Modern.az

Ərdoğan İranı QINADI: “Ruhani onları susdurmalı idi”

Ərdoğan İranı QINADI: “Ruhani onları susdurmalı idi”

22 Oktyabr 2019, 13:01

“İran Türkiyənin Suriyanın şimalında keçirdiyi "Barış pınarı" antiterror əməliyyatına qarşı müxtəlif reaksiyalar gəlib”.

 

Modern.az xəbər verir ki, bu sözlərui Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“İranın verdiyi bəzi açıqlamalar məni narahat edir. 15-20 il əvvələ baxaq, mənim İranın nüvə silahı məsələsində hansı mövqe tutduğum aydın şəkildə görünər. Mənim mövqeyim gizli deyil, bütün dünya məlumatlıdır. İran Prezidenti Həsən Ruhani deməsə də, bizm keçirdiyimiz “Barış pınarı” əməliyyatında qarşı İrandan reaksiyalar gəlir. Ruhani belə reaksiyalar verənləri susdurmalı idi. Onların bu reaksiyası yalnız bizi deyil, bütün dostlarımızı da narahat edir. Biz Soçi müqaviləsini imzalayan 3 ölkədən biriyik. Bir sənədə imza atmış, eyni prosesin iştirakçısı olan ölkə digərinə belə xəyanət edərmi?  Ona görə də İrandan “Barış pınarı” əməliyyatına  verilən reaksiyalara görə onları ciddi şəkildə qınayıram”.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir