Arxiv
15 Sentyabr 2019, 20:58 | AKTUAL
Türmə nəzarətçiləri nazirliyin Aparat rəhbərinin başına necə OYUN AÇIBLAR...

Bir neçə ay öncə həbsxanadan azadlığa buraxılmış jurnalist Fikrət Fərəməzoğlu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri, MTN hadisələri zamanı həbs olunmuş Vidadi Zeynalovun Bakı İstintaq Təcridxanasında başına açılan oyunlardan yazıb.

Modern.az saytı jurnalist Fikrət Fərəməzoğlunun danışdığı əhvalatları təqdim edir:

- Bakı İstintaq Təcridxanasında belə bir qayda var idi ki, keçmiş dövlət məmurları, hərbçilər və xüsusi xidmət orqanlarının əməkdaşları ya təknəfərlik kamerada, ya da eyni kateqoriyadan olan şəxslərlə birlikdə saxlanılırdı. Hətta elələri var idi ki, onların qaldıqları kameraların önündə 24 saat qarovul dayanırdı. Həmin kameralara yaxınlaşmaq, ora nəsə göndərmək qadağan idi.
Varlı məmurlar isə adətən 7-ci korpusda saxlanılırdı. İkinci mərtəbədəki bütün kameralar onların ixtiyarındaydı. Şəraitinə görə, digərlərindən çox fərqlənirdi. İmkanlı olduqlarından özləri üçün istintaq dövründə lazımı şərait qurub, öz kameralarında ehtiyacsız yaşayırdılar.

Bu günlərdə mətbuatdan oxudum ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov azadlığa çıxdıqdan sonra Şamaxıdakı “Məlhəm” adlı restoranı işlədir. Özü də açıqlama verib ki, acından ölməmək üçün həyat yoldaşı ilə bu restoranı işlətmək məcburiyyətində qalıb. Bu sözləri oxuduqdan sonra onun Kürdəxanıda başına gələn iki hadisə yadıma düşdü. Xatırladım ki, bunu həm dustaqlar, həm də nəzarətçilər danışıblar.

BİRİNCİ HADİSƏ: Vidadi Zeynalov da “rabitə işi” ilə əlaqədar həbs olunub Bakı İstintaq Təcridxanasına gətirildikdən sonra imkanlı adamlar kimi, 7-ci korpusda yerləşdirilib. Günün birində axşam saatlarında o, kamerasının “kormuşka”sını (nəfəslik) döyərək, nəzarətçini çağırır. Nəzarətçi də vəzifəsinə uyğun olaraq nəfəsliyə yaxınlaşır və Vidadidən nə istədiyini soruşur. Zeynalov ondan dönər almasını xahiş edir. Özü də həmin dönəri məhz Zabratda yeni açılmış dönərçidən almasını istəyir.
Nəzarətçi çoxbilmiş olub və iki dönər üçün 100 manat pul istəyir. Zeynalov da ona həmin yüzlüyü verir.
Nəzarətçi əvvəlcə qapıdakı hərbçilərlə danışır və onların razılığını aldıqdan sonra yaxınları ilə əlaqə saxlayıb, çöldən 2-3 dənə dönər gətirdir və içəri buraxdırır. Toplam 10-15 manat pul xərcləyən nəzarətçi bir neçə saatdan sonra onu Vidadi Zeynalovun qaldığı kameraya ötürür.

Beləliklə, Vidadi Zeynalovun qaldığı korpusda növbə çəkən nəzarətçilər o, su istəsə belə, ən azı 10 manat alırmışlar. Zeynalov da gündə 5-6 dəfə müxtəlif istəklərdə olurmuş. Bu istəklər hər gün ona 150-200 manatdan ucuz başa gəlmirmiş.


İKİNCİ HADİSƏ: Vidadi Zeynalov az sayda məhbuslardan idi ki, Kürdəxanıda səhər və axşam saatlarında həyətdə 4 saata yaxın gəzib, dolaşa bilirmiş. Yanında nəzarətçi və ya Təsərrüfat Bölüyündə işləyənlərdən biriylə Kürdəxanının həyətində dolaşan keçmiş Aparat rəhbəri İstintaq Təcridxanasının ərazisində ağacların, yaşıllığın az olmasının səbəbini soruşur. Onu müşayiət edən nəzarətçi də bildirir ki, Kürdəxanının havası və torpağı hər bitkini yetişdirmir. Bunun üçün xüsusi ağaclar lazımdır. O da həmin ağacları ala biləcəyini dilə gətirir.
Tez-tez “mənim dövlət qarşısında böyük xidmətlərim olub”, “mən bunu eləmişəm, onu eləmişəm” deyən Vidadi Zeynalov günün birində dimdiyindən tora düşür. Yəni, onun “mən ağac alaram” sözü gedib rəhbərliyə çatır. Rəhbərlik də onu dəvət edir və deyir ki, yaxın vaxtlarda İstintaq Təcridxanasına mötəbər qonaqlar və yüksək çinli rəhbərlər gələcəklər. Əgər tez azadlığa çıxmaq və haqqında müsbət rəyin yaranmasını istəyirsə, ərazinin yaşıllaşdırmasına kömək eləsin. Rəis söz verir ki, əgər o, bu işi görərsə, öz rəhbərliyinə, Prezident Aparatına və digər qurumlara onunla bağlı ən yüksək səviyyəli xasiyyətnamə yazıb gönədərəcək və guya, məhkəmədə onun azadlığa buraxılmasına bu xasiyyətnamənin böyük rolu olacaq.
Vidadi Zeynalov da deyilənlərə inanıb, onun təklifini qəbul edir. Hesab-kitab edirlər, iki gün Kürdəxanının yaşıllıq üçün nəzərdə tutulmuş yerlərini ölçüb-biçirlər. Və belə qərara gəlirlər ki, ərazinin yaşıllaşdırılması üçün 12 min manat pul lazımdır. Beləliklə, Vidadi Zeynalov həmin pulu gətizdirir və ünvanına çatdırır.
Bir müddətdən sonra məlum olur ki, həmin pula 10-15 ədəd plastik ağac və 5 illik güllərin toxumu alınıb. Hesab kitabnan belə aydın olur ki, ümumilikdə, həmin işlərə heç 500 manat xərc çəkilməyib. Bu azmış kimi, onun haqqında məhkəməyə heç də yaxşı olmayan xasiyyətnamə göndərilir. Eyni zamanda, Bakı İstintaq Təcridxanasının həyətində görülmüş işlər də rəisin “əməyinin bəhrəsi” kimi təqdim olunur.
Deyilənlərə görə, bu hadisədən sonra Vidadi Zeynalov bir müddət depresiyaya düşüb.


Xatırladaq ki, V. Zeynalov 2015-ci ilin noyabr ayının 13-də həbs edib. 2017-ci il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə barəsində 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası seçilən V.Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsi və israf edilməsinin təşkilində təqsirləndirilirdi.

Bu ilin mart ayında isə azadlığa buraxılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Daha  bir  hava yolu şirkəti Çinə uçuşları dayandırıb 29 Yanvar 2020, 20:53 "Fransada 90, Almaniyada 26 jurnalist zorakılığa məruz qalıb" - AŞPA 29 Yanvar 2020, 20:37 Dünyanı qorxuya salan dəhşətli virus daha bir ölkəyə çatdı 29 Yanvar 2020, 20:22 Nəvələrini kəndirlə boğub özünü asan nənəylə bağlı RƏSMİ AÇIQLAMA 29 Yanvar 2020, 20:13 Polis yol kənarında dayanan qadını cərimələdi 29 Yanvar 2020, 20:03 Dünyanın ən yaşlı qadını vəfat etdi 29 Yanvar 2020, 19:54 Əliyar Ağayev Super Liqa matçına təyinat aldı 29 Yanvar 2020, 19:45 Elza yas mərasimində seçki təbliğatı apardı, ara qarışdı - VİDEO 29 Yanvar 2020, 19:36 Dövlət Komitəsi 16 yaşlı gəlinin qətli ilə bağlı məlumat yaydı 29 Yanvar 2020, 19:27 Mikro, kiçik və orta sahibkarlığa göstərilən dövlət xidmətlərinin qiymətlənidirilməsi qaydası AÇIQLANDI 29 Yanvar 2020, 19:18 Polis “AAAF-Park”da əməliyyat keçirdi - Həbs olunanlar var 29 Yanvar 2020, 19:09 İqbal Məmmədov Şingədulan, Molalan və Noda kənd inzibati ərazi vahidliyində seçicilərlə görüşüb - FOTO 29 Yanvar 2020, 19:00 Bakıda dəhşət - Nənə nəvələrini öldürüb, intihar etdi 29 Yanvar 2020, 18:52 Lerik Rayon İcra Hakimiyyətində kadr təyinatı - FOTO 29 Yanvar 2020, 18:43 İordaniyanın səfiri BDU-da olub 29 Yanvar 2020, 18:34 16 yaşlı gəlini əri öldürüb - RƏSMİ 29 Yanvar 2020, 18:25 Eldar Quliyev seçiciləri ilə görüşlərini davam etdirir - FOTO 29 Yanvar 2020, 18:17 Oqtay Əsədovun vəkilləri seçicilərlə görüşüblər - FOTOLAR 29 Yanvar 2020, 18:09 Çinin “Huawei” şirkəti AZƏRTAC-la əməkdaşlığı genişləndirməkdə maraqlıdır 29 Yanvar 2020, 18:00 Heyvan kəsimi məntəqələrində reydlər  29 Yanvar 2020, 17:55 Bakı Limanında koronavirusla bağlı sanitar nəzarət gücləndirildi 29 Yanvar 2020, 17:50 Musa Qasımlı görüşlərini davam etdirir - FOTOLAR 29 Yanvar 2020, 17:44 Ərə verilən 16 yaşlı qız qəsdən öldürülüb - RƏSMİ 29 Yanvar 2020, 17:37 Qazaxıstan səfirliyi Koronavirusla bağlı müraciət yayıb 29 Yanvar 2020, 17:30 Namizədlərin səmimi FOTOLARI: əl öpür, qucaqlayır... 29 Yanvar 2020, 17:25 Bakı metrosundan təhlükəli virusla bağlı AÇIQLAMA 29 Yanvar 2020, 17:20 Çavuşoğludan Qlobal Jurnalistlər Birliyinin qəbulunda GÜNDƏM AÇIQLAMALAR 29 Yanvar 2020, 17:16 Dövlət qurumları toyundan sonra ölən 16 yaşlı gəlinə görə hərəkətə keçdilər 29 Yanvar 2020, 17:10 Ərdoğan tapşırıq verdi: “Çindəki azərbaycanlıları da Türkiyəyə gətirin”  29 Yanvar 2020, 17:04 İsa Həbibbəylinin seçiciləri ilə izdihamlı görüşləri - Fotolar 29 Yanvar 2020, 16:58 Bəxtiyar Əliyev seçicilərlə görüşlərini davam etdirir - FOTO 29 Yanvar 2020, 16:52 Əli Əhmədov müxalifəti İTTİHAM ETDİ: “Az qala toy-bayram edirlər” 29 Yanvar 2020, 16:46 Məzahir Pənahov: “300 nəfərə yaxın namizəd seçkilərdə iştirakını dayandırıb” 29 Yanvar 2020, 16:40 Əhliman Əmiraslanovun seçicilərlə növbəti görüşü - FOTO 29 Yanvar 2020, 16:34 UNEC-lə Paşa Bank əməkdaşlıq edəcək - FOTO 29 Yanvar 2020, 16:28
SORĞU Yeni parlamentdə kimlər olsun?