Arxiv
7 Oktyabr 2019, 08:23 | ÖLKƏ
Jurnalistlərin narazı qaldığı SƏFİRLİKLƏR…

Əvvəllər xarici ölkələrin Azərbaycandakı səfirlikləri media ilə sıx işləyir, əlaqələr qururdular. Son zamanlar isə belə fikir yaranıb ki, səfirliklər qapalı rejimə keçib. Çünki Kütləvi İnformasiya Vasitələrində səfirliklərin Azərbaycanda fəaliyyəti, həyata keçirdikləri tədbirlər haqqında çox az informasiyalara rast gəlirik. Belə görünür ki, səfirliklər media ilə sıx əməkdaşlıqdan çəkinirlər.

Bu iddialar həqiqəti əks etdirirsə, səfirliklərin qapılarını mediaya bağlamasının səbəbləri nələrdir?

Səfirliklərlə əməkdaşlıq edən jurnalistlər də Modern.az-a son 10-15 ilə qədər xarici diplomatik korpusların  mətbuatla təması zəiflətdiyini təsdiqləyiblər.


“Həftə içi” qəzetinin əməkdaşı Vüsal Tağıbəyli bildirib ki, hazırda bir neçə barmaqla sayılacaq sayda səfirlik istisna olunmaqla, əksəriyyəti öz hücrəsinə qapanıb. Onun sözlərinə görə, qapalı səfirliklər arasında keçmiş SSRİ respublikalarının diplomatik nümayəndəlikləri siyahının başında yer alır:


“Tacikistan, Türkmənistan, Qırğızstan, Moldova, Rusiya, Baltikyanı respublikalar – Latviya, Litva və Estoniya... Eləcə də Rusiya daxilindəki subyektlər – Tatarstan, Dağıstan və sair. Bu ölkələr nəinki müsahibə vermirlər, hətta təmsil etdikləri ölkələrin önəmli günlərində belə media nümayəndələrinin iştirakını yasaqlayırlar. Daha dorusu, konkret özlərinə sərf edən və ya başqa səbəblərdən əlaqə qurduqları 3-4 jurnalist istisna olmaqla, ən aktiv media orqanlarının nümayəndələrini belə tədbirlərinə buraxmırlar.

Eyni vəziyyəti son iki ili çıxsaq, Yaponiyaya da aid edə bilərik”.

V. Tağıbəyli şəxsən ona qapalı səfirliklər siyahısında qardaş Türkiyənin diplomatik korpusunun da adını çəkib.

“Amma bütün səfirliklər bu cür qeyri-demokratik prinsiplərlə işləmir, aralarında Azərbaycan mediasına qucaq açanlar daha çoxdur.  Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Mərakeş, Pakistan, Əfqanıstan, İordaniya, Hindistan, Koreya, İndoneziya, Özbəkistan, son illər Qazaxıstan, Rumıniya, Polşa, Almaniya, Belçika, Klumbiya, Peru, eləcə də bu yaxınlarda bağlanan Kosta Rika səfirliyini misal göstərə bilərik, müəyyən mənada Gürcüstan və Ukrayna səfirlikləri aralarında fərq qoymadan bütün media orqanlarına açıqdırlar. Mən bu siyahıda ABŞ və Fransanın adını çəkmədim, çünki bu səfirliklər biz jurnalistlər üçün o qədər geniş imkan yaradıblar ki, istənilən məlumatı almaq və ya dəqiqləşdirmək üçün qətiyyən əziyyət çəkmirik”.


Səfirliklərin qapalılığının səbəblərinə gəlincə, jurnalist onları bu baxımdan üç qrupa bölüb:


“Birincisi, birmənalı şəkildə qapalı olanlar - Tacikistan, Türkmənistan, Rusiya və s.-dir.

İkinci qrup səfirlikləri media ilə əlaqələndirən əməkdaşları onlarla jurnalistlər arasında birbaşa və çevik rabitə yaratmağa səy göstərmirlər. Yəni səfirlik bəzi tədbirlərin işıqlandırılması və ya digər tədbirlərə dəvət etmə səlahiyyəti verdiyi həmin mətbuat xidməti əməkdaşları, bəzi hallarda müraciət edən və ya tədbirə çağrılmalı olan jurnalistləri dəvət edərkən öz prinsiplərini işə salır. Bu prinsiplər tanışlıq, hansısa müxbirə olan soyuq münasibətinə görə onu kənarlaşdırma və sairdir. Belə əməkdaşlar olan yerdə bir media orqanını o səfirlik üçün nə qədər böyük işlər görür-görsün, mətbuat xidmətinin azərbaycanlı olan əməkdaşı istəmirsə, adı siyahıya düşmür.

Üçüncü qrup səfirliklər də var ki, konkret olaraq səfirlə müsahibəyə isti yanaşmırlar. Məsələn, Birləşmiş Ərəb Əmirlikləri, Qətər. Amma bu o demək deyil ki, bu səfirliklər qapalıdır, əsla. Bu gün Azərbaycanda akkreditə olunan diplomatik nümayəndəliklər arasında jurnalistlərlə ən sıx ünsiyyət yaradan səfirliklər elə bəlkə də bu iki ölkənin səfirliyidir”.


Teleqraf.com saytının müxbiri Nərgiz Cavadzadə də bəzi səfirliklərin verilən sorğunu cavabsız qoyduğunu deyir. O bildirib ki, hətta müsahibə istəyini belə gözardı edənlər var:


“Elə olub gündəmə uyğun suallar ünvanlamışam, baş verən hadisənin üzərindən 3 ay vaxt keçib, sonra cavab gəlib. Bununla yanaşı, mediaya açıq, əməkdaşlıqda maraqlı olan səfirliklər də var. Bir neçə dəfə səfirlə müsahibə üçün müraciət etmişəm, cavab vermədiklərindən tədbirlərin birində diplomata yaxınlaşıb şəxsən özünün məsələyə müdaxilə etməsini xahiş etmişəm və müsbət həll olunub. Bir məsələni də xüsusi qeyd etmək istərdim. 3 il öncə Yaponiya hökumətinin “Beyləqan şəhərində məktəbin gigiyenik şəraitinin yaxşılaşdırılması” layihəsi ətrafında sosial şəbəkələrdə geniş müzakirə açılmış, əvvəllər məktəblər inşa edən Yaponiyanın sanitar qovşaq tikməsinə hətta istehzalı yanaşmalar olmuşdu. Məsələ ilə bağlı Yaponiya səfirinə təxminən üç sual ünvanlamışdım, amma səfirlik mənim sorğuma olan cavabı suallar yazılmadan digər KİV-lərə də göndərmişdi. Həmin cavabı elə sual-cavab şəklində Teleqraf.com-da yaydıq, sonra gördüm ki, digər media orqanları suallar olmadan cavabları verib və əcaib mənzərə yaranmışdı. Təəssüf ki, nəinki diplomatik nümayəndəliklər, ölkəmizdəki bir sıra rəsmi qurumlar da hansısa KİV-in sorğusunu bütün mediaya press-reliz şəklində göndərir. Bunu isə kiminsə əməyinə hörmətsizlik kimi qiymətləndirmək lazımdır. Mövzu fikirləşmək, onu araşdırıb suallar tərtib etmək, aidiyyatı qurumla əlaqə yaratmaq, cavabı gözləmək və sair. Bunlar vaxt aparan şeylərdir. Açığı, yazılı sorğudansa, şifahi cavablamanın tərəfdarıyam, bəzən cavabdan sual çıxır və yenidən əlaqə yaradıb ünvanlamaq qəlizləşir”.


Oxu.az saytının əməkdaşı Aqşin Kərimov
 xarici səfirliklərin media ilə əməkdaşlığı genişləndirəcəyinə ümid edir:


