Arxiv
20 Oktyabr 2019, 16:02 | AKTUAL
Əli Əhmədov vətəndaşlara SƏSLƏNDİ

“Oktyabr ayının 19-da Bakıda qeyri-qanuni küçə yürüşü keçirmək, asayişi pozmaq, qarşıdurma yaratmaq cəhdləri və sosial şəbəkələr üzərindən anti-konstitusion çağırışları destruktiv qrupların fəaliyyətinin açıq təxribatlar törətmək müstəvisinə keçməsindən xəbər verir”.

 

Modern.az-ın məlumatına görə, bunu Baş nazirin müavini, YAP Sədrinin müavini - icra katibi Əli Əhmədov deyib. Ə.Əhmədov bildirib ki, küçə yürüşünün icazəsiz və adətən insanların gur olduğu yerlərdə keçirilməsi məqsədli şəkildə insanların rahatlığını pozmaq, onlarda narazılıq yaratmaq və bu zəmində ictimai sabitliyin üzərində kölgə salmaq niyyəti güdür:

"Diqqəti çəkən həm də odur ki, bütün bu qanunsuz hərəkətlər Prezident İlham Əliyevin Soçidə Valday beynəlxalq diskussiya klubunda və Aşqabadda MDB dövlət və hökumət başçılarının növbəti toplantısında Qarabağ münaqişəsilə bağlı insanlarda böyük ruh yüksəkliyi yaratmış çıxışlarından, habelə cari ilin 9 ayının yekunlarına həsr edilmiş müşavirədə daxili siyasətlə əlaqədar səsləndirdiyi ədalətli və sərt bəyanatlarından az sonraya təsadüf edir. Yəqin ki, Azərbaycanın inkişafını gözü götürməyənlər, xalqın ruh yüksəkliyinin artmasından xafa düşən xarici dairələr və daxildəki destruktiv qruplar birbaşa təxribat törətmək qərarına gəliblər".

 

Ə.Əhmədov bildirib ki, razılaşdırılmamış, deməli icazəsiz küçə yürüşləri, vətəndaş itaətsizliyinə çağırışlar aksiyaların təşkilatçısı olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının qanun müstəvisindən məqsədyönlü şəkildə kənara çıxdığını sübuta yetirir. YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycanda maraqlı dairələrin sifarişi ilə sabitliyi pozmaq, xaos yaratmaq niyyəti aydın görünür: "Destruktivlərə və onların açıq və gizli havadarlarına çirkin niyyətlərini həyata keçirməyə, ölkənin 1990-cı illərin əvvəllərində yaşadığımız müsibətləri yenidən yaşamasına imkan verilə bilməz və verilməməlidir.

Dövlət və onun müvafiq orqanları ölkədəki sabitliyi qorumağa qadirdir və ötən gün onu bir daha əyani şəkildə nümayiş etdirdi. İnanıram ki, törədilən təxribatlara və anti-kostitusion çağırışlara lazımi hüquqi qiymət veriləcək. Eyni zamanda onu da aydın şəkildə müşahidə etdik ki, xalq destruktivləri və onların yerinə yetirmək istədikləri çirkin sifarişləri qətiyyətlə pisləyir. İnsanlarımız ölkəmizdəki inkişafı və rahat həyatı yüksək qiymətləndirir. İndi hamının Prezident İlham Əliyevin ətrafında əvvəlkindən daha sıx birləşməsi zamanıdır. Təxribata və təxribatçılara ən tutarlı cavab bu ola bilər. Bütün vətəndaşları qətiyyətli olmağa, dövlətimizi və rahat həyatımızın keşiyində möhkəm dayanmağa səsləyirəm.

Gəlin birlikdə Azərbaycanı qoruyaq!"

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Aksiya zamanı 147 nəfər saxlanılıb 17 Noyabr 2019, 00:53 Güclü qara görə məktəblər bağlandı 17 Noyabr 2019, 00:37 Türkiyədə zəlzələ oldu 17 Noyabr 2019, 00:19 Azərbaycan xalqının Dirçəliş Günü - VİDEO 17 Noyabr 2019, 00:00 “Qrupdakı bütün komandalar Azərbaycan yığmasından yaxşıdır” - Nikola Yurçeviç 16 Noyabr 2019, 23:56 Aqşin Yeniseyin vəziyyəti ağırlaşdı - YENİLƏNİB 16 Noyabr 2019, 23:42 Suriyada terror: 10 ölü 16 Noyabr 2019, 23:20 İŞİD-in daha  615 üzvü təslim oldu 16 Noyabr 2019, 23:03 Azərbaycan millisi Uelsə uduzdu 16 Noyabr 2019, 22:51 İranda xalq ayağa qalxdı - FOTOLAR 16 Noyabr 2019, 22:16 İraq İranla sərhədi bağladı 16 Noyabr 2019, 21:23 Gürcüstan parlamentinin qarşısında növbəti aksiya 16 Noyabr 2019, 20:55 Bakıdakı ağır qəzada 4 nəfər yaralandı 16 Noyabr 2019, 20:34 Azərbaycan Uelslə bu heyətlə oynayacaq 16 Noyabr 2019, 20:19 Xədicə İsmayılova "Müsavat" rəhbərliyini istefaya çağırdı 16 Noyabr 2019, 20:01 “Xəyal belə etmədiyim bir yerdəyəm” – Demet Özdemir Bakıda 16 Noyabr 2019, 18:00 Sumqayıtda yolu keçən qadını maşın vurdu 16 Noyabr 2019, 17:59 “Sovet hakimiyyəti başa düşürdü ki, Meydan hərəkatı xalqı müstəqilliyə aparır” - Tapdıq Fərhadoğlu 16 Noyabr 2019, 17:46 Milli Qəhrəmanlara heykəl qoyma ənənəsi davam etdiriləcək? 16 Noyabr 2019, 17:18 Benzin bahalaşdı, İran qarışdı - ölən və yaralananlar var 16 Noyabr 2019, 16:53 İlham Əliyev Latviyalı həmkarına məktub göndərdi 16 Noyabr 2019, 16:45 Məzahir Pənahov: “22 min 529 nəfərin namizədliyi qeydə alınıb” 16 Noyabr 2019, 16:31 Prezident Oman Sultanını təbrik etdi 16 Noyabr 2019, 16:22 BDU kollektivi universitet ərazisinə 650 ağac əkdi 16 Noyabr 2019, 16:07 Zakir Həsənov orduya əmr etdi: təlimlərin sayı artırılsın 16 Noyabr 2019, 15:56 Vilayət Eyvazov İnterpolun yeni rəisini şəxsi heyətə təqdim etdi 16 Noyabr 2019, 15:45 “Azəriqaz” qazanxalara qaz verməyə başladı - iki dövlət qurumu ANLAŞDI 16 Noyabr 2019, 15:33 Göygöldə hadisə yerindən qaçan sürücü tutuldu 16 Noyabr 2019, 15:15 Paytaxt istiliksiz qaldı: “Azəriqaz” “Azəristiliktəchizat”a qaz vermir - PROBLEM 16 Noyabr 2019, 14:51 Leyla Məmmədovadan fermerlərə MÜRACİƏT: “Onlara inanmayın” 16 Noyabr 2019, 14:26 Arpa ilə bədənin TƏMİZLƏNMƏSİ 16 Noyabr 2019, 14:08 Siz hardasınız, XANKƏNDLİLƏR? 16 Noyabr 2019, 13:46 Ərdoğan Atatürkdən sonra Türkiyənin ən böyük lideridir? 16 Noyabr 2019, 13:37  “Azərsu” sədri Mingəçevirdə qəbul keçirdi 16 Noyabr 2019, 13:28 Daha bir jurnalist bələdiyyə seçkilərinə QATILDI 16 Noyabr 2019, 13:27