Modern.az

Ağstafada mikroavtobus aşdı: 9 yaralı var - Yenilənib

Ağstafada mikroavtobus aşdı: 9 yaralı var - Yenilənib

12 Oktyabr 2019, 21:27

Ağstafa rayonunda sərnişin daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində xəsarət alanların şəxsiyyətləri məlum olub.

Modern.az  "Report"a istinadən xəbər verir ki,  mikroavtobusun aşması nəticəsində Quliyeva Pərvanə (1986-cı il təvəllüdlü), Nəsibov Vüsal (1987-ci il), Babayeva Gülluf (1956-cı il), Oruclu Zöhrə (1999-cu il), Cəlilova Zülfüyə (2003-cü il), Orucova Tamilə (1986-cı il), Kərimli Rəşid (2012-ci il), Muğalova Gülnarə (1984-cü il) və Göycəliyev Pərvin (1992-i il) xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan 2-nin xəsarəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

***

Ağstafa rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az  "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Ağstafa şəhərində, körpü yaxınlığında qeydə alınıb.

Belə ki, sərnişin daşıyan mikroavtobus qəzaya uğrayıb.

İlkin məlumata görə, hadisə zamanı 10-a yaxın şəxs xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir