiq olunan Dövlət Proqramına əsasən Bakı Metropoliteni stansiyalarının yenidən qurulması, infrastrukturun müasir standartların tələbləri səviyyəsinə çatdırılması işləri planlı şəkildə aparılır. Bütün bunlar isə paytaxtın nəqliyyat sisteminin mühüm elementi olan Bakı metrosunun sürətlə inkişaf etməsinə böyük töhfə verir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Trampdan İrana növbəti hədə 22 Oktyabr 2019, 00:51 Putin Makronla Suriyadakı vəziyyəti müzakirə etdi 22 Oktyabr 2019, 00:30 Röya “Xalq artisti” fəxri adı almasından DANIŞDI 22 Oktyabr 2019, 00:14 Göygöldə ağır qəza: yaralılar var 21 Oktyabr 2019, 23:59 Jurnalist Putinin müşaviri oldu 21 Oktyabr 2019, 23:42 Heydər Əliyev Fondu azərbaycanlıları sevindirdi - FOTO 21 Oktyabr 2019, 23:27 Soçidə qazaxlarla ermənilər arasında dava - VİDEO 21 Oktyabr 2019, 23:15 Prezidentdən Universitetə yubiley təbriki 21 Oktyabr 2019, 22:57 Məcburi köçkün uşaqlar Beynəlxalq Qızlar Gününü qeyd etdi 21 Oktyabr 2019, 22:42 "Traktor" qələbə qazanaraq liderlə xallarını bərabərləşdirdi 21 Oktyabr 2019, 22:24 Pakistan prezidenti bu həftə Bakıya gələcək 21 Oktyabr 2019, 22:06 Terrorçular fəhlələri atəşə tutdu 21 Oktyabr 2019, 21:53 Prezident çağırış etdi - Digər pensiyaçı məmurlardan kimlər istefa verəcək?.. 21 Oktyabr 2019, 21:44 90 sahibkarlıq subyektinə 7,2 milyon manat ixrac təşviqi ödənilib 21 Oktyabr 2019, 21:29 Prezident Hacıbala Abutalıbova: “Hesab edirəm ki, 70 yaşını keçən iqtidarda təmsil olunanlar da sizin nümunənizi təkrar edəcəklər” - YENİLƏNİB 21 Oktyabr 2019, 21:14 İran da Türkiyəyə qarşı çıxır 21 Oktyabr 2019, 21:13 Baş Nazirə qarşı homoseksual zorakılıq İTTİHAMI 21 Oktyabr 2019, 20:58 Əli Həsənov işdən çıxmaq ərizəsi yazıb: “71 yaşınız var və gənc kadrlara yer vermək üçün yaxşı nümunə göstərirsiniz”  - YENİLƏNİB 21 Oktyabr 2019, 20:47 Vitse-prezident Azərbaycana gəlir 21 Oktyabr 2019, 20:30 Masazırda faciə: 25 yaşlı gənc iş yerində öldü 21 Oktyabr 2019, 20:17 Bu ölkədə milyarderlərin sayı il ərzində 50 faiz artıb 21 Oktyabr 2019, 20:06 Yarmarkaya buraxılmayan balların aqibəti necə oldu? 21 Oktyabr 2019, 20:00 Sabah Sumqayıt və Gəncədə qaz olmayacaq 21 Oktyabr 2019, 19:49 "Heç bir pataloji hal aşkar edilməyib" - DİN rəsmisindən Tofiq Yaqublu AÇIQLAMASI 21 Oktyabr 2019, 19:40 UNEC-də “Elm həftəsi”nə start verilib - FOTO 21 Oktyabr 2019, 19:31 ABŞ-ın Azərbaycandakı səfirliyi icazəsiz mitinqlə bağlı bəyanat YAYDI 21 Oktyabr 2019, 19:22 İstanbul Konvensiyasının imzalanmasına dair təkliflər paketi hökumətə təqdim olunub - Dövlət Komitəsi 21 Oktyabr 2019, 19:13 Mübariz İbrahimovu təhqir edən  psixoloqa cəza istənilib - 3 il 21 Oktyabr 2019, 19:04 “Qarabağ” - APOEL oyunu slovakiyalı hakimlərə tapşırıldı 21 Oktyabr 2019, 18:55 Hərbi Dəniz Qüvvələrinin taktiki təlimləri bitib - VİDEO - FOTO 21 Oktyabr 2019, 18:46 XİN Avropa Şurasının İnsan hüquqları üzrə Komissarının bəyanatına münasibət bildirdi 21 Oktyabr 2019, 18:37 Qeydiyyatda olan narkomanların sayı AÇIQLANDI 21 Oktyabr 2019, 18:28 Moskvada Heydər Əliyevin xatirə lövhəsinin açılış mərasimi keçirilib - FOTO 21 Oktyabr 2019, 18:19 AFFA iki oyunçunu futboldan uzaqlaşdırdı 21 Oktyabr 2019, 18:10 Ülvi Quliyev: “Seçicilərim adından icazəsiz aksiyaları pisləyirəm” 21 Oktyabr 2019, 18:03