Arxiv
14 Sentyabr 2019, 16:04 | AKTUAL
“Eldar Həsənov vəzifədən getdikdən sonra saxtakar müstəntiq və prokuroru böyütdülər” - Bir cinayətin TARİXÇƏSİ

Tanınmış vəkil Osman Kazımov illər öncə törədilmiş bir cinayətin (ana və uşağın öldürülməsi) tarixçəsi və həmin işin istintaqı ətradında baş verən xoşagəlməz olayların ardını yazıb.
Modern.az vəkilin yazısının ardını təqdim edir.


Əvvəli burada


- İş hələ birinci müstəntiqdə olarkən iki nəfərin təsvirlərini bildiyim üçün müstəntiqdən onlar barəsində soruşmuşdum. Müstəntiq isə bildirmişdi ki, o şəxslər ümumiyətlə Azərbaycanda olmayıblar, Leninqradda olublar. İş götürüldükdən sonra valideynlərə tapşırdım ki, həmin iki şəxs barədə, hadisə olan vaxt onların Azərbaycanda olub-olmaması barədə məlumat toplayın, o ərazidə yas, toy mərasimlərinin olub-olmaması, həmin şəxslərin o məclislərdə işltirakı barədə informasiya əldə edin. Amma elə edin ki, heç kim şübhələnməsin.
Tapşırdım ki, hadisə baş verən vaxt ətraf ərazidə olan avtomobil dayanacaqlarının, mağazaların işçiləri ilə söhbət edin. Elə edin ki, şübhələnməsinlər.

İki gün soanra ilk ciddi məlumt əldə etdik. Ana və uşaq öldürülən gün iki nəfər avtodayanacağın yanında olan krantda əllərində və üstlərində olan qan ləkələrini yuyublar. Mühafizəçiyə isə bildiriblər ki, toyda dava düşüb, dalaşıblar. Guya yuduqları burunlarının qanı olub.

Müstəntiqlə əlaqə saxlayıb hadisə vaş verən gecə toy olması, dava düşməsi barədə məlumat toplamasını xahiş etdim. Bir neçə gün sonra müstəntiq dedi ki, həmin gün toy mərasimi olması və kütləvi dava düşməsi müəyyən edilmədi.

Artıq ilk sap əlimizdəydi. Təxminən bir həftə sonra isə məlumat daxil oldu ki, o şəxslər hadisədən iki gün qabaq yas yerində olub, 10 manat pul yazdırıblar. Biri isə hadisədən sonra da yas yerinə gəlib. Artıq müstəntiqin Leninqrad söhbəti tam iflasa uğradı.
Müstəntiqlə danışıb həmin siyahıları götürməsini xahiş etdim. Sonra valideynlərə tapşırdım ki, öldürülən ana-balanın qaldığı evlə üzbəüz evdə yaşayan müəllimlə söhbət etsinlər. Amma uşaqlarının tutulduğunu bildirməsinlər.

Bir neçə gün sonra Adlin (cinayəti törətməkdə şübhəli şəxs kimi tutulan gənc) atası iş yerimə gəldi. Dedi ki, tapdıq. Müəllim həmin gecə o evə gələnləri görüb. Birini üzdən tanıyır, o birinin əlamətlərini deyir. Əlamətləri təsvir etdi. Vəsatətimə baxdım, əlamətlər eyni idi. Dedim müəllimlə bir də təsadüfən görüş, dəqiqləşdir, yanılmayaq. Amma heç kimə heç nə demə. Tələsmə ki. şübhələnməsin.

Bir neçə gün sonra kişi az qala uça-uça gəldi. Çox sevinirdi. Dedi danışdım. Səsini də yazdırdım Qulaq asdım. Sonra müstəntiqlə danışdım. Məlumatları təqdim etdik. Təxminən 5-6 gün sonra müstəntiq zəng etdi. Dedi “Osman müəllim muştuluq. Qızılları tapdıq”. Soruşdum ki, hansı qızıllar? Dedi öldürülən qadının qızıllarını. Söylədi ki, 1-2 saat gözlə yaxşı məlumatım olacaq.

Səhərisi gün isə məlum oldu ki, həmin şəxslər tutulub. Ana və balanı necə öldürdüklərini, evdən götürdükləri qızılların yerini deyiblər. Videoçəkilişlə onlardan birinin xalasının həyətindəki tut ağacının dibindən qızıllar götürülüb. Bir gün sonra uşaqlar həbsdən azad edildi. Səhərisi gün axşamtərəfi yaşadığım həyətdə qonşularla söhbət edərkən valideynlər gəldilər. Yanlarında yaraşıqlı bir xanım da var idi. Mənə çatmağa bir neçə addım qalmış həmin xanım diz üstə oturub sürünə-sürünə gəldi. Çaşdım. Əlini atıb saçını yoldu. Ayağıma atdı. Əlindən tutub qaldırdım. Dedim ay bacı, siz neyləyirsiniz? Bu nə deməkdir? Dedi ki, “Adil mənim qardaşımın tək balasıdır. Əhd etmişdim ki, kim ona kömək etsə, onun qarşısında dizin-dizin sürünəcəm”. Qonşular da çaşmışdılar. Çox mütəssür olmuşdular.
Sonra Adilin anası dedi ki, məni tanımadınızmı? Dedim ki. tanış gəlirsiniz, amma xatırlaya bilmirəm. Dedi 1991-ci ildə atamı şərləmişdilər. Siz azad etdirdiniz. Dediç ki, yadıma düşdü, amma o vaxt aradan çıxdınız. Hamı güldü. Dedi ki, “o vaxt verəcəyim şirinliyi də indi verəcəm. Sizin o vaxt etdiyinizi əvəzsiz qoymuşduq. Ona gırə bu başımıza gəldi”. Dedim halalınız olsun.

Həmin iş üzrə müstəntiq və prokuror vəzifələrindən kənarlaşdırıldılar. Lakin Eldar Həsənov Baş prokoror vəzifəsindən getdikdən sonra onları böyütdülər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sərdar Cəlaloğludan ETİRAZ: “Elə bil mənim onlara borcum var, hər imkanı yaratmalıyam” 27 May 2020, 15:48 Deputat: Xalq Cümhuriyyəti milli dövlətçilik salnaməmizin şanlı səhifəsidir 27 May 2020, 15:24 ABŞ-da son sutkada 18611 nəfər koronavirusa yoluxub 27 May 2020, 15:15 “Ermənistan hansı həll yolunu seçir: inteqrativ, yoxsa cəzalandırıcı?” 27 May 2020, 15:01 Masallıda koronavirusla bağlı SON VƏZİYYƏT: “Lənkəranla, Cəlilabadla müqayisədə...” 27 May 2020, 14:58 İranda daha 56 nəfər koronavirusdan ölüb 27 May 2020, 14:41 Azərbaycanda 170 min tondan çox ət istehsal edilib 27 May 2020, 14:37 Məktəbdaxili qiymətləndirmələr necə aparılacaq? 27 May 2020, 14:28 17 Azərbaycan vətəndaşı Hindistandan ölkəyə gətiriləcək 27 May 2020, 14:18 BDU-nun şöbə müdiri vəfat edib 27 May 2020, 14:09 Ramil Səfərov kimdir - qatil, yoxsa qəhrəman? 27 May 2020, 13:59 Bu taksi sürücülərinə şəhərlərarası sərnişin daşımağa icazə verilməyəcək 27 May 2020, 13:44 Vladimir Zelenski prezident İlham Əliyevi təbrik edib 27 May 2020, 13:36 Bakının mərkəzində yola qoyulan masa ərazidən götürülüb - FOTO 27 May 2020, 13:28 Naxçıvan istiqamətində GƏRGİNLİK: Düşmən mövqelərini irəli çəkmək istədi 27 May 2020, 13:11 Azərbaycan nefti bahalaşıb 27 May 2020, 13:04 İordaniyanın Kralı İlham Əliyevi təbrik edib 27 May 2020, 12:54 Gürcüstanda restoranlar və ticarət mərkəzləri açılır 27 May 2020, 12:44 Azərbaycandan İrana 19 məhbus ekstradisiya olunub 27 May 2020, 12:40 Lənkəranda zəlzələ olub 27 May 2020, 12:39 Bakıda qəza yolda tıxaca səbəb oldu 27 May 2020, 12:28 Millət vəkili 400-ə yaxın gəncə kitab hədiyyə etdi 27 May 2020, 12:21 Estoniyalı həmkarı İlham Əliyevi təbrik edib 27 May 2020, 12:08 Çingiz Qənizadə: "Ermənistan Azərbaycan əleyhinə qarayaxma kampaniyasına Avropa Məhkəməsini də alət etmək niyyətindədir" 27 May 2020, 11:55 Bakıda mənzildən qadın meyiti tapıldı 27 May 2020, 11:47 Azərbaycanın bu bölgəsində daha 4 nəfər koronavirusa YOLUXDU 27 May 2020, 11:32 Ermənistanda koronavirusa yoluxanların sayı artdı 27 May 2020, 11:25 Şəkidə 1 tona yaxın yaxın çətənə kolu məhv edilib 27 May 2020, 11:07 Ermənistan Futbol Federasiyasının keçmiş prezidenti axtarışa verildi 27 May 2020, 10:58 Bakının bu rayonunda su kəsiləcək 27 May 2020, 10:45 HEYDƏR ƏLİYEV mədəniyyətimizin hamisi 27 May 2020, 10:33 Masallıda "Azərişıq" əməkdaşlarının güllələnməsinə görə cinayət işi AÇILDI 27 May 2020, 10:21 Kapital Bank POS terminal komissiyalarına endirim etdi 27 May 2020, 10:17 Gördüyüm yuxunu suya danışım… 27 May 2020, 10:05 Kamilə Əliyeva: "Ölkəmiz hər zaman yeniliklərə, müasir texnologiyalara açıq olub" 27 May 2020, 10:00