Modern.az

Nazir Avropa İttifaqı ilə əməkdaşlığı müzakirə etdi

Nazir Avropa İttifaqı ilə əməkdaşlığı müzakirə etdi

15 Oktyabr 2019, 22:23

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İtaliya Respubikasının Senatının Xarici Əlaqələr daimi komissiyasının sədri Vito Petroçellinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

Xarici İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, nümayəndə heyətinə İtaliya Respublikası Senatının Xarici Əlaqələr daimi komissiyasının üzvü Cianluka Ferrara, İtaliya Respublikası Senatının Xarici Əlaqələr daimi komissiyasının katibliyinin rəhbərinin müavini Cianluka Polverari daxil olub.

Nazir Elmar Məmmədyarov Azərbaycan və İtaliya arasında mövcud olan yüksək səviyyəli münasibətləri məmnunluqla vurğulayaraq bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib. Xüsusilə enerji sahəsində mövcud əməkdaşlığı qeyd edən nazir, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans Adriatik Boru Kəmərinin tikintisin razılaşdırılmış qrafik üzrə başa çatdılmasının vacibliyini səsləndirib.

Vito Petroçelli iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı ismarışların Parlamentin təmsilçisi qismində onlar tərəfindən tam dəstəklənildiyini qeyd edib. İki ölkə arasında iqtisadi-ticarət münasibətləri ilə yanaşı, mədəniyyət sahəsində, eləcə də xalqlar arasında əlaqələrin inkişafının əhəmiyyəti ifadə olunub. Azərbaycanın “Bir kəmər, bir yol” layihəsini dəstəkləməsini məmnunluqla qeyd edən İtaliya rəsmisi bu məsələdə iki ölkənin yanaşmasının üst-üstə düşdüyünü bildirib.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə bölgədə həyata keçirilən nəqliyyat-tranzit layihələrindən bəhs edən Nazir Elmar Məmmədyarov, Şərq-Qərb bağlılıq strategiyasının inkişaf etdirilməsi yolları ilə bağlı qarşı tərəfə məlumat verib.

Tərəflər Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlıq münasibətləri, bu əməkdaşlığa İtaliyanın töhfəsi mövzusunda müzakirələr ediblər.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi