Modern.az

İctimai Şura uşaq pulunun ünvanlı verilməsini dəstəkləyib

İctimai Şura uşaq pulunun ünvanlı verilməsini dəstəkləyib

15 Oktyabr 2019, 17:09

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın növbəti toplantısı keçirilib.

 

Modern.az xəbər verir ki, iclasda Sosial sahədə görülən islahatların və həssas qruplarla bağlı görülən xidmətlərin və işlərin əlçatanlılığı, İctimai Şuranın il ərzində gördüyü işlərin, vətəndaş müraciətlərinə dair  fəaliyyətlərin səmərəliliyi, ƏƏSM nazirliyinin dəstəyi ilə həyata keçirilən “Xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin icrası istiqamətində nəzərdə tutulan fəaliyyətlər müzakirə olunub. İclası giriş sözü ilə açan İctimai Şura sədri Umud Mirzəyev ölkəmizdə aparılan sosial siyasətinin ildən-ilə güclənməsi və əhatə dairəsinin genişlənməsindən, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində görülən işlərdən danışıb. O, həssas qruplarla bağlı işlərin görülməsində səmərəliliyin artırılması, əlçatanlığın və ünvanlılığının təmin edilməsi istiqamətində işlərin əhəmiyyətindən danışıb. U. Mirzəyev bu gün  cəmiyyətdə  müzakirə olunan ünvanlı sosial yardım, özünü məğulluğun təmin edilməsi “uşaq pulu” məsələlərinə toxunub.   

 

O, Azərbaycanda ümumən sosial təminat növləri ilə təmin olunan uşaqların sayının 585 minə çatdığını bildirib. Bunların sırasında hərbi xidmətçilərin övladlarının, ailə başçısını itirmiş uşaqların, yeni doğulan körpələr, ünvanlı sosial yardımdan bəhrələnənlər və.s kateqoriyaların  aid edildiyini vurğulayıb. Uşaq pulu adlandırılan aylıq müavinət növünün iqtisadi-sosial əsaslandırılmasının vacib olduğunu, bu sahədə eləcə də digər sahəərdə ünvanlı yanaşmanın doğru olduğunu vurğulayıb.

 

İctimai Şuranın iclasında şura üzvləri Mirhəsən Həsənov, Əliməmməd Nuriyev, Mehriban Zeynalova dövlətin xüsusi qayğıya ehtiyacı olanlarla bağlı gördüyü işlərdən, sosial islahatların səmərəliliyinin təmin edilməsindən eləcə də xüsusi qayğıya ehtiyacı olan şəxslərin, uşaqların sosial isahatlardan bəhrələnmələri üçün ünvanlılıq prinsipindən, əhalinin aztəminatlı insanlarının informasiya bankının yaradılmasından  söz açıblar.

Şura üzvləri İradə Zeynalova, Şəhla Kərimova, Zaur Quliyev vətəndaşların sosial təminatında layiqlilərin bəhrələnməsi, təhsil, özünüməşğulluq sahəsində vətəndaşların maarifləndirilməsi məsələlərinə toxunublar. 

 

Şura üzvləri, uşaq pulları ilə bağlı məsələnin ciddi müzakirə edildiyini bu məsələdə ünvanlılığın təmin edilməsinin daha doğru olduğunu, meyarlar müxtəlifliyinin dəqiqləşdirilməsinin vacibliyini bildiriblər. Şura üzvü Məmmədhəsən Həsənov ictimai nəzarətin gücləndirilməsi, əlillərin bərpa mərkəzlərinə diqqətin artırılmasının zəruriliyini ifadə edib.

İctimai Şura üzvü Davud Rəhimli, Şəhla Kərimova sağlamlığını itirmiş müəyyən insanların da müharibə əlilləri, şəhid ailələri kimi dövlət təminatından bəhrələnməsindən, əlilliyin təyin edilməsində şəffaflıq məsələlərindən söz açıb.

 

Şura üzvləri Akif Kərimov, Mehdi Mehdiyev İctimai Şuranın əvvəlki tədbirlərində, rəsmilərlə görüşlərdə qaldırılan məsələlərin izlənilməsinin vacib olduğunu qeyd edib, əlilliyin araşdırılması üzrə komissiyanın işində vətəndaş cəmiyyəti qurumlarının iştirakından, sosial təminatın sığortalanması kimi məsələlərdən  danışıblar.

 

Şura sədri Umud Mirzəyev “Xüsusi qayğıya ehtiyacı olan şəxslərlə bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsi çərçivəsində Bakı, Gəncə, Bərdə, Quba və Sumqayıt şəhərlərində, xüsusi qayğıya ehtiyacı olan vətəndaşların maarifləndirilməsi, sosial islahatlara əlçatanlılığı məsələlərinin qiymətləndirilməsi istiqamətində keçiriləcək tədbirlərdə aktiv iştirakın əhəmiyyətindən danışıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi