Modern.az

Yeniyetmələr maarfləndirildi

Yeniyetmələr maarfləndirildi

Aktual

16 Oktyabr 2019, 11:33

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyindən Modern.az-a verilən məlumata görə, Abşeron rayonu Masazır qəsəbəsində fəaliyyət göstərən Zəngəzur rayon  33 saylı tam orta məktəbində keçirilən tədbirə  məktəb kollektivi, yuxarı sinif şagirdləri və onların  valideyinləri  qatılıb.

 

Modern.az xəbər verir ki, tədbir  iştirakçılarına ekspert - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Sevinc Məmmədova məişət zorakılığının mənfi fəsadları ilə bağlı məlumat verib.

Tədbir çərçivəsində iştirakçılara həm də psixoloq Nailə Qasımova tərəfindən psixoloji məsləhətlər verilib.

 

Tədbirin sonunda təlim iştirakçılarına məlumatlandırıcı bukletlər təqdim edilib və onların sualları cavablandırılıb.

 

Qeyd edək ki, "Məişət zorakılığının mənfi nəticələrinin aradan qaldırılmasına dəstək"  adlı layihə  Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü