Arxiv
17 Oktyabr 2019, 09:34 | AKTUAL
Azərbaycanın real mənzərəsi

Elman Babayev


Son dövrlər hamını ciddi şəkildə o məsələ düşündürürdü və belə bir fikir hakim idi ki, cari il əvvəlki ildən əsaslı şəkildə fərqlənib, ağır bir il kimi start götürəcək. Çünki neft dünya bazarında özünün əski qiymətini qayıda bilmir, xarici ölkələrdə bundan irəli gələn problemlər diqqət mərkəzində saxlanmaqda davam edirdi.    

 

Fəqət artıq 9 ayını arxada qoyduğumuz bu il Azərbaycanda heç bir geriləmə olmadı, əksinə ölkə bütün sahələrdə nəzərəçarpaçaq irəliləmə əldə edilib. Hakimiyyət isə yaxın gələcək üçün də daha da inkişaf, güclü sosial rifah, şəffaflıq və yeni islahatlar vəd edir.

 

Prezident İlham Əliyevin keçirdiyi sonunci iqtisadi müşavirədə nitqinin ən vacib məqamlarına diqqət etdikdə, onun gələcək üçün bütün istiqamətlər üzrə söylədikləri etibarlı vəd hesab oluna bilər. Dövlət başcısı öz çıxışında yaxın gələcək üçün gercəklərin proqnozunu verməsinə cəmiyyəti inandıra bildi. Çünki Azərbaycan bundan əvvəl də məhz İlham Əliyevin rəhbərliyi ilə dünyada baş verən iqtisadi böhranlardan özünü sığortalaya bilmişdi.

Prezidentin etibarlı vədinə istinad etsək, Azərbaycanın uzunmüddətli iqtisadi proqramlarla bağlı iqtisadi siyasətində fasilə baş verməyəcək; önəmli layihələr digər layihələrdən önə çəkiləcək, sosial rifah gücləndiriləcək, məşğulluq genişləndiriləcək, şəffalıq artırılacaq, islahatlar davam etdiriləcək. 

 

Bütün bunlara güvənin və inamın mənbəyi Azərbaycanın son illərdə həyata kecirdiyi iqtisadi islahatlar, başlıcası, neft strategiyasından uğurlu faydalanmaq, neft gəlirlərinə israfcı, dağıdıcı  münasibət yox, əslində səmərəli, gələcəyi, ekstremal şəraitlərin mümkünlüyünü nəzərə alaraq münasibət göstərilməsidir. Artıq isbat olunub ki, Azərbaycan öz resursları, iqtisadi rezervləri bahasına iqtisadi inkişafa nail ola bilir.

 

Beləliklə, yaxın gələcək üçün Azərbaycana mənfi xarakterdə heç bir vəd gözlənilmir. Prezident öz ölkəsinin vətəndaşlarına etibarlı vəd verə bildi ki, düzgün iqtisadi siyasəti hesabına əhalinin sosil rifahı daha da yaxşılaşacaq, islahatlar dönməz xarakter alacaq.

 


Cari ilin 9 ayının əsas göstəriciləri Prezidentin ötən il seçkilərindən sonra verdiyi vədlərinin nə dərəcədə həyata keçməsinə və yaxın gələcək üçün Azərbaycanı nələrin gözləyəcəyinə tam aydınlıq gətirir:

 

-         doqquz ayda iqtisadi artım təmin olunub, qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çoxdur;

 

-         qeyri-neft sənayemiz 15 faizdən çox artıb və bu, dünya miqyasında rekord göstərici hesab oluna bilər;

 

-         9 ayda kənd təsərrüfatı sahəsində 7 faizdən çox artım qeydə alınıb;

 

-         xarici dövlət borcumuz çox aşağı səviyyədədir - ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir və bu göstəriciyə görə dünya miqyasında doqquzuncu yerdəyik;

 

-         inflyasiya çox aşağı səviyyədədir, 2 faizdən bir qədər çoxdur;

 

-         bu il çox ciddi və böyük sosial paket reallaşıb - 4 milyon 200 mindən çox insanın maddi vəziyyəti yaxşılaşıb, pensiyalar, əməkhaqları, müavinətlər artırılıb;

 

-         minimum pensiyanın alıcılıq qabiliyyətinin səviyyəsinə görə Azərbaycan bu gün MDB məkanında birinci yerdə, orta aylıq pensiyanın həcminə görə isə üçüncü yerdədir;

 

-         gömrük və vergi orqanları doqquz ayda büdcəyə plandan əlavə 700 milyon manatdan çox vəsait daxil ediblər;

 

-         bu il 10 mindən çox insan özünüməşğulluq proqramı ilə əhatə olunacaq;

 

-         Azərbaycan “Doing Business” hesabatında biz biznes mühitinə görə dünya miqyasında 25-ci yerdə və 20 ən islahatçı ölkə sırasında yer alıb;

 

-      Hesabata əsasən, Azərbaycan 141 ölkə arasında mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə görə 18-ci, polis orqanlarına əhali tərəfindən inamın səviyyəsinə görə 30-cu, mülkiyyət hüquqlarının qorunması sahəsində 37-ci, hökumətin, yəni, dövlətin və rəhbərliyin uzunmüddətli strategiyasına görə dünya miqyasında 10-cu, rəhbərliyin dəyişikliklərə, yəni, islahatlara meyillilik səviyyəsinə görə 5-ci, nəqliyyat infrastrukturuna görə 31-ci, yol infrastrukturuna görə 27-ci (MDB məkanında birinci), dəmir yollarının səviyyəsinə görə 34-cü, nəqliyyat xidmətlərinin səmərəliliyinə görə 12-ci, elektrik enerjisinin əlçatanlıq əmsalına görə 2-ci, fəal əhalinin rəqəmsal qabiliyyətinə görə 19-cu,  biznesi başlamaq baxımından 8-ci yerdədir.

 

Bu, Azərbaycanın real mənzərəsidir. Sevindirici hal oldur ki, Prezident əldə olunan nailiyyətlərin yetərli olmadığını bildirib və daha da inkişaf etmək üçün islahatların dərinləşdiriləcəyini vurğulayıb.  “Gələcəkdə də minimum əməkhaqqının, minimum pensiyanın artırılması üçün bizdə iradə var və imkanlar buna uyğun olmalıdır. Buna nail olmaq üçün bütün maliyyə və iqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir. Hazırda kifayət qədər çox ehtiyatlarımız var və hökumət qarşısında vəzifə qoyulub ki, biz bütün bu ehtiyatları aşkarlayaq və həm büdcə gəlirlərimizi artıraq, həm də büdcə xərclərimiz məqsədyönlü və şəffaf olmalıdır. Əsas vəzifə iqtisadi artımı daha da yüksək rəqəmlərə qaldırmaq və islahatları davam etdirməkdir”-, deyə İlham Əliyev bəyan edib.

 

Prezident İlham Əliyevin özünün də bəyan etdiyi kimi, hakimiyyətinin həyata keçirdiyi siyasətə ən böyük qiymət Azərbaycan xalqı tərəfindən verilən qiymətdir. 

 

Reallıq odur ki, əsas amalı quruculuq, rifah, abadlıq, inkişaf olan İlham Əliyevin alternativsizliyini xalq birmәnalı başa düşür vә bu siyasətin davamlı olmasını dəstəkləyir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şəhid övladının ad gününə gözlənilməz hədiyyə - VİDEO 12 Noyabr 2019, 00:46 Bakıda 15 yaşlı yeniyetmə itkin düşdü 12 Noyabr 2019, 00:30 Rusiyanın Patriarxı Bakıya gəlir 12 Noyabr 2019, 00:16 Müstəqil Azərbaycanın 24 yaşlı Konstitusiyası 12 Noyabr 2019, 00:01 SOCAR yanacaqdoldurma məntəqələrindəki sıxlıqla bağlı 11 Noyabr 2019, 23:47 FHN əməkdaşları quyuya düşən inəyi belə xilas etdi - FOTO 11 Noyabr 2019, 23:26 Salyanda qoçun vurduğu 63 yaşlı qadın xəstəxanalıq oldu 11 Noyabr 2019, 23:08 Bəşər Əsədin Moskvada 40 milyon dollarlıq daşınmaz əmlakı 11 Noyabr 2019, 22:46 Qənirə Paşayeva Şimali Makedoniyada Qarabadan danışdı 11 Noyabr 2019, 22:27 250 kiloqramlıq bomba: 13 min insan təxliyə edildi 11 Noyabr 2019, 22:11 Bakıda avtomobil gənc qadını vurdu 11 Noyabr 2019, 21:47 ABŞ hərbçilərinin Suriyada müəmmalı yer dəyişimi - VİDEO 11 Noyabr 2019, 21:34 Putin Merkellə Ukrayna üzərindən qaz nəqlini müzakirə etdi 11 Noyabr 2019, 21:17 Fransada güclü zəlzələ oldu: xəsarət alanlar var 11 Noyabr 2019, 20:58 Prezident və birinci xanım ağacəkmə aksiyasında - FOTOLAR, YENİLƏNİB 11 Noyabr 2019, 20:43 Mübariz Mənsimov Araz Əlizadəni "siyasi təlxək" adlandırdı 11 Noyabr 2019, 20:30 Türkiyə əsir götürdüyü İŞİD yaraqlılarını deportasiya edir 11 Noyabr 2019, 20:16 “Ermənistan getdikcə daha çox absurd ölkəsinə çevrilir” - Oleq Kuznetsov 11 Noyabr 2019, 20:02 Goranboyda avtomobil traktorla toqquşub, xəsarət alan var 11 Noyabr 2019, 18:43 Diaspor təşkilatından Bayraq gününə həsr olunmuş VİDEOÇARX 11 Noyabr 2019, 18:00 Azərbaycanın Xarici İşlər Nazirliyi Lavrova CAVAB VERDİ 11 Noyabr 2019, 17:59 Sabirabadda qoyun oğruları tutuldu 11 Noyabr 2019, 17:54 Ankara məktəbliləri Azərbaycan bayrağı hazırladılar - FOTOLAR 11 Noyabr 2019, 17:32 Bakıda 4 otaqlı ev yanıb külə döndü  11 Noyabr 2019, 17:31 Yaponların batırdığı ABŞ sualtı qayığı 75 ildən sonra tapıldı 11 Noyabr 2019, 17:25 MSK bələdiyyə seçkilərinə qatılacaq daha bir partiyanı qeydə aldı 11 Noyabr 2019, 17:13 Bərdədə iki avtomobil toqquşdu - xəsarət alanlar var - FOTO 11 Noyabr 2019, 16:57 “Azəriqaz” rəhbəri narazı sahibkarlarla görüşə getdi - FOTOLAR 11 Noyabr 2019, 16:39 Sabirabadda maskalı şəxslər qadınlara hücum etdi 11 Noyabr 2019, 16:24 Rusiya baş nazirinin oğlu erməni qızla evlənir - FOTO 11 Noyabr 2019, 16:05 Orta məktəblərdə 5 gün dərs olmayacaq  11 Noyabr 2019, 15:18 Lavrov ermənilərin xeyrinə DANIŞDI 11 Noyabr 2019, 15:11 Oqtay Gülalıyevdən nə xəbər var? - AÇIQLAMA 11 Noyabr 2019, 15:03 Ordumuz yeni növ silahlarla təlimə başlayır 11 Noyabr 2019, 14:47 Bakıda evdən külli miqdarda pul və qızıl-zinət oğurlandı 11 Noyabr 2019, 14:37