Arxiv
23 Oktyabr 2019, 11:45 | AKTUAL
Nazir: “Macarıstanla 40-dan çox sənəd imzalanıb”

Macarıstanın Azərbaycandakı səfirliyi ölkəsinin Milli bayramı münasibətilə rəsmi qəbul təşkil edib. Azərbaycan və Macarıstanın dövlət himnləri səsləndirilib. Macarıstanın ölkəmizdəki səfiri Viktor Szederkenyi ölkəsinin müstəqillik tarixindən, Azərbaycan-Macarıstan  əlaqələrinin inkişafından bəhs edib. 

Modern.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, “Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiya”nın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev dost Macar xalqını İnqilab və Azadlıq döyüşünün 63-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Hökuməti adından təbrik edib. 

 

Nazir bildirib ki, bu gün Azərbaycan-Macarıstan əlaqələri yüksək səviyyədə inkişaf edir. Siyasi və iqtisadi əlaqələrin strateji xarakter daşıması şübhəsiz, iki ölkənin dövlət başçıları tərəfindən əməkdaşlığa verilən böyük önəmdən irəli gəlir.  2014-cü ilin noyabr ayında Budapeşt şəhərində Azərbaycan və Macarıstanın rəhbərləri tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” bir çox istiqamətlərdə, o cümlədən siyasi sahədə əməkdaşlığın dərinləşməsində mühüm addımdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini əks etdirən müddəaların Bəyannamədə yer alması məhz iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun və strateji tərəfdaşlığının göstəricisi hesab oluna bilər. 

S.Babayev ölkələrimiz arasında həyata keçirilmiş yüksək səviyyəli səfərlər zamanı əldə edilmiş razılaşmaların, imzalanmış sənədlərin mövcud əlaqələrin hüquqi bazasının formalaşdırılmasını təmin etdiyini, ümumilikdə 40-dan çox sənədin imzalandığını qeyd edib. O, Macarıstanın Baş naziri Viktor Orbanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən VII Zirvə Görüşündə iştirakını xüsusi qeyd edib. Eyni zamanda, Macarıstanın Xarici İşlər və Ticarət naziri, Hökumətlərarası Birgə Komissiyanın həmsədri Peter Siyyartonun son yeddi ildə Azərbaycana 8 dəfə səfər etməsini, ölkələrimiz arasındakı əməkdaşlığa göstərdiyi dəstəyi vurğulayıb. İki ölkə arasında mövcud olan Hökumətlərarası Komissiyanın əməkdaşlığın inkişafında mühüm rolunu qeyd edən nazir bu günə qədər Komissiyanın 6 iclasının keçirildiyini və 7-ci iclasın gələn il Budapeşt şəhərində keçirilməsinə dair razılıq əldə edildiyini bildirib.

S.Babayev ticarət əlaqələrinin inkişaf etdirilməsinin iqtisadi əməkdaşlığımızın mühüm tərkib hissəsi olduğunu deyib. Qeyd edib ki, 2019-cu ilin yanvar-avqust aylarında Azərbaycanın Macarıstan ilə ticarət dövriyyəsinin həcmi 24,39 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 23,85 mln. ABŞ dolları, ixracın həcmi 0,54 mln. ABŞ dolları təşkil edib. Ümumilikdə, 1995-2019-cu illər ərzində Macarıstandan Azərbaycana 23,2 mln. dollar, Azərbaycandan Macarıstana isə 12 mln.dollar həcmində investisiya qoyulub. 2017-ci ildə “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə ölkəmizin ixrac missiyasının Macarıstana səfəri, həmçinin Macarıstan da daxil olmaqla Mərkəzi Avropa üzrə Azərbaycanın ticarət nümayəndəsinin təyin edilməsi bu istiqamətdə görülən mühüm işlərdir. Qeyd edilən tədbirlər ticarət əlaqələrinin inkişafına müsbət töhfəsini verəcəkdir.   

Ticarət, nəqliyyat, kənd təsərrüfatı, xidmət sahələri üzrə 11 Macarıstan şirkətinin ölkəmizdə uğurla fəaliyyət göstərdiyini bildirən S.Babayev investisiya sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu deyib. 2016-cı ilin mart ayından ölkələrimiz arasında birbaşa hava əlaqəsinin bərpa edilməsinin biznes və turizm sahəsində əməkdaşlığın genişlənməsinə töhfə  verdiyini bildirib.  

Nazir birgə səylər nəticəsində Azərbaycan-Macarıstan  əlaqələrinin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyini diqqətə çatdırıb, əlamətdar gün münasibətilə bir daha təbrikini ifadə edərək, dost Macar xalqına firavanlıq arzulayıb. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyənin keçmiş baş qərargah rəisi vəfat etdi 21 Noyabr 2019, 10:02 Təhsil Nazirliyinin İdarəetmə Qrupunun vəzifələri bilindi - QƏRAR 21 Noyabr 2019, 09:59 Rektor tələbələrə daha 10 tövsiyə verdi: “Tanrıya şükr edin” 21 Noyabr 2019, 09:47 Bakıda ana və iki uşağı dəm qazından ZƏHƏRLƏNDİ 21 Noyabr 2019, 09:44 Ombudsmanın mətbuat katibi işdən çıxdı 21 Noyabr 2019, 09:39 Ermənistan atəşkəsi 22 dəfə pozub 21 Noyabr 2019, 09:36 Bakıda avtobus qəzası: 6 nəfər xəsarət aldı 21 Noyabr 2019, 09:29 Çoxuşaqlı müğənnilər - Xuraman, Elnarə, Gülyanaq və digərləri...   21 Noyabr 2019, 09:21 Bir şəklin tarixçəsi: İsa Qəmbərlə Məzahir Pənahovun “Seçki DUELİ” 21 Noyabr 2019, 08:37 Azərbaycanda ipoteka kreditləri: Kənarda qalanlar, güzəşt olunanlar... 21 Noyabr 2019, 08:29 Fərid Şəfiyev: Dağlıq Qarabağ ermənilərin son arzusu deyil 21 Noyabr 2019, 08:25 Yeni Azərbaycan Partiyası 27 yaşına çatdı 21 Noyabr 2019, 08:18 Manatın bugünkü MƏZƏNNƏSİ 21 Noyabr 2019, 08:16 Sürücülər üçün dünyanın ən arzuolunmaz şəhəri 21 Noyabr 2019, 00:48 "WhatsApp"da boşluq aradan qaldırıldı 21 Noyabr 2019, 00:30 Soçidə 6 hektar meşə yanıb kül oldu 21 Noyabr 2019, 00:13 Samuxda qaz sızmasından partlayış  20 Noyabr 2019, 23:53 Azərbaycan nefti ucuzlaşıb 20 Noyabr 2019, 23:37 Bakıda "Qoşa çinar" restoranı yandı 20 Noyabr 2019, 23:19 Naxçıvanda qanunsuz yaşayan 36 əcnəbi aşkarlanıb 20 Noyabr 2019, 22:59 Azərbaycana gələnlərin sayı artdı - SƏBƏB 20 Noyabr 2019, 22:43 Bu ölkənin Azərbaycana 7 milyon dollar borcu var 20 Noyabr 2019, 22:24 İrandan ABŞ-a etiraz notası 20 Noyabr 2019, 22:11 "Kürdlərin geri çəkilməsi prosesi başa çatıb" - Lavrov 20 Noyabr 2019, 21:58 Kürdəmirdə ağr qəza: Ölən və yaralanan var 20 Noyabr 2019, 21:42 Bərdədən Bakıya ziyarətgaha gələn ruhi xəstə qadın itkin düşdü 20 Noyabr 2019, 21:31 QDİƏT-in iclasında erməni təxribatının qarşısı alındı 20 Noyabr 2019, 21:14 Qarakənd üzərində vertalyotu kim vurdu? - Hadisə yerinə ilk çatan jurnalist DANIŞDI 20 Noyabr 2019, 21:07 AFFA-ya sərt tənqid: Futbolu 23 il əvvələ qaytardınız - VİDEO 20 Noyabr 2019, 20:49 "Rusiya ilə Azərbaycan qarşılıqlı əlaqələrini genişləndirir" - Valentina Matviyenko 20 Noyabr 2019, 20:29 QHT Şurası 18 dövlət orqanı ilə birgə müsabiqə elan etdi 20 Noyabr 2019, 20:16 Gəncədə daha bir qadın itkin düşdü 20 Noyabr 2019, 20:01 Dünyanın ən yaxşı pasportları açıqlandı - Azərbaycan 100-lüyə düşmədi 20 Noyabr 2019, 19:59 İrəvanda etiraz aksiyası keçirilir 20 Noyabr 2019, 19:56 “Ölkəyə gətirilən ərzaq məhsullarının tərkibi əsil xəstəlik mənbəyidir” - Deputat həyəcan təbili çaldı 20 Noyabr 2019, 19:41