Arxiv
14 Sentyabr 2019, 13:27 | AKTUAL
Post-patrul xidmətindən yol polisinə ezam olunanlar geri qaytarılıb - RƏSMİ

“Paytaxtda avtomobilləşmənin sürətlə inkişaf etdiyi dövrdə təhlükəsizliyin əsas şərti yol mədəniyyəti – sürücü, piyada məsuliyyətidir. Yollarda qarşılıqlı məsuliyyət, piyada-sürücü, sürücü-piyada münasibətlərinin tənzimlənməsi üçün kompleks tədbirlər həyata keçirilir. Əvvəlki illərdən fərqli olaraq, paytaxt yollarında piyada intizamının güclənməsində konkret nəticələr var.
Bunu nəzərə alaraq, post-patrul xidmətindən yol polisinə ezam olunan əməkdaşlardan təşkil olunan naryadların fəaliyyətinə xitam verilməklə, əvvəlki iş yerlərinə qaytarılıb. Piyadalarla bağlı inzibati xəta tərkibi yaradan halların azalması zərurətindən irəli gələrək piyadalara qarşı profilaktiki tədbirlər yol polisinin piyada naryadları tərəfindən icrası davam etdirilir”.


Bunu Modern.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.


Onun sözlərinə görə, yollarda müşahidə olunan sosial-neqativ hallar – piyada keçidlərindən istifadə etmədən, “tələsirəm” deyib, öz həyatına, sürücülərin hüquqlarına ehtiyatsız yanaşmanın fəsadları cəmiyyətə məlumdur:


“Bu fəsadlara səbəb olan yol hərəkəti əleyhinə olan inzibati xətaların qarşısının alınması işinin gücləndirilməsi və maarifləndirmə hər bir hərəkət iştirakçısından da asılıdır. Hər bir hərəkət iştirakçısı bilməlidir ki, ani ehtiyatsızlıq, etinasızlıq böyük faciələrə səbəb olur. Dəyərmi, doğmalarımızın göz yaşına? Təhlükəsiz həyat naminə hər birimiz qaydalara əməl etməliyik ki, doğmalarımız gözü yaşlı qalmasın. Mütamadi olaraq, statistikanı yayırıq ki, sürücü, piyada, bu qədər adam ölüb, bu qədər adam xəsarət alıb, diqqətli ol! Bu reallıqlar, açıq gerçəklər o həqiqətin göstəricisidir ki, dövlət nümayəndəsi – polis cəmiyyətə açıq çağırışlar edir: “Yol qaydalarına əməl edin, əks təqdirdə...”

Paytaxtda xidmətin nümunəvi təşkili və aparılması, asayişin, əhalinin qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılmaqla, müvafiq tədbirlər davam etdirilir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Braziliya sularına 100 tondan çox neft sızıb 19 Oktyabr 2019, 22:54 Rusiyada bənd uçması nəticəsində ölənlərin sayı 15-ə çatdı 19 Oktyabr 2019, 22:33 Bəndin uçması nəticəsində ölənlərin sayı 15-ə çatdı 19 Oktyabr 2019, 22:14 Mətbuat Şurası mitinqdə jurnalistlərin işinin monitorinqini aparıb 19 Oktyabr 2019, 21:47 “Barış çeşməsi”  kimləri susuz qoyacaq? - TƏHLİL 19 Oktyabr 2019, 21:26 Sumqayıt sakini avtomobilində ölü tapıldı 19 Oktyabr 2019, 20:58 Bakıda taksi sürücüsünə qarşı soyğunçuluq 19 Oktyabr 2019, 20:37 Qurbanov yüksək sürətlə maşın sürdüyünə görə cəzanlandırdığı oyunçusundan danışdı 19 Oktyabr 2019, 20:22 “Xəbərdarlıqdan sonra qeyri-qanuni əməllərin törədilməsi cinayət məsuliyyəti doğuran haldır” - Əli Həsənov 19 Oktyabr 2019, 20:03 Ərdoğan: “Trampa da dedim, razılaşma pozulacaqsa, “Barış bulağı” davam edəcək” 19 Oktyabr 2019, 18:02 14 marşrut xəttinin hərəkət sxemi bərpa edildi 19 Oktyabr 2019, 17:59 Böyük Britaniya parlamenti Brexit müqaviləsini səsverməyə çıxarır 19 Oktyabr 2019, 17:49 Milli Şuranın mitinqində 60 nəfər saxlanılıb - RƏSMİ 19 Oktyabr 2019, 17:36 Rəsmi Bakı Fransa məhkəməsinin qərarını alqışladı 19 Oktyabr 2019, 17:30 Əli Əhmədov: “Sanki onlar insanların rahatlığını pozmaqdan həzz alırlar” 19 Oktyabr 2019, 17:18 "28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının fəaliyyəti bərpa olunub 19 Oktyabr 2019, 17:11 Bakı polisi: “Qanunsuz aksiya cəhdinin qarşısı alınıb, saxlanılanlar var 19 Oktyabr 2019, 16:46 “Avtoşluq” edən futbolçu “Qarabağ”ın heyətindən kənarlaşdırıb 19 Oktyabr 2019, 16:38 Tramp CNN-ni məhkəmə ilə hədələdi 19 Oktyabr 2019, 16:06 Merkel: G7 sammitinin keçiriləcəyi yeri seçmək Trampın hüququdur 19 Oktyabr 2019, 15:56 Türkiyə kürdləri barışığı pozmaqda ittiham etdi 19 Oktyabr 2019, 15:42 Azərbaycan hərbi xərclərini kəskin artırdı – “Müharibəyə hazır olmalıyıq” 19 Oktyabr 2019, 15:28 "28 May" istiqamətində 14 marşrut xəttinin hərəkət sxemi müvəqqəti dəyişdirilib 19 Oktyabr 2019, 15:13 Suriya erməniləri Qarabağa getməkdən imtina etdilər və... 19 Oktyabr 2019, 14:52 Rusiyada dəhşətli yanğında beşi uşaq olmaqla, yeddi nəfər ölüb 19 Oktyabr 2019, 14:38 Azərbaycana gələn avtomobildə pirotexniki vasitələr aşkarlanıb 19 Oktyabr 2019, 14:24 Sosioloq kişiləri yıxdı-sürüdü: “Qadın kimi qaş qaldırmağa, saç boyamağa maraq göstərirlər” 19 Oktyabr 2019, 14:11 Şirvana qonaq gələn Hacıqabul sakini itkin düşüb 19 Oktyabr 2019, 14:10 Azərbaycanda gələn il inflasiya neçə faiz olacaq? 19 Oktyabr 2019, 14:05 Şəmkirdə 2 uşaq anası itkin düşüb 19 Oktyabr 2019, 13:31 Bazar günü Bakıya yağış yağacaq 19 Oktyabr 2019, 13:20 Bu il əmək yarmarkalarında iş tapanların sayı... 19 Oktyabr 2019, 13:08 Mətbuat Şurası mitinqlə bağlı jurnalistlərə çağırış etdi 19 Oktyabr 2019, 12:57 Bu partiya Milli Şuranın icazəsiz mitinqində iştirak etməyəcək 19 Oktyabr 2019, 12:53 Bakının “28 may”, "Cəfər Cabbarlı" və “Xətai” stansiyaları müvəqqəti bağlandı  - Mitinqə görə 19 Oktyabr 2019, 12:44