Arxiv
31 Oktyabr 2019, 13:20 | PARLAMENT
Deputatlar “Primakov müsabiqəsi”nə ETİRAZ etdilər: “Təşkilatçılar üzr istəməlidirlər”

Bakı Slavyan Universitetinin (BSU) bir qrup tələbəsi vaxtilə Azərbaycanda 20 Yanvar qırğınının törədilməsində iştirak etmiş sovet və Rusiya dövlət xadimi Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı keçirilimiş esse müsabiqəsində iştirak edib. Universitetdə keçirilən bu tədbir cəmiyyətdə heç də yaxşı qarşılanmayıb.

 

Modern.az məsələ ilə bağlı Milli Məclisin deputatlarının fikrini öyrənməyə çalışıb.

 

Deputat Qüdrət Həsənquliyev deyib ki, Primakov 1990-cı ildə Bakıda 20 Yanvar qırğınının törədilməsində birbaşa rolu olmuş şəxs, 20 yanvar canisidir.


“Belə bir adamla bağlı Azərbaycanın istənilən dövlət təsisatında yubiley tədbiri keçirmək yolverilməzdir. Mən Bakı Slavyan Universitetində keçirilən bu tədbiri qətiyyətlə pisləyirəm. Bu tədbirin keçirilməsi 20 Yanvar şəhidlərinin ruhuna, ümumiyyətlə Azərbaycan xalqına təhqirdir. Hesab edirəm ki, təşkilatçılar üzr istəməlidirlər”.

 

Deputat Tahir Kərimli də BSU-dakı tədbiri pisləyib:

“Yevgeni Primakov Rusiyanın dövlət adamı idi. Yəhudi əsilli olsa da, onun Rusiyada müəyyən qədər nüfuzu var, onunla bağlı hansısa tədbirin keçirilməsi, sərginin olması bizim işimiz deyil. Söhbət onunla bağlı tədbirin Azərbaycanda keçirilməsindən gedir, bu isə heç də doğru deyil. Mən Azərbaycanda belə bir tədbirin keçirilməsini qınayıram, çünki bu belə olmamalıdı, hər zaman bir tədbir keçirəndə Primakovun Azərbaycan xalqına, Azərbaycan xalqının Primakova münasibəti ortada olmalıdı. Bu münasibətlər qarşılıqlı mənfi olub. O, SSRİ Nazirlər kabinetinin sədri idi, açıqca ermənipərəst mövqeyini etiraf elədi. Yeri gəlmişkən, o, Ermənistanın milli qəhrəmanıdır. O müsahibəsində “Qorbaçov məndən sonuncu dəfə soruşdu, Azərbaycanda nə etmək lazımdır, mən birbaşa dedim ki, hərəkətə keçmək lazımdı. Tapşırığı verdim və 20 yanvar qırğını törədildi” deyib. O, bununla özünün və Qorbaçovun qatil olmasını gizləmir. Düzdü, Yevgeni Primakov bunu diliylə demir, amma biz bilirik ki, o zaman Azərbaycandakı hadisələrə siyasi cəhətdən o məsuliyyət daşıyırdı, hərbi cəhətdən isə Yazov məsuliyyət daşıyırdı.

20 yanvar bizim dirçəlişimizə təsir etsə də, SSRİ-nin dağılmasını sürətləndirsə də, eyni zamanda xalqımıza qarşı böyük qətliam idi. Bakı Slavyan Universitetində Primakova belə bir tədbir keçirilməsini qınayıram. Mən bununla bağlı dinməyə bilərdim, amma Dövlətimin və millətimin mənafeyi məcbur edir ki, danışım, etirazımı bildirim”.

