Modern.az

Mikroavtobus qəzaya uğradı: yaralılar var

Mikroavtobus qəzaya uğradı: yaralılar var

13 Oktyabr 2019, 12:15

İsmayıllı rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun İsmayıllının Qubaxəlilli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Yoldan çıxan "Mersedes Vito" markalı sərnişin mikroavtobusu elektrik dirəyinə çırpılaraq aşıb və nəticədə 4 nəfər xəsarət alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır