Arxiv
14 Oktyabr 2019, 11:20 | PARLAMENT
Doğrudanmı PKK-nın daxilində ermənilər var? - Musa Qasımlı yazır

Bu gün yanlış olaraq bəzi ölkələr Türkiyənin kürdlər əleyhinə əməliyyatlar apardığını deyirlər. Ancaq qardaş Türkiyə kürdlərə deyil, terrorçulara qarşı mübarizə aparır və bu yolda onu kimsə durdura bilməz. Terror təşkilatlarına daxil olaraq türk-kürd düşmənçilyini qızışdıranlardan biri də ermənilərdir. Sovet xarici kəşfiyyat materialları əsasında yazdığım və səkkiz il əvvəl İstanbulda dərc edilmiş "Taşnakların Türkiye aleyhine olan ayaklamalarda kürtleri kullanmaları" adlı məqaləmdəki (Tarih. Türk dünyası dergisi. İstanbul, 2011, Eylül, Cilt 50. Sayı 297, s. 53-55) faktlar deyilənləri sübut edir. Məqalənin Azərbaycan dilində olan versiyasını mənbələri göstərmədən sizlərə təqdim edirəm. Mənbələrə əmin olmaq istəyənlər jurnalı oxuya bilərlər.


“Daşnakların Türkiyə əleyhinə qiyamlarda kürdlərdən istifadə etməsi
(XX əsrin 20-30-cu illəri)

 

***

 

Bu gün Türkiyəyə qarşı PKK terroru xeyli şiddətlənib. Öz növbəsində Türkiyə PKK-ya ağır zərbələr vurur. Artıq neçə illərdir ki, öldürülən terrorçular arasında sünnət olunmayan şəxslərə rast gəlindiyinə dair müəyyən məlumatlar yayılır. Bunların erməni olduğu deyilir. Doğrudanmı PKK-nın daxilində ermənilər vardır? Ən mötəbər arxiv sənədləri göstərir ki, ermənilərin Türkiyəni zəiflətmək üçün istifadə etdiyi vasitələrdən biri də kürd qiyamlarını qızışdırmaq olub. Elə isə tarix nə deyir?

 

***

 

20-30-cu illərdə ermənilər Türkiyə dövlətini zəiflətmək və Anadolunda öz istəklərinə nail olmaq üçün müxtəlıif vasitələrdən istifadə edirdilər. Bunlardan biri kürdlərin qiyamlarını qızışdırmaq idi. 1925-ci ildə Diyarbəkirdə Şeyx Səid başda olmaqla bir qrup adam Türkiyədə qurulan Cümhuriyyət quruluşuna qarşı çıxış edərək xəlifəliyi bərpa etmək üçün qiyama başladı. Ancaq tarixi sənədlər göstərir ki, bu qiyamın bir sıra pərdəarxası tərəfləri vardır. Belə ki, Türkiyəni zəiflətmək üçün Daşnaksütyün Partiyası bu qiyamı qızışdırmış və kürdləri zəiflədərək həmin ərazilərə sahib olmaq üçün fəaliyyətlər göstərmişdir. Belə ki, SSRİ xarici kəşfiyyatının məlumatlarına görə, Şeyx Səidin üsyanında daşnak agenti Gevork Xalacyan fəal iştirak etmişdi. O, qiyamın genişlənməsi üçün bütün səylərini göstərmişdi. Lakin qiyam yatırıldı. Şeyx Səid 46 yoldaşı ilə birlikdə həbs olundu və məhkəmənin hökmü ilə edam edildi.


Sovet xarici kəşfiyyatının ələ keçirdiyi bir məktub Daşnaksütyun Partiyasının Qafqaz Döyüş Mərkəzinin rəhbərlərindən biri erməni əsilli polkovnik Cavaxov tərəfindən 1928-ci ildə partiyanın rəhbərliyinə yazılmışdı. Burada o, ermənilərin kürdlərin qiyamlarına yardım etməsini təsdiqləyir və qeyd edirdi ki, ermənilərlə türklər arasında tarixi qan düşmənçiliyi vardır, onu heç nə ilə söndürə bilməzsən. Ermənilər Türkiyə əleyhinə olan hər hansı bir hərəkata yardım edəcəklər. Təki bu hərəkat Türkiyəyə qarşı yönəlsin.


Daşnakların istifadə etdiyi digər bir vasitə kürd qiyamçılarının daxilinə müsəlman ad və soyadları ilə yerləşərək fəaliyyət göstərmək idi. Onlar müsəlman ad və soyadları ilə kürdlərin içərisinə daxil olaraq ölkədə qarışıqlıq yaradır və dövləti zəiflətməyə şalışırdılar. Sovet xarici kəşfiyyatının 1929-cu il 2 avqust tarixli 5№-li agentura məlumatına əsasən Ararat (Ağrı) kürdlərinin görkəmli xadimi olan Zelam bəy SSRİ ilə Türkiyə sərhədinin 15-ci sərhəd sahəsinin komendantı Mamonova məktub göndərərək görüşmək istəmiş və fayda verə biləcəyini demişdi. Sovet kəşfiyyatının məlumatına görə Zelam bəyin əsl adı Artaşes Muradyan idi. Bu məlumatdan aydın olur ki, o, Cəlali və Xaluqanlı kürd tayfaları arasında xeyli məşhur idi. Sovet sərhəd məntəqəsi komendantı onunla görüşə razılıq vermişdi. Sovet sərhəd komendantı ilə görüşə gələrkən Zelam bəy və yanındakı iki nəfər kürd həbs edilərək tərksilah edilmiş, Ermənistan SSR Dövlət Siyasi İdarəsinə göndərilmişdi.


Qeyd etmək lazımdır ki, ermənilərin belə hərəkətləri yeni bir şey deyildi. Onlar əvvəllər də belə üsullardan istifadə etmişdilər. Hələ 1913-cü ilin sentyabrın sonlarından oktyabırn 15-dək Cenevrədə keçirilən Daşnaksütyun Partiyasının qurultayında qəbul edilən qətnamədə yazılırdı: ...3. Partiya üzvlərini Osmanlı imperiyasında polis və məhkəmə idarələrində xidmətə keçirmək. 16. Panislamçı emissarlar adı altında Qafqaza öz adamlarını göndərmək, guya təbliğat yolu müsəlman əhalisini Rusiyaya qarşı qıcıqlandırmaq və üsyana qaldırmaq. Bunun nəticəsində rus hökuməti tərəfindən repressiyalar ediləcəkdir, yekunda müsəlman kütlələri zəifləyəcəkdir, beləliklə, Daşnaksütyun gələcəkdə Qafqazda öz işində müsəlmanların müqavimətinə rast gəlməyəcəkdir; bundan başqa Qafqaz müsəlmanlarının Anadolu türklərinin ermənilərə qarşı fəaliyyətdə birləşməsi təhlükəsi sovuşacaqdır.


30-cu illərdə də əsas diqqəti Türkiyə ermənilərinin azad edilməsinə yönəldən Daşnaksütyun Partiyası hətta kürd üsyançılarına müraciət də etmişdi. Bu müraciəti sovet xarici kəşfiyyatı ələ keçirmişdi. Sovet xarici kəşfiyyatının 1937-ci il 8 noyabr tarixli 4309/İst.084 №-li məlumatında bu barədə müfəssəl informasiya verilirdi. Burada Dersim və Sasunda baş verən kürd qiyamları barədə məlumat verilir və yazılırdı ki, biz ölkə daxilində baş verən prosesləri diqqətlə izləyirik və daxildə fəaliyyət göstərən qüvvələrə bütün vasitələrlə yardım edirik. Daşnaksütyun Partiyasının nümayəndələri hətta Dersimdə Səid Rza ilə görüşüb dost olduqlarını bildirmişdilər. Daşnaksütyun Partiyasının müraciətində yazılırdı: “Bizim rəhbərliyimiz altında və bizim məsləhətlərimizə uyğun olaraq kürd kəndləri, yəni, kürd tayfaları türklərə qarşı mübarizə üçün vahid rəhbərlik altında birləşdilər” . Sovet kəşfiyyat məlumatlarından aydın olur ki, daşnaklar kürd qiyamçılarını pul vəsaiti və ərzaqla da təmin edirdilər. Sovet xarici kəyfiyyat məlumatlarına əsasən hətta kürd-erməni komitəsi də fəaliyyət göstərirdi. Onların məqsədi Türkiyə, İran və İraq torpaqlarında Kürdüstan və Böyük Ermənistan yaratmaq idi.

***

Arxiv sənədləri kürd qiyamlarında erməni daşnaklarının iştirak etdiyini göstərir. Fikrimizcə, hələ ötən əsrin 20-30-cu illərində mövcud olmuş əlaqələrin bu gün də davam etməsi şübhə doğurmamalıdır.

 

Musa Qasımlı,

Milli Məclisin deputatı, professor

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Deputatdan erməni və azərbaycanlı jurnalistlərin səfərlərinə ETİRAZ 19 Noyabr 2019, 17:28 “Yaltaq kişilərin sayı durmadan artır” – Azərbaycan qadınları kişilərdən NARAZIDIR 19 Noyabr 2019, 17:16 Dilçi alimlərdən Rafael Hüseynovun təklifinə ETİRAZ: ““Diaspora” sözü yanlışdır!” 19 Noyabr 2019, 17:09 AQTA maarifləndirir - “Qida məhsullarında antibiotik təhlükəsi”   19 Noyabr 2019, 17:04 Daxili İşlər naziri yeni rəisi şəxsi heyətə TƏQDİM ETDİ 19 Noyabr 2019, 17:00 “Mədəniyyətləri meydana gətirən insandır” - Fuad Bakışlı yazır   19 Noyabr 2019, 16:53 Havalar pisləşəcək, temperatur 5-8 dərəcə enəcək - Rəsmi XƏBƏRDARLIQ 19 Noyabr 2019, 16:46 Prezident yol tikintisinə 5 milyon manat ayırdı 19 Noyabr 2019, 16:44 Xəzərdə batan neftçinin meyiti tapıldı 19 Noyabr 2019, 16:40 Sözünün ağası olanların GÜNÜ... 19 Noyabr 2019, 16:36 Prezident Pirşağı stansiyasının açılışında - YENİLƏNİB 19 Noyabr 2019, 16:35 Azercell-in Rominqi millər qazandırır! 19 Noyabr 2019, 16:32 Deputatlardan erməni jurnalistlərin Bakıya gəlişinə REAKSİYA 19 Noyabr 2019, 16:31 “Aliment Fondunun yaradılmasının tam əleyhinəyəm”  - Komitə sədri 19 Noyabr 2019, 16:24 Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib - FOTO 19 Noyabr 2019, 16:17 “Eşitdim ki, Hafiz haqqımda status yazıb” – İsa Həbibbəyli 19 Noyabr 2019, 16:14 Türkiyə 29 İŞİD üzvünü Azərbaycana deportasiya edir 19 Noyabr 2019, 16:10 Vilayət Eyvazov yeni polis əməkdaşları axtarır - QAYDALAR   19 Noyabr 2019, 16:03 “Siz məni yaman tez qabaqlayırsız” - Novruz Məmmədov prorektor təyinatından DANIŞDI 19 Noyabr 2019, 15:57 Ermənilər Qarabağda gizli artilleriya təlimləri keçirdi 19 Noyabr 2019, 15:50 Novruz Məmmədov prorektor TƏYİN OLUNDU 19 Noyabr 2019, 15:48 Oqtay Gülalıyev başqa xəstəxanaya KÖÇÜRÜLDÜ 19 Noyabr 2019, 15:42 Dövlət Agentliyi yeni çəkilən yolda yaranan çatların səbəbini araşdırır - RƏSMİ 19 Noyabr 2019, 15:35 UNESKO baş qərargahında Mədəniyyət nazirlərinin birinci Forumu keçirilir 19 Noyabr 2019, 15:27 Bir daha AŞBAZ sözünün yazılışı haqda 19 Noyabr 2019, 15:20 İbrahim Məmmədov: “Ayaz Mirzəyevlə əməkdaşlığa ümid edirəm!” 19 Noyabr 2019, 15:12 “Məhkəmə özəl ekspertlə dövlət eksperti arasında qalacaq…” - I vitse-spiker 19 Noyabr 2019, 15:04 “Arif Hacılıya və Müsavat Partiyasına yazığım gəlir” - Rauf Arifoğlu 19 Noyabr 2019, 14:49 Nazirlər Kabinetinə yeni mətbuat katibi təyin olundu 19 Noyabr 2019, 14:47 Parlamentdə diaspor müzakirələri: Görülən işlər təqdir olundu 19 Noyabr 2019, 14:42 İcra başçısı sakinlərin problemləri ilə maraqlanıb - FOTO   19 Noyabr 2019, 14:36 İsgəndər Həmidov siyasətdən GETDİ 19 Noyabr 2019, 14:30 Azərbaycanda vəzifəli şəxsin 7 milyonluq əmlakına həbs qoyuldu 19 Noyabr 2019, 14:22 Ən çox ixrac olunan kənd təsərrüfatı məhsullarımız 19 Noyabr 2019, 14:18 Benzinin doğurduğu alov: İran etirazların öhdəsindən gələ biləcək? 19 Noyabr 2019, 14:16