Modern.az

Prezident çağırış etdi - Digər pensiyaçı məmurlardan kimlər istefa verəcək?..

Prezident çağırış etdi - Digər pensiyaçı məmurlardan kimlər istefa verəcək?..

21 Oktyabr 2019, 21:44

Prezidenti İlham Əliyev oktyabrın 21-də Baş Nazirin müavinləri Əli Həsənovu və Hacıbala Abutalıbovu vəzifədən azad edilmələri ilə bağlı verdikləri ərizə ilə əlaqədar qəbul edib. Dövlət başçısı onları pensiyaya yola salıb.

Modern.az xəbər verir ki, dövlət başçısı 71 yaşlı Əli Həsənova və 75 yaşlı Hacıbala Abutalıbova indiyə kimi göstərdikləri fəaliyyətə görə təşəkkür edib.

İlham Əliyev Baş Nazirin müavini postundan pensiyaya yola salınan hər iki qocaman məmura Nazirlər Kabinetinin tərkibinə nisbətən cavan kadrların cəlb olunduğunu xatırladaraq deyib ki, ölkəyə yeni Baş Nazir təyin edilib, Nazirlər Kabineti qarşısında yeni vəzifələr qoyulub. 

İlham Əliyev üzünü Əli Həsənova tutaraq deyib: “Bir də ki, siz pensiya yaşına çatmısınız, 71 yaşınız var və əlbəttə, gənc kadrlara yer vermək üçün hesab edirəm ki, siz yaxşı nümunə göstərirsiniz. Ümid edirəm ki, iqtidar komandasında təmsil olunan digər yoldaşlara da bu, yaxşı bir örnək olacaqdır”. 

Dövlət başçısı oxşar sözləri Hacıbala Abutalıbova da deyərək, iqtidardakı yaşlı məmurlara dolayısı ilə çağırış edib: “Yaşınız da artıq 75-i keçibdir və əlbəttə ki, daha gənc nəslə yol vermək lazımdır. Ona görə sizin ərizə ilə mənə müraicətinizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər. Hər halda mən buna ümid edirəm”.

İndi ölkə ictimaiyyəti Azərbaycan Prezidentinin pensiya yaşını keçmiş məmurlara çağırışına reaksiyasını maraqla gözləyir. İqtidar komandasında isə yaşı 65-i ötmüş xeyli məmur  təmsil olunur:  Baş Nazirin 1-ci müavini Yaqub Eyyubov (74 yaş), Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə (74 yaş), səhiyyə naziri Oqtay Şirəliyev (69 yaş), Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə (85 yaş) və digərləri...




A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir