Modern.az

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

Aktual

17 Sentyabr 2019, 10:13

2019-cu il sentyabr ayının 16-dan 17-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.    

   

Daxili İşlər Nazirliyinin  mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 13 cinayətin üstü “isti izlər”lə açılıb.  

 

Əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.    

 

Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölüb.   

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 14 nəfər saxlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır