Arxiv
10 Oktyabr 2019, 09:37 | AKTUAL
UNEC-də əmək haqları artırıldı

UNEC-də 2019/2020-ci tədris ilinin ilk Elmi Şurasının iclası keçirilib.

 

Modern.az xəbər verir ki, iclasda UNEC-in İctimai Nəzarət Şurasının üzvləri də iştirak ediblər.

 

UNEC-in rektoru, professor Ədalət Muradov yeni tədris ilinin başlanması münasibətilə Şura üzvlərini təbrik edib. Prezident İlham Əliyev tərəfindən ölkədə  aparılan  uğurlu sosial siyasətdən söz açan rektor, bu siyasətin Azərbaycanda prioritet istiqamətlərdən birinə çevrildiyini vurğulayıb. Davamlı olaraq həyata keçirilən sosial siyasətin artıq ənənə halını aldığını diqqətə çatdırıb. Rektor UNEC əməkdaşlarının sosial durumlarının daha da yaxşılaşdırılması məqsədilə sentyabr ayından əmək haqlarının 20%, UNEC-in Zaqatala filialında çalışan əməkdaşların əmək haqlarının isə orta hesabla 30%  artırılması barədə təkliflə çıxış edib. Təklif səsə qoyularaq Elmi Şura üzvləri tərəfindən qəbul edilib. Qeyd olunub ki, bu artımdan sonra UNEC-də professorların orta aylıq əmək haqqı 1882 manat,  dosentlərin 1270, baş müəllimlərin 1086, müəllimlərin əmək haqqı isə 950 manat təşkil edəcək. Bununla da 2014-cü ilin əvvəli ilə müqayisədə, ümumilikdə UNEC-də, eləcə də pedaqoji heyət üzrə əməkhaqqı 1,7 dəfə artmış olacaq. Xüsusilə, qeyd etmək lazımdır ki, göstərilən dövr ərzində professorların əmək haqqı 2,1 dəfə artıb.

 

UNEC Biznes Məktəbinə yüksək ixtisaslı müəllimlərin cəlb edilməsi və onların fəaliyyətinin stimullaşdırılması məqsədilə həmin məktəbdə saathesabı qaydada dərs deyən pedaqoji heyət üzvlərinə ödənilən məbləğin bir saata görə 30 manatadək artırılması təklif olunub. Təklif Elmi Şura üzvləri tərəfindən qəbul edilib.

 

Elmi Şurada UNEC-də elmi-tədqiqatların keyfiyyətinin artırılması və eləcə də professor-müəllim heyətinin elmi-tədqiqat fəaliyyətinin daha da stimullaşdırılması məqsədilə onlara “Tədqiqatçı” statusunun verilməsi haqqında qərar qəbul edilib.  Bildirilib ki, “Tədqiqatçı” statusu verilən professor-müəllim heyəti üzvünün akademik vəzifələrinin qarşısına “tədqiqatçı” sözü əlavə ediləcək və həmin şəxslərin əmək haqları əlavə olaraq 50% artırılacaq. Beləliklə, “tədqiqatçı professor” statusu alan professorlar Differensial Əmək Haqqı Sisteminə görə ödənişlərlə birlikdə 5000 manatdan yüksək əmək haqqı ala biləcəklər.

 

UNEC-də yeni tədqiqat mərkəzlərinin yaradılması barədə qərar qəbul edilib. Elmi Şuranın qərarı ilə UNEC-də Kölgə İqtisadiyyatı Tədqiqat Mərkəzi, Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzi, İslam Maliyyə Mərkəzi və Çin İqtisadiyyatı Tədqiqat Mərkəzi yaradılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Mançester Siti" Avropa Super Liqasını tərk edir 21 Aprel 2021, 00:59 ABŞ Dövlət Departamenti Rusiyanı təcavüzkar adlandırdı 21 Aprel 2021, 00:43 Paşinyan təcili Zəngəzura GETDİ 21 Aprel 2021, 00:30 Bakının mərkəzində yanğın 21 Aprel 2021, 00:15 Zelenski Putini Donbasda görüşə çağırdı 21 Aprel 2021, 00:07 “ABŞ prezidenti “erməni soyqırımı” deməməlidir” - Çavuşoğlu   20 Aprel 2021, 23:58 “Mançester Yunayted”in prezidenti istefa verdi 20 Aprel 2021, 23:53 Avropa Super Liqası ləğv olundu? 20 Aprel 2021, 23:42 Rusiya MN-dən Xudavəng AÇIQLAMASI 20 Aprel 2021, 23:27 Litvada naməlum koronavirus mutasiyası tapıldı 20 Aprel 2021, 23:11 Türkiyədə virusdan ölüm sayında yeni REKORD 20 Aprel 2021, 22:59 Samuxda yas mərasimi keçirmək istəyən şəxslər saxlanıldı 20 Aprel 2021, 22:45 İngiltərənin 2 klubu Avropa Super Liqasını tərk edəcək? 20 Aprel 2021, 22:39 Əli Əsədov Rusiyaya dəvət olundu 20 Aprel 2021, 22:25 Daşkəsəndə ağır qəza - xəsarət alanlar var 20 Aprel 2021, 22:11 İlham Əliyev Hacıqabul Sənaye Məhəlləsinin açılışını etdi - YENİLƏNİB 20 Aprel 2021, 21:59 Turan Bayramov Avropa ikincisi oldu 20 Aprel 2021, 21:49 Prezident "Qarasu" yarımstansiyasının açılışında - YENİLƏNİB 20 Aprel 2021, 21:41 Zəngilanda hava limanı tikiləcək   20 Aprel 2021, 21:35 Azərbaycan xalqı Zəngəzura qayıdacaq - Prezident 20 Aprel 2021, 21:21 Boksçumuz dünya üçüncüsü oldu 20 Aprel 2021, 21:08 “Bizi bunda ittiham edənin gərək bir faiz vicdanı olsun” – İlham Əliyev 20 Aprel 2021, 20:55 Votsapda daha bir dələduzluq - diqqətli olun 20 Aprel 2021, 20:38 UEFA-dan Avropa Super Liqası ilə bağlı bəyanat 20 Aprel 2021, 20:27 “Mina xəritələrini verməmək Ermənistanın növbəti hərbi cinayətidir” – Prezident 20 Aprel 2021, 20:20 İlham Əliyev: “Azərbaycan xalqına hər şeyi olduğu kimi deməliyəm” – MÜSAHİBƏ 20 Aprel 2021, 20:10 Azərbaycan Türkiyədən 20 milyon dollarlıq avtomobil idxal edib 20 Aprel 2021, 20:06 Avropa Şurasının Baş katibi Qarabağ bəyanatından DANIŞDI 20 Aprel 2021, 19:55 Əlillik dərəcəsi təyinatından narazı qalan qazimizə ev və maşın veriləcək 20 Aprel 2021, 19:48 Bu məhsulların ölkəyə idxalına məhdudiyyət qoyuldu 20 Aprel 2021, 19:40 Abonent qaz xəttinə müdaxilə etmək üçün bu üsula əl atdı - VİDEO 20 Aprel 2021, 19:32 Goranboyda mərasim iştirakçıları məsuliyyətə cəlb olundu 20 Aprel 2021, 19:25 Nazirlər Kabinetinin sosial müavinətlərlə bağlı qərarlarında dəyişiklik etdi 20 Aprel 2021, 19:17 Yeniyetmə su kanalında batdı 20 Aprel 2021, 19:08 Paşinyan:Heç təsəvvür edirsinizmi ki, Azərbaycanla yolların açılması bizə hansı xeyri verəcək?” 20 Aprel 2021, 19:00