Arxiv
23 Oktyabr 2019, 14:29 | AKTUAL
“9 ayda 90 minə yaxın əmək müqaviləsi qeydə alınıb” - Vergilər Nazirliyi

2019-cu ilin yanvar-sentyabr aylarında vergi orqanlarının xətti ilə icmal büdcəyə 7 milyard 683,1 milyon manat vəsait daxil olub ki, bunun da 5 milyard 608,7 milyon manatı dövlət büdcəsinə ödənilmiş vergilər, 2 milyard 74,4 milyon manatı isə Dövlət Sosial Müdafiə Fonduna ödənilmiş sosial və işsizlikdən sığorta haqlarıdır.

 

Bu barədə Vergilər Nazirliyinin Media və kommunikasiya idarəsindən Modern.az-a verilən məlumatda bildirilib.

 

Rəsmi məlumata görə, Vergilər Nazirliyi tərəfindən vergi daxilolmaları üzrə proqnoza 106,4 faiz əməl olunub:

“Proqnoza nisbətən 337,5 milyon manat, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz və ya 302,8 milyon manat məbləğində artıq vəsait daxil olub. Vergi daxilolmalarının 70,0 faizi qeyri-neft-qaz sektorunun, 30,0 faizi neft-qaz sektorunun payına düşüb. Cari ilin 9 ayında 2019-cu il üzrə illik vergi proqnozunun 76,7 faizi, o cümlədən qeyri-neft-qaz sektoru üzrə illik proqnozun 78,9 faizi icra olunub.

Hasilatın Pay Bölgüsü sazişləri üzrə neft hasilatının aşağı düşməsi şəraitində neft-qaz sektoru üzrə vergi daxilolmalarında azalma müşahidə edilir. 2019-cu ilin 9 ayında neft-qaz sektorundan daxilolmalar əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz azalsa da, bu azalma qeyri-neft-qaz sektorundan daxilolmaların artımı hesabına artıqlaması ilə kompensasiya olunub.

Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 12,6 faiz və ya 439 milyon manat artaraq 3 milyard 928,8 milyon manat təşkil edib. Qeyri-neft-qaz sektoru üzrə proqnoz 110,1 faiz icra olunub, proqnozdan əlavə 361,1 milyon manat vergi toplanıb.

Qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə daxilolmalar 14,1 faiz artıb və sektorda ÜDM-nin nominal artım tempini üstələyib. Özəl bölmənin qeyri-neft vergi daxilolmalarında xüsusi çəkisi isə 77,3 faizə qalxıb. Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları üzrə könüllü ödənişlərin xüsusi çəkisi 92 faizə çatıb”.

 

Eyni zamanda qeyd edilib ki, qeyri-neft-qaz sektorundan vergi daxilolmalarında yüksək artım templəri, əsasən, ƏDV, aksiz, mənfəət, əmlak və torpaq vergisi üzrə qeydə alınıb:

“Torpaq vergisi üzrə daxilolmalarda artım 51,7 faiz, əmlak vergisi üzrə 41,9 faiz, mənfəət vergisi üzrə 24,5 faiz, ƏDV üzrə 20,2 faiz, aksizlər üzrə isə 4,8 dəfə təşkil edib. Vergi daxilolmalarının strukturunda ƏDV, aksiz, əmlak və mənfəət vergilərinin xüsusi çəkisinin artımı müşahidə olunur. Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının strukturunda ƏDV-nin xüsusi çəkisi 34,4 faizə, mənfəət vergisi üzrə 26,1 faizə qalxıb.

Bu tədiyələrdə yüksək artım dinamikası dövriyyələrin şəffaflaşdırılması şəraitində müşahidə olunmaqdadır. Cari ilin 9 ayında qeyri-neft-qaz sektorunun bütün fəaliyyət sahələrində vergi daxilolmalarının artımı müşahidə edilib. Daxilolmalarda ən yüksək artım templəri rabitə sahəsində (34,5 faiz), bank və sığorta sektorunda (30,6 faiz), pərakəndə ticarət sektorunda (21,8 faiz), xidmət sektorunda (17,6 faiz), nəqliyyatda (14,2 faiz), digər fəaliyyət sahələrində (21,8 faiz) qeydə alınıb.

Vergi inzibatçılığının təkmilləşdirilməsi və rəqəmsallaşdırılması sahəsində görülən işlər nəticəsində iqtisadi fəaliyyət sahələrində real vergi potensialının aşkarlanması və bu əsasda büdcəyə vergi daxilolmalarının artırılması təmin olunmaqdadır. Bu, özünü xüsusilə ƏDV üzrə daxilolmaların dinamikasında göstərir. Cari ilin 9 ayında ƏDV üzrə daxilolmanın artım tempi 20 faizdən çox olub. Bir sıra fəaliyyət sahələrində, o cümlədən ticarət, nəqliyyat, kənd təsərrüfatında və digər sahələrdə bu artım 30 faizdən yuxarıdır.

2019-cu ilin yanvar-sentyabr aylarında regionlardan vergi daxilolmaları 12,2 faiz artıb, regionların ümumi vergi daxilolmalarında xüsusi çəkisi 10,2 faizə yüksəlib.

İqtisadiyyatda leqallaşma prosesləri özünü aktiv vergi ödəyicilərinin, o cümlədən ƏDV ödəyicilərinin və aktiv obyektlərin sayında da büruzə verir. Cari ilin oktyabr ayının 1-nə ötən ilin müvafiq dövrü ilə müqayisədə aktiv vergi ödəyicilərinin sayı 13,0 faiz, aktiv ƏDV ödəyicilərinin sayı 38,5 faiz, aktiv obyektlərin sayı isə 12,6 faiz artıb”.