 

Deputat Fəzail Ağamalı da bildirib ki, Azərbaycanda belə bir tədbirin keçirilməsinə mənfi yanaşır:

“Primakov Azərbaycanda 1990-cı il 20 yanvar faciəsinin təşkilatçılarından biridir.  Onunla bağlı esse müsabiqəsi və sərginin Azərbaycanda keçirilməsi doğru deyil, bunu pisləyirəm. Mən bildiyim qədər bu sərgini keçirən Azərbaycandakı Rus İcmasıdır. Onlar bizim dəyərli yurddaşlarımızdı, onların hər birinə böyük hörmətimiz var, uzun illərdir ki, bir bir yerdə yaşayırıq. Lakin belə məsələlərdə onlar diqqətli olmalıdırlar. Onlar bunu bilməlidir ki, Primakov Azərbaycanın ictimai şüurunda çox mənfi və 20 Yanvar faciəsini törədənlərdən biri kimi əks olunub. Təəssüf edirəm ki, bu nəzərə alınmadan Bakı Slavyan Universiteti də onunla bağlı müsabiqə təşkil edib”, - deyə F.Ağamalı bildirib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ömürü uzadan meyvə şirəsi 21 Yanvar 2021, 08:22 Təhlükəli virus Çinə də çatdı 21 Yanvar 2021, 04:17 ABŞ-ın yeni prezidenti müsəlmanlarla bağlı qadağanı ləğv etdi 21 Yanvar 2021, 03:46 “Heç kimlə döyüşmək istəmirəm” - Həbib 21 Yanvar 2021, 01:01 Co Baydendən ilk təyinatlar 21 Yanvar 2021, 00:50 Xırdalanda yol qəzası - xəsarət alan var 21 Yanvar 2021, 00:39 “Mançester Siti” liderliyə yüksəldi 21 Yanvar 2021, 00:24 ÜST peyvənd pasportlarını tövsiyə etmədi 21 Yanvar 2021, 00:10 Madriddəki partlayışda yaralananların sayı artdı 20 Yanvar 2021, 23:58 Teledərslərin yanvarın 21-nə olan CƏDVƏLİ 20 Yanvar 2021, 23:47 Çindən ABŞ-a sanksiya 20 Yanvar 2021, 23:33 Türkiyəli siyasətçilərdən 20 Yanvar paylaşımı 20 Yanvar 2021, 23:20 Baydenin andiçməsindən maraqlı anlar 20 Yanvar 2021, 23:07 Azərbaycanda iqtisadi artımın bərpa olunacağı gözlənilir - Mikayıl Cabbarov 20 Yanvar 2021, 22:56 İspan futbolçu tarixə düşdü 20 Yanvar 2021, 22:40 Trampın Baydenə yazdığı məktubun məzmunu məlum oldu - FOTO 20 Yanvar 2021, 22:34 Bakıda yataqxana binasında yanğın 20 Yanvar 2021, 22:21 “Qalatasaray” 3 xalı 6 qolla qazandı 20 Yanvar 2021, 22:12 Azərbaycanın hərbi gücünə görə reytinqi açıqlandı 20 Yanvar 2021, 22:01 Paşinyan parlamentə güllə keçirməyən jiletdə gəldi 20 Yanvar 2021, 21:50 “Məqsəd demokratiyadır” - ABŞ-ın yeni prezidenti 20 Yanvar 2021, 21:38 Mobil operatorların gəlirləri açıqlandı 20 Yanvar 2021, 21:27 Ermənistan rəhbərliyi erkən seçkilərə hazırdır 20 Yanvar 2021, 21:18 Co Bayden and içdi - VİDEO 20 Yanvar 2021, 21:02 Tramp Baydenə məktub yazdı 20 Yanvar 2021, 20:57 DİN-in "Telegram" kanalı yaradıldı 20 Yanvar 2021, 20:49 Britaniyada virusdan rekord sayda ölüm 20 Yanvar 2021, 20:39 Polşanın nüfuzlu qəzetində 20 Yanvardan yazıldı 20 Yanvar 2021, 20:26 Hacıqabulda koronavirus xəstəsinə cinayət işi açıldı 20 Yanvar 2021, 20:12 ABŞ səfiri Şəhidlər xiyabanını ziyarət etdi 20 Yanvar 2021, 20:04 Fransada məhbuslar həbsxananı yandırıblar 20 Yanvar 2021, 19:46 Ermənistan Qarabağda verdiyi itkilərin yeni sayını AÇIQLADI 20 Yanvar 2021, 19:31 Madridin mərkəzində partlayış: 4 ölü, 6 yaralı 20 Yanvar 2021, 19:17 Ermənistan Türkiyə ilə sərhəddə təlimlər keçirəcək 20 Yanvar 2021, 19:08 Sabirabadda avtomobil kanala aşıb, sürücü ölüb 20 Yanvar 2021, 18:49