Modern.az

FHN əməkdaşları quyuya düşən inəyi belə xilas etdi - FOTO

FHN əməkdaşları quyuya düşən inəyi belə xilas etdi - FOTO

Aktual

11 Noyabr 2019, 23:26

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Quba rayonunun Qamqam kəndində iribuynuzlu heyvanın dərinliyi 12 m olan quyuya düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən heyvan quyudan çıxarılıb və sahibinə təhvil verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!