 

Nazirlik bəyan edib ki, “Kölgə iqtisadiyyatı”nın miqyasının azaldılmasına yönəlmiş vergi islahatları çərçivəsində əmək münasibətlərinin şəffaflaşdırılması xüsusi yer tutur:

“2019-cu ildə qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə fiziki şəxslərin aylıq əmək haqlarının 8 min manatadək olan hissəsinin gəlir vergisindən azad edilməsi bu sahədə iş yerlərinin və əmək gəlirlərinin şəffaflaşmasına şərait yaradıb. Cari ilin 9 ayı ərzində qeyri-dövlət bölməsində 90 minə yaxın yeni əmək müqaviləsi qeydə alınıb ki, bu da həmin dövr ərzində artmış əmək müqavilələri sayının 71,4 faizini təşkil edir.

Bu şəraitdə sosial sığorta haqları üzrə daxilolmalar 20,6 faiz artıb, proqnoz 107,2 faiz icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 21,9 faiz artıb, proqnoz 108,7 faiz icra edilib. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 40,3 faiz artıb, proqnoz 107,3 faiz icra edilib. Qeyri-büdcə təşkilatları üzrə həmin daxilolmalar 44,8 faiz artıb, proqnoz isə 110,4 faiz icra edilib”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Tbilisidə parlament binası qarşısında aksiya bərpa edilib 19 Noyabr 2019, 19:45 Yerevan Psixiatriya Klinikasının pasiyentləri aclığa başladılar 19 Noyabr 2019, 19:37 Saatlıda yolu keçən piyadanı avtomobil vurub öldürdü 19 Noyabr 2019, 19:26 Mirzə Cəlilin kötükçəsi Azərbaycan papağı ilə - FOTO 19 Noyabr 2019, 19:24 “Moody’s” 2020-ci ildə dünya iqtisadiyyatının inkişafı qarşısında duran əsas riskləri açıqlayıb 19 Noyabr 2019, 19:19 "Baklift-2"nin sabiq rəisi barəsində cinayət işi başlanıb 19 Noyabr 2019, 19:06 Gənc jurnalistin müsahibəsi Cəlil Məmmədquluzadənin nəticəsini necə Bakıya gətirdi... 19 Noyabr 2019, 19:03 Salyanda 27 yaşlı qadın dəm qazından boğulub 19 Noyabr 2019, 18:45 Lənkəranda zəlzələ olub 19 Noyabr 2019, 18:32 80 yaşını qeyd etməli olan 70 yaşlı Sumqayıt FOTOLARDA 19 Noyabr 2019, 18:29 "Gəncə-Ağstafa sürətli dəmir yolunun işə salınması istiqamətində işlər gedir" - Prezident 19 Noyabr 2019, 18:02 Azəbaycan müəllimlərinə İsraildə təlim kursu keçirilir 19 Noyabr 2019, 17:50 Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib 19 Noyabr 2019, 17:43 “Məktəblinin dostu” layihəsi 19 Noyabr 2019, 17:36 Mina Abbasova 312 gimnast arasında 2-ci yerə çıxdı - FOTO 19 Noyabr 2019, 17:30 Deputatdan erməni və azərbaycanlı jurnalistlərin səfərlərinə ETİRAZ 19 Noyabr 2019, 17:24 “Yaltaq kişilərin sayı durmadan artır” – Azərbaycan qadınları kişilərdən NARAZIDIR 19 Noyabr 2019, 17:16 Dilçi alimlərdən Rafael Hüseynovun təklifinə ETİRAZ: ““Diaspora” sözü yanlışdır!” 19 Noyabr 2019, 17:09 AQTA maarifləndirir - “Qida məhsullarında antibiotik təhlükəsi”   19 Noyabr 2019, 17:04 Daxili İşlər naziri yeni rəisi şəxsi heyətə TƏQDİM ETDİ 19 Noyabr 2019, 17:00 “Mədəniyyətləri meydana gətirən insandır” - Fuad Bakışlı yazır   19 Noyabr 2019, 16:53 Havalar pisləşəcək, temperatur 5-8 dərəcə enəcək - Rəsmi XƏBƏRDARLIQ 19 Noyabr 2019, 16:46 Prezident yol tikintisinə 5 milyon manat ayırdı 19 Noyabr 2019, 16:44 Xəzərdə batan neftçinin meyiti tapıldı 19 Noyabr 2019, 16:40 Sözünün ağası olanların GÜNÜ... 19 Noyabr 2019, 16:36 Prezident Pirşağı stansiyasının açılışında - YENİLƏNİB 19 Noyabr 2019, 16:35 Azercell-in Rominqi millər qazandırır! 19 Noyabr 2019, 16:32 Deputatlardan erməni jurnalistlərin Bakıya gəlişinə REAKSİYA 19 Noyabr 2019, 16:31 “Aliment Fondunun yaradılmasının tam əleyhinəyəm”  - Komitə sədri 19 Noyabr 2019, 16:24 Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib - FOTO 19 Noyabr 2019, 16:17 “Eşitdim ki, Hafiz haqqımda status yazıb” – İsa Həbibbəyli 19 Noyabr 2019, 16:14 Türkiyə 29 İŞİD üzvünü Azərbaycana deportasiya edir 19 Noyabr 2019, 16:10 Vilayət Eyvazov yeni polis əməkdaşları axtarır - QAYDALAR   19 Noyabr 2019, 16:03 “Siz məni yaman tez qabaqlayırsız” - Novruz Məmmədov prorektor təyinatından DANIŞDI 19 Noyabr 2019, 15:57 Ermənilər Qarabağda gizli artilleriya təlimləri keçirdi 19 Noyabr 2019, 15:50