Arxiv
10 Oktyabr 2019, 10:56 | AKTUAL
Bakı Ali Neft Məktəbində mühəndislər üçün layihə başladı

Bakı Ali Neft Məktəbinin (BANM) və BP şirkətinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Mühəndislər üçün biznes təhsili” layihəsinin açılış mərasimi keçirilib. Tədbirdə BANM-in rəhbərliyi, BP şirkətinin nümayəndələri və proqramda qeydiyyatdan keçən tələbələr iştirak ediblər.

 

 Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov açılış mərasimində çıxışı zamanı bildirib ki, “Mühəndislər üçün biznes təhsili” layihəsinin əsas məqsədi mühəndislik ixtisası üzrə təhsil alan tələbələrin liderlik, idarəetmə bacarıqlarının inkişaf etdirilməsi və karyera imkanlarının artırılmasıdır. Rektor qeyd edib ki, proqram mühəndislik ixtisası üzrə təhsil alan bütün ali məktəblərin tələbələri üçün nəzərdə tutulub. E.Qasımov proqramı tədris etmək üçün layihələrin idarə edilməsi sahəsində təcrübəli ekspertlərin cəlb olunduğunu da vurğulayıb.

“İngilis dilində həyata keçiriləcək layihə tələbələrin müasir biznes mühitinə daha effektli inteqrə olunmasına şərait yaradacaq. Proqramı uğurla başa vuran tələbələrə xüsusi sertifikatlar təqdim ediləcək” - deyə rektor əlavə edib.

 

Tədbirdə təqdimatla çıxış edən Bakı Ali Neft Məktəbinin Tələbələrlə iş şöbəsinin Böyük metodisti Ləman Hüseynova bildirib ki, “Mühəndislər üçün biznes təhsili”nin proqramına “Təqdimat və kommunikasiya bacarığı”, “Layihələrin idarə edilməsi”, “Vaxtın idarəedilməsi və səmərəlilik”, “Liderlik”, “Risklərin idarəedilməsi”, “Maliyyə, büdcə və xərclərə nəzarət edilməsinə giriş”, “İnsan resurslarının idarəedilməsinin əsasları”, “Danışıq bacarıqları” kimi modullar daxildir. O həmçinin qeyd edib ki, təlimlər oktyabr-dekabr ayları ərzində Bakı Ali Neft Məktəbində təşkil ediləcək.

“Proqramda Bakı Ali Neft Məktəbinin 4-ci və 5-ci kurs, digər ali təhsil müəssisələrinin mühəndislik ixtisasları üzrə təhsil alan və ingilis dili bacarıqları yüksək olan 3-cü və 4-cü kurs tələbələri iştirak edə bilər”.

 

“BP Azərbaycan” şirkətinin Tədbirlər və Brend Kommunikasiyalar üzrə meneceri Zaur Cəbrayıl isə bildirib ki, layihə iştirakçılara biznes sahəsində bilik və bacarıqlara yiyələnmək, praktiki məşğələlərdə iştirak etmək, BP, eləcə də, digər transmilli şirkətlərin aparıcı nümayəndələri ilə təcrübə mübadiləsi, Bakı Ali Neft Məktəbi və BP-nin birgə sertifikatı ilə təmin edilmək imkanları verəcək.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda korrupsiya və rüşvətxorluqla kompleks mübarizə aparılır 25 May 2020, 17:39 Prezident Pir Ömər Sultan ziyarətgahında aparılan işlərə baxdı 25 May 2020, 17:28 Biləsuvarda qoyun oğrusu saxlanıldı 25 May 2020, 17:23 Prezident Şamaxıda tikilən yeni bina ilə tanış oldu 25 May 2020, 17:13 İlham Əliyev və Mehriban Əliyeva körpələr evinin açılışında 25 May 2020, 17:06 Prezident və birinci xanım Şamaxıda Pirsaat Baba ZİYARƏTGAHINDA 25 May 2020, 17:00 İlham Əliyev Şamaxıda TAPŞIRIQ VERDİ 25 May 2020, 16:54 Türk dünyasının tarixini, milli irsini tanıdan AKADEMİYA 25 May 2020, 16:49 Votsapda 17 kq narkotik satmaq istəyən qardaşlar saxlanıldı 25 May 2020, 16:41 Bakı-Naxçıvan aviareysinin açılmasına ehtiyac var - İsa Həbibbəyli 25 May 2020, 16:31 İstanbul körpüləri Azərbaycan bayrağının rənglərilə işıqlandırılacaq 25 May 2020, 16:23 “Türk Şurası əlaqələrimizin inkişafına təkan verəcək” - Macarıstan Prezidenti 25 May 2020, 16:17 “Şollerin arxivi” filimi ABŞ-da Qranta laiq görüldü 25 May 2020, 16:15 Azərbaycanda daha 149 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü 25 May 2020, 16:06 Prezident Şamaxıya getdi - FOTO 25 May 2020, 16:02 Beynəlxalq Türk Akademiyası - 10 25 May 2020, 15:59 Şamaxının icra başçısından koronavirus AÇIQLAMASI 25 May 2020, 15:56 Ət və ət məhsullarının faydası və zərərli xüsusiyyətləri 25 May 2020, 15:47 Bu ölkədə 2 mindən çox hamilə koronavirusa yoluxub 25 May 2020, 15:39 İcra başçısının müavini koronavirusa yoluxdu 25 May 2020, 15:26 Şamaxıda kran aşdı - Ölən var - YENİLƏNİB 25 May 2020, 15:25 Dövlət başçıları İlham Əliyevi təbrik etdilər 25 May 2020, 15:17 “Qardaş xalqlarımız arasında əməkdaşlıq bundan sonra da möhkəmlənəcək” - Berdiməhəmmədov 25 May 2020, 15:09 Sabahın TELEDƏRSİ 25 May 2020, 14:59 “Bəzən pul hər şey demək deyil” - Brankadan Messi açıqlaması 25 May 2020, 14:45 Prezident açıqladı: “Koronavirusa uğurla qalib gəldik” 25 May 2020, 14:34 Biləsuvarda narkotacirlər saxlanıldı - FOTO 25 May 2020, 14:29 İranda koronavirusa yoluxmalar azalmaq bilmir 25 May 2020, 14:14 Yaponiyada fövqəladə vəziyyət rejimi ləğv edildi 25 May 2020, 13:59 “Ermənistan həqiqəti başa düşərsə, ədalətli sülhə yaxınlaşacağıq” 25 May 2020, 13:49 İlham Əliyev Zurabişviliyə məktub göndərdi 25 May 2020, 13:34 Şamaxının icra başçısı karantinə alındı 25 May 2020, 13:20 Sabahın HAVA PROQNOZU - Külək, yağış, dolu... 25 May 2020, 13:12 Türkiyədə terror aktının qarşısı alındı 25 May 2020, 13:06 Bakıda silahlı narkotacir SAXLANILDI   25 May 2020, 12:57