“Düzdür, bəzi səfirliklərdən müəyyən məlumatların alınması prosesində çətinlik müşahidə olunur. Bu isə həmin səfirliklərin təmsil etdiyi ölkələrin mövcud diplomatik-siyasi konyunkturası ilə bağlıdır. Onu da deyim ki, bəzi səfirliklər mətbuatla sıx işləsələr də, həmin diplomatik nümayəndəliyin səfiri ayrıca hər hansı jurnalistə müsahibə vermir. Ümumilikdə isə mən əməkdaşlıq etdiyim səfirliklərin mətbuatla işləməsindən narazı deyiləm”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ  5 min əsgərini Əfqanıstandan çıxarır 20 Oktyabr 2019, 22:30 Azərbaycanlı Rusiyada iki qızı bıçaqladı 20 Oktyabr 2019, 22:04 Təlim zamanı 3 hərbi qulluqçu həlak oldu 20 Oktyabr 2019, 21:43 Bakıda ağır qəza tıxaca səbəb oldu 20 Oktyabr 2019, 21:24 Azərbaycan əsilli milyarderin aktivləri dondurulur 20 Oktyabr 2019, 20:54 Avtobus qəzasında  24 nəfər həyatını itirdi 20 Oktyabr 2019, 20:36 Məktəblərdə bu səbəbdən tətil elan edildi 20 Oktyabr 2019, 20:18 "Neftçi"  "Qarabağ"la xal fərqini azaltdı 20 Oktyabr 2019, 20:02 Azərbaycan XİN-dən Avropa İttifaqının bəyanatına CAVAB 20 Oktyabr 2019, 19:28 Azərbaycan hərbçisi Şri-Lanka hərbçisinə qalib gəldi: 5:0 20 Oktyabr 2019, 17:42 Oğuzda meşədə ağac kəsən kişi öldü 20 Oktyabr 2019, 16:55 Əli Əhmədov vətəndaşlara SƏSLƏNDİ 20 Oktyabr 2019, 16:02 Deputatlar Milli Şuranın icazəsiz mitinqindən DANIŞDI – “Bu, müxalifətin özü üçün də faydalı deyil”   20 Oktyabr 2019, 15:55 9 ayda 5662 sərxoş sürücü saxlanılıb 20 Oktyabr 2019, 15:37 Kürdəmirdə avtomobil aşıb 20 Oktyabr 2019, 14:42 Azərbaycanlı jurnalist XXI Dünya Rus Media Konqresində iştirak edəcək 20 Oktyabr 2019, 14:24 Bakıda “Çörək Müsabiqəsi” keçirilib 20 Oktyabr 2019, 14:12 YAP-dan icazəsiz mitinqlə bağlı BƏYANAT 20 Oktyabr 2019, 14:04 Bakının qəribə KÜÇƏ adları - Onlar nə zaman dəyişdiriləcək? 20 Oktyabr 2019, 13:35 Qəbul imtahanlarında iştirak edənlərin 50%-dən çoxu universitetlərə qəbul olunmayıb 20 Oktyabr 2019, 13:08 Əli Kərimilinin xərəklə təmin edilməməsinə hospitaldan AYDINLIQ GƏTİRİLDİ - FOTOLAR 20 Oktyabr 2019, 13:00 Sabah 28 dərəcə isti olacaq - HAVA PROQNOZU 20 Oktyabr 2019, 12:38 Siyavuş Novruzov: “Gələn bələdiyyə seçkilərində yeniliklər olacaq” 20 Oktyabr 2019, 12:27 Siyəzən rayon Təhsil Şöbəsinin müdiri işdən çıxıb 20 Oktyabr 2019, 12:21 “Azərbaycanda tarixlə bağlı telekanal açılmalıdı” - TƏKLİF   20 Oktyabr 2019, 12:03 Ağstafada kişi ağacdan yıxıldı 20 Oktyabr 2019, 11:30 Qadın cüdoçularımız Sloveniyada 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar 20 Oktyabr 2019, 11:08 Terrorçular Suriyada qaydaları pozdu - Türkiyəli hərbçi şəhid oldu 20 Oktyabr 2019, 10:41 Ermənilər iriçaplı pulemyotlar və snayperlərlə atəşkəsi pozdu 20 Oktyabr 2019, 09:50 Conson Avropa İttifaqından xahiş etdi 20 Oktyabr 2019, 09:27 Azərbaycan 9 ayda 501,5 milyon dollarlıq kənd təsərrüfatı məhsulları ixrac edib 20 Oktyabr 2019, 09:14 Qara dəniz sahillərində V əsrə aid xəzinə tapıldı 20 Oktyabr 2019, 00:17 Əli Kərimli sərbəst buraxılıb 19 Oktyabr 2019, 23:58 Kuba prezidenti Bakıya səfər edir 19 Oktyabr 2019, 23:32 NASA-dan xəbərdarlıq: Yerə iri asteroid  yaxınlaşır 19 Oktyabr 2019, 23:15