Modern.az

Abşeronda yol qəzası baş verib, biri körpə olmaqla iki nəfər ölüb

Abşeronda yol qəzası baş verib, biri körpə olmaqla iki nəfər ölüb

5 Noyabr 2019, 18:28

Abşeron rayonunda yol qəzası baş verib. 

 

"Report" xəbər verir ki, hadisə Fatmayi-Goradil avtomobil yolunda qeydə alınıb.

Belə ki, 1938-ci il təvəllüdlü Şamil Əliyev idarə etdiyi "Volvo" markalı avtomobil Mehman Quliyevin sükanı arxasında olduğu "Hyundai" markalı avtomobillə toqquşub. Nəticədə "Hyundai"ın sərnişinləri - 1994-cü il təvəllüdlü Türkanə Rüstəmova hadisə yerində, 2017-ci il təvəllüdlü Yusif Quliyev isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

 

Qəzaya yağışlı hava şəraitinin səbəb olduğu bildirilir.

Fakla bağlı araşdırma aparılır